Rəhbər ana: biznes uğurlarını və ailə xöşbəxtliklərini necə birləşdirmək olar

Uşaqların tərbiyəsi ilə şəxsi biznes birləşdirmək – əvəzolunmaz təcrübə və ciddi sınaqdır. Müvəffəqiyyətli qadınlar bu iki işi necə birləşdirə bilirlər? Özünü inkişaf iddiaları kitabının müəllifi və məşqçi Malti Bovaçi: əsas – hər şeyə düzgün yanaşma olduğunu söyləyir.

1. Günahkarlıq hissini özündən uzaqlaşdır. “Bizim dünyamızda” qadından çox şey tələb olunur, bunun da əsas səbəbkarlarından biri də elə özümüzdədir. Bizə gələn e-poçt və ya zəngə vaxtında cavab vermədikdə işimizin öhtəsində lazımınca gələ bilmədiyimiz söylənilir, lakin çox işlədiyimiz halda pis ana adına da layiq görülmə riski yaranır. 

Bu yüksək tələblər hardan əmələ gəlir? Cavab sadədir. Qadınlar cəmiyyıtdə vacib bir rol oynamaq istəyillər, məhz buna görə də onlarda keçmiş nəslə naməlum olan yeni tələblər və adətlər əmələ gəlir. Eyni zamanda, qadınlar ənənəvi dəyərləri də unutmaq istəmirlər. Lakin bunları birləşdirmək mümkün deyil. Ya bu, ya da o. 
Bu dilemmanı həll etmək üçün soyuq başla bəzi suallara cavab verməlisən. Uğur anlamına nələri daxil edirsən? Uşaqlarına hansı tərbiyə və təhsili vermək istəyirsən? Bu sualın düzdün və ya düzgün olmayan cavabı mövcüd deyil. Əsas məsələ bu suallara ətraf-aləmin təsirinə məruz qalmadan, sənə nə lazım olduğunu bilib cavab verməkdir.

2. Öz cədvəlini kontrol altına al. “Hər hansısa digər sahələrdə olduğu kimi, karyera və ya ailə münasibətlərində də hər hansısa vaxtdan bir analiz aparmaq lazımdır. Əgər gündəlik həyatında özünü bədbəxt hiss edirsənsə, bu o deməkdir ki, həyatında hər hansısa dəyişikliklər etmək zamanıdır. Ola bilər ki, sən karyera nərdivanında iri addımlarla addımlayırsan. Lakin sənə daha çox azadlıq və müstəqillik lazımdır. Yaxud əksinə, sən bütün həyatını ailənə sərf eləyirsən, lakin arzularını reallaşdıra bilmədiyin üçün bu da sənə xöşbəxtlik gətirmir.

 

Hər saat, hər dəqiqə sən seçim edirsən, ona görə də çalış ki, seçim etməmişdən öncə düşünəsən və sonradan peşman olmayasan. Öz istəklərini nəzərə almaqla, şüurlu, inamla və təqsiri olmadan hərəkət etmək üçün cəhd edin. "
“Özünü kiminləsə müqayisə etdikdə, öz daxili aləmini digərlərinin xarici təzahürü ilə müqayisə etmiş olursan”. 

"Özünü kiminləsə müqayisə etdikdə, öz daxili aləmini digərlərinin xarici təzahürü ilə müqayisə etmiş olursan..."

3. Müqayisə etmə  “Özünü kiminləsə müqayisə etdikdə, öz daxili aləmini digərlərinin xarici təzahürü ilə müqayisə etmiş olursan. Bu mənasızdır. Sən həmişə özündən daha yaxşısını – daha yaxşı həyat yoldaşı, daha yaxşı ana, daha incə və daha uğurlu  tapa bilərsən. Özünü kiminləsə müqayisə etmək ilk növbədə özününə inamsızlığa aparır. Ona görə də heç başlamayın da”. 

4. Öz seçimində əmin ol. «Hər bir seçimin pis nəticələri ola bilər. Birini seçək digərindən imtina edirsən. Hər dəfə seçim etdikdə özünü əmin et ki, sən ən yaxşı seçimi etdin. Məhz onda hər dəfə seçim etmək sənə daha asan gələcək. Çünki, atdığın addımın düzgünlüyündə əmin olacaqsan.


Sən artıq Oriflame Məsləhətçisisən?

Sən artıq Oriflame Məsləhətçisisən? Məsləhətçilər üçün “ Təlim”  bölümünə daxil ol və bizim biznes-tılimlərimizi keç.

Mətn: Şəkil: Oriflame