1 Nəmləndirmədən başla
Dodaq balzamından istifadədən başla. Əsas odur ki, dodaqların yumuşaq olsun və quruluqdan əziyyət çəkməsin.
2 Kontur yarat
İndi isə həcm verməyə keçirik! Dodaq qələmi ilə öz dodaqlarının konturundan bir qədər daha qıraqda kontur çək. Maksimal olaraq təbii dodaq rənginə uyğun rəng seç.
3 Rəng əlavə et
Rəngin daha açıq olması dodaqları daha həcmli görsədir. Bej rəngli dodaq boyasını dodağın üst hissəsinə çək və daha sonra o hissələrə konsiler əlavə et. Beləliklə daha həcmli dadoqlara malik olacaqsan.
4 Dodaq üçün balzam
Sonunda dodaqlarına neytral dodaq parıltısı çək. Süni dodaq effektinin olmaması üçün kontur və parıltını fırça ilə yay!
Hazırdır! Artıq dodaqların daha həcmli görsənir.