Oriflame Nizamnaməsi
ORIFLAME BREND-PARTNYORLARIN NİZAMNAMƏSİ
Hər bir Oriflame Brend-partnyoru üçün Oriflame Nizamnaməsində öz əksini tapmış Etik kodeks və davranış qaydalarını oxuyub bilmək çox vacibdir. Çünki onlar Oriflame Brend-partnyoru ilə şirkətin qarşılıqlı münasibətlərinin əsasını təşkil edir və qaydaların ayrılmaz hissəsini təşkil edir. Bütün Oriflame Brend-partnyoru Nizamnamənin korporativ nəşrlərdə çap olunmasından və ya Brend-partnyorun nəzərinə hər hansı digər üsulla çatdırılmasından asılı olmayaraq onlara mütləq şəkildə riayət etməlidir. Oriflame Şirkəti Oriflame Brend-partnyorunun qeydiyyat formasında yalnış məlumat təqdim edən və ya Nizamnamənin qaydalarına əməl etməyən Oriflame Brend-partnyorunun qeydiyyatını istənilən an dayandırmaq (qeydiyyat nömrəsini ləğv etmək) ixtiyarına malikdir. Oriflame-də qeydiyyat nömrəsindən məhrum edilmiş Oriflame Brend-partnyorları bütün hüquq və üstünlüklərini, həmçinin strukturlarını itirirlər.
Etik kodeks və Qaydalar Oriflame Brend-partnyoru hüquqlarını qorumaq üçün yaradılıb və biznes etikasının yüksək standartları ilə diktə edilib. Onlara müvafiq olaraq Oriflame Brend-partnyorları öz fəaliyyətlərində Nizamnamədə əks olunmuş öhdəliklərindən əlavə, ölkəsinin qanunlarına əməl etməyə borcludurlar.
- ORIFLAME ETİK KODEKSİ
Oriflame Brend-partnyoru kimi mən aşağıdakı biznes prinsiplərinə əməl etməyi öz öhdəmə götürürəm.
1.1 Oriflame Nizamnaməsində və şirkətin digər nəşrlərində əksini tapan bütün qaydalara əməl etmək. Oriflame Nizamnaməsinin təkcə yazılmış qaydalarına deyil, ruhuna da əməl etmək.
1.2 Oriflame Brend-partnyoru kimi iş münasibətləri qurduqda əsas prinsipi “özümə qarşı hansı münasibəti istəyirəmsə, başqalarına da eyni münasibət göstərməliyəm” rəhbər tutmaq.
1.3 Müştərilərimə və Oriflame Brend-partnyorlarına məhsullar, biznes imkanlar və Oriflame haqqında istənilən məlumatı düzgün çatdırmaq. Yazılı və şifahi formada məhsullar və imkanlara dair yalnız Oriflame-in Rəsmi korporativ nəşrlərində göstərilmiş vədləri vermək. Oriflame məhsulları və biznes-imkanlarını digər şirkətin məhsulları və biznes-imkanları ilə müqayisə edərkən istisnasız olaraq yoxlanılmış rəsmi məlumatın təqdim edilməsinin vacibliyi haqqında xatırlamaq.
1.4 Sifariş etmə və iradlara baxma sahəsində müştərilərə nəzakətli və operativ xidmət göstərmək. Məhsulu dəyişmək lazım gəldikdə rəsmi mənbələrdə qeyd olunmuş təlimata əməl etmək.
1.5 Oriflame-in rəsmi nəşrlərində qeyd olunmuş və əldə edilmiş səviyyəyə müvafiq Oriflame Brend-partnyoru (eləcə də Sponsorun və Direktorun) vəzifələrinə əməl etmək.
1.6 Şirkətin dürüstlük, ləyaqət və məsuliyyət nəzərdə tutan yüksək etik standartlarına müvafiq davranmaq.
1.7 Heç bir halda şirkət tərəfindən təsdiq edilmiş məhsullardan başqa istənilən digər məhsulları yaymaq üçün Oriflame şəbəkəsindən istifadə etməmək.
1.8 Məhsulların istehlakçılara birbaşa satış üsuluna ciddi əməl etmək, hər hansı pərakəndə paylama kanallarından istifadə etməmək.
1.9 İradi və ya qeyri-iradi Oriflame-i ictimayyətinin gözündə mənfi formada göstərə biləcək ikimənalı məlumatın yayılmasına imkan verməmək.
1.10 Öz ölkəmin, eləcə də mənim beynəlxalq şəbəkəmin fəaliyyət göstərəcəyi bütün ölkələrin qanunlarına əməl etmək.
1.11 Etik kodeksin şərtlərini qəbul etmək Qaydalara əməl olunmasının ayrılmaz hissəsini təşkil edir.
II. ORIFLAME BREND-PARTNYORLARININ DAVRANIŞ QAYDALARI
1. TƏRİFLƏR
A. “Oriflame Brend-partnyoru” (bundan sonra “Oriflame Brend-partnyoru / “Brend-partnyor”) – burada və bundan sonra rütbəsindən və səviyyədən asılı olmayaraq şirkətin müstəqil partnyoru nəzərdə tutulur (Menecerlər, Direktorlar və daha yuxarı rütbələr daxil olmaqla).
B. “Şəxsi referal səhifə” Oriflame tərəfindən şirkətin şəxsi saytında hazırlanıb və dəstəklənir.
C. Hal-hazırkı sənəddə “Oriflame” dedikdə, digər bir hal nəzərdə tutulmamışdırsa, sizin Oriflame Brend-partnyoru kimi qeydiyyatdan keçdiyiniz regional nümayəndəlik nəzərdə tutulur.
D. “Sponsor xətti”-nə Oriflame Brend-partnyoru, onun sponsoru və bütün başda duran sponsorlar daxildir.
E. “Şəxsi Qrup”-a sponsor tərəfindən birbaşa və ya onun Qrupunun digər Oriflame Brend-partnyoru vasitəsilə cəlb olunmuş bütün Oriflame Brend-partnyorlar daxildir, ilk xəttə 22%-lik səviyyəyə çatmış Oriflame Brend-partnyorları və onların Qrupları istisna olmaqla.
F. “Qrup” dedikdə 22%-lik səviyyəyə çatmış Brend-partnyoruvə onların qrupları daxil olmaqla bu Oriflame Brend-partnyorun bütün strukturu nəzərdə tutulur.
G. “Oriflame-in rəsmi korporativ nəşrlərinə” “Uğur planı” (o cümlədən Oriflame Nizamnaməsi), Oriflame kataloqları və onların əlavələri və şirkətin çap formatında istənilən materialları və (və ya) rəsmi saytında dərc olunmuş digər məlumatları daxildir.
H. “Sponsor” – şirkətə digər Brend-partnyorları dəvət edən, onları Oriflame ilə tanış edən, təlimləndirən və onların işinə dəstək olan Oriflame Brend-partnyorudur.
I. “Şərtlər” – qaydalar və şərtlər, həmçinin www.oriflame.az saytında yerləşdirilmiş Oriflame məhsullarını əldə etmək məqsədi ilə onlarda qeyd olunmuş qaydaları, prinsipləri, hüquqları və öhdəlikləri təyin edən digər sənədlər.
J. “İllik abunəlik” – Oriflame internetsaytında qeydiyyat, Oriflame internet saytının qabaqcıl funksiyalarına və onlayn biznesin inkişafı alətlərinə çıxış, Oriflame saytında Məhsulları almaq imkanı, yeni Oriflame Məhsulları və Oriflame-in xüsusi təklifləri haqqında məlumatları əldə etmək imkanı, habelə Oriflame saytında qeydiyyatdan keçmiş şəxslər üçün Oriflame-in xüsusi təkliflərində iştirak etmək imkanı (o cümlədən, keçirilən aksiyalarda) üçün Oriflame Brend-partnyorundan alınan ödəniş deməkdir (qeydiyyatdan sonra birdəfəlik və bundan sonra hər il əməkdaşlığın davamı şərti ilə).
Bu bölmədə tərif olunmayan böyük hərflərlə yazılmış sözlər “Uğur Planında” olduğu kimi eyni məna daşıyır.
2. QEYDİYYAT
2.1 Oriflame Brend-partnyoru olmaq üçün namizəd artıq qeydiyyatdan keçmiş Oriflame Brend-partnyoru (Sponsor) tərəfindən tövsiyə edilməlidir. Bəzi hallarda Oriflame gələcək Brend-partnyoru istənilən mövcud struktura qoşmaq hüququ olur.
2.2 Oriflame Brend-partnyoru yalnız bir qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçə bilər. Oriflame Brend-partnyoru kimi qeydiyyat yalnız namizədin fərdi razılığı ilə keçirilə bilər. Oriflame Brend-partnyoru bu cür razılığın mövcud olmamasından doğan bütün xoşagəlməz nəticələrə görə məsuliyyət daşıyır.
2.3 Oriflame şirkətinin namizədin qeydiyyatdan və ya təkrar qeydiyyatdan keçməyinə imtina etmək hüququ var.
2.4 18 yaşdan və ya qanuni təmsilçilərin (valideynlər, övladlığa götürən və ya qəyyum) notarial təsdiq olunmuş yazılı icazəsi ilə 16 yaşdan etibarən Oriflame şirkətinin Brend-partnyoru olmaq olar.
2.5 Əgər şəxslər bir-birinin qanuni həyat yoldaşı və ya valideyni və övladıdırsa, qeydiyyat fiziki şəxslər üçün iki nəfər olmaqla həyata keçirilə bilər. Brend-partnyorlar Oriflame qarşısında öz öhdəlikləri üzrə tam cavabdehlik daşıyırlar, şirkət isə ödəmə edilmədiyi təqdirdə bir və ya hər iki Brend-partnyordan bütün borcların ödənilməsini tələb edə bilər.
2.6. Oriflame Brend-partnyorunun Oriflame şirkətində qeydiyyatı 17 kataloqdan (1 il) sonra dayandırılır.
2.7. Oriflame Brend-partnyorunun qeydiyyatı İllik Abunəlik haqqı ödənildikdən sonra yenilənir və bu, illik qeydiyyat müddəti bitdikdən sonra avtomatik olaraq Brend-partnyorun sifarişinə əlavə edilir.
2.8. 2.6 bəndindəki şərtlər nəzərə alınmaqla, Oriflame Brend-partnyorunun Oriflame şirkətində qeydiyyatı başa çatır:
- qeydiyyat anından etibarən Oriflame Brend-partnyorunun bir sifariş belə yerləşdirmədiyi halda Şirkətdə qeydiyyatdan sonra 4 kataloq dövrünün bitməsi şərti ilə,
- Eyni zamanda, 17 kataloq dövründən (1 il) sonra İllik Abunə haqqı tutulmur.
2.9. Oriflame Brend-partnyorları aşağıdak şərtlərə əməl etməklə yenidən Oriflame-də qeydiyyatdan keçə bilərlər: təkrar qeydiyyat üçün Oriflame Brend-partnyorunun sonuncu sifarişini yerləşdirdiyi kataloq dövründən sonra ən azı 17 tam kataloq dövrü keçməlidir.
Müstəsna hallarda şirkət təkrar qeydiyyat şərtlərini öz istəyinə uyğun olaraq dəyişdirmək hüququna malikdir.
2.10. Əgər Oriflame Brend-partnyoruna namizədinin yaxın qohumlarından biri (həyat yoldaşı, doğma qardaş və ya bacı, ata və ya ana, uşaqları) artıq Oriflame Brend-partnyorudursa, o, onun birinci xəttində qeydiyyatdan keçməlidir. Əgər Oriflame Brend-partnyoruna namizədinin bir neçə qohumu artıq Oriflame Brend-partnyorudurlarsa, o halda qeydiyyat aşağıdakı üstünlüklər nəzərə alınmaqla həyata keçirilir:
- arvad/ər
- ata və ya ana
- uşaqları
- doğma qardaş/bacı
Ayrı-ayrı hallarda şirkət Oriflame Brend-partnyorlarının olan qohumlarının və istənilən qohumluq dərəcəsinə malik digər şəxslərin birinci xəttdə qeydiyyat qaydasını tətbiq etmək hüququnu özündə saxlayır.
2.11 Oriflame Brend-partnyoru olmaq istəyən Oriflame Brend-partnyorunun qanuni ər və ya arvad da öz həyat yoldaşının qeydiyyat nömrəsi və ya ayrı qeydiyyat nömrəsi altında, lakin yalnız həyat yoldaşının birinci xəttində qeydiyyatdan keçə bilər. Axırıncı halda ər-arvaddan biri Oriflame-dəki üzvlüyünü ikinci həyat yoldaşı ilə bərabər qeydiyyat məqsədi ilə sona çatdırmaq istəyirsə, aşağıdakı qaydalar tətbiq olunur:
- -onun tərəfindən rütbələrə yüksəlmək üçün alınmış birdəfəlik ödənişlər Oriflame-ə ilk qoşulmuş həyat yoldaşının istənilən digər daha yüksək mükafatından çıxılacaq, əgər bu pul mükafatı həyat yoldaşının bir nömrə altında birgə qeydiyyat yaratmaq məqsədi ilə üzvlük yaratmaq üçündürsə.
- Oriflame-ə ikinci qoşulmuş həyat yoldaşının qeydiyyatı 1 il müddətinə dayandırılır, əgər bu həyat yoldaşı tarixçəsində Baş menecer və ya daha yüksək rütbəyə malikdirsə/malik olubsa, göstərilən müddətdən sonra isə onun Oriflame-dəki qeydiyyatı dayandırılır.
- bir nömrə altında həyat yoldaşlarının birgə qeydiyyatı həyat yoldaşlarından birinin Oriflame-də ayrı nömrə altında üzvlüyün dayandırılmasına müraciət edilən kimi həyata keçirilə bilər.
2.12 Etik kodeks və ya Davranış qaydaları pozularsa, Oriflame şirkətinin Brend-partnyorunun qeydiyyatına xitam vermək hüququ var.
2.13 Oriflame pozuntunun araşdırıldığı müddətdə Oriflame Brend-partnyorunun qeydiyyatını 12 aya qədər dayandırmaq hüququnu özündə saxlayır. Brend-partnyor tərəfindən Oriflame Brend-partyorları üçün Etika Kodeksi və Davranış qaydaları pozulduğu halda, sonuncu belə pozuntu nəticəsində Oriflame-ə dəyən zərərləri kompensasiya etməyi öz öhdəsinə götürür. O, Oriflame Etika Kodeksini və ya Davranış qaydalarını pozduqda Oriflame Brend-partnyoru tərəfindən alınan mükafatları tutmaq hüququnu özündə saxlayır.
2.14 Oriflame Brend-partnyorunun səhv qeydiyyat məlumatlarının dəyişdirilməsi obyektiv səbəblər mövcud olduqda qeydiyyat anından etibarən 3 kataloq dövrü ərzində yalnız şirkətin razılığı ilə mümkündür.
3. STRUKTURLARIN SABİTLİYİNİN ARTIRILMASINA YÖNƏLDİLƏN TƏDBİRLƏR
3.1 Oriflame Brend-partnyorları başqa sponsorların adına yenidən qeydiyyatdan keçmək qadağandır. Təkrar qeydiyyat yalnız müqavilə ləğv olunduqda (terminasiya halında) və 2.11-də göstərilən şərtlərə əməl olunmadıqda həyata keçirilə bilər. Oriflame ilə müqaviləyə xitam verildikdə, Oriflame Brend-partnyoru öz Qrupunu itirir. Qrup Oriflame ilə müqaviləni pozmuş Brend-partnyorun ən yaxınında olan ondan yüksəkdə dayanan sponsora keçir. Qeydiyyat hazırkı Nizamnamənin 2.6-2.8 maddələrinə müvafiq olaraq dayandırılır.
3.2 Əgər Oriflame Brend-partnyoru hazırkı Nizamnamənin 2.9 bəndindən istifadə etmiş və Nizamnamədə sözügedən müvafiq müddətin bitməsi ilə digər strukturda yenidən qeydiyyatdan keçərək Oriflame ilə müqaviləni pozmuşdursa, bu halda ona qarşı 3.2.1-3.2.3 maddələrində sadalanmış xüsusi qaydalar və yeni strukturun inkişafı qaydaları tətbiq olunacaq.
3.2.1 Yuxarıda duran Oriflame Brend-partnyorlarının biznesinin təhlükəsizliyini və strukturunun bütövlüyünü qorumaq məqsədi ilə digər strukturda təkrar qeydiyyatdan keçən Oriflame Brend-partnyorun köhnə strukturunda olan heç bir Oriflame Brend-partnyoru onun yeni strukturunda yenidən qeydiyyatdan keçə bilməz, hətta Oriflame ilə müqaviləni pozsa və qaydalarla nəzərdə tutulmuş müddətin bitməsindən sonra yenidən qeydiyyatdan keçmə qaydalarını yerinə yetirsə belə. Yenidən qeydiyyatdan keçmiş Oriflame Brend-partnyoru əvvəllər heç vaxt köhnə strukturunda olmayan yeni insanları dəvət edərək öz yeni strukturunu qurmaq hüququna malikdir. Bu qaydadan istisna yalnız əvvəlki strukturdan özündən 3 tam kataloq dövrü və daha çox müddətdə xitam vermiş Brend-partnyorlara, xitam verildiyi andan 34 və ya daha çox kataloq keçmiş Brend-partnyorlara, habelə Oriflame Brend-partnyorunun ən yaxın qohumlarına: ər (arvad), qardaş və ya bacı, ata və ya ana, uşaqlara qarşı tətbiq olunur.
Əvvəllər eyni strukturda olan bir neçə Brend-partnyorun yeni strukturda qeydiyyata alınması işlərinə baxılarkən, Şirkət 3.2.1-ci bəndinin pozulması halının olub-olmamasını tanımaq hüququnu özündə saxlayır.
3.2.2 Oriflame Brend-partnyorunun rütbələrə yüksəlməyə görə əvvəllər aldığı birdəfəlik ödənişləri onun yeni qeydiyyatında nəzərə almaq hüququ Oriflame-ə məxsusdur. Eyni rütbələrə nail olmağa görə nəzərdə tutulan ödənişlər Oriflame Brend-Partnyoru tutula bilər. Bundan başqa şirkətin istənilən tədbir və marketinq aksiyalarında Oriflame Brend-partnyorunun iştirakı haqqında qərar qəbul olunarkən onun kvalifikasiya tarixçəsini nəzərə almaq hüququ Oriflame-ə məxsusdur.
3.2.3 Strukturun stabilliyinin yüksəldilməsinə yönəldilən tədbirlərin pozulması hallarında istənilən mübahisəli məsələlərdə qərar vermək hüququ Oriflame-ə məxsusdur.
3.3 Oriflame Brend-partnyorunun qeydiyyatının bir sponsordan digərinə ötürülməsi yalnız xüsusi hallarda Oriflame-in mülahizəsinə əsasən mümkündür.
3.4 Şəxsi Qrupun və ya Şəxsi Qrupun bir hissəsinin bir Oriflame Brend-partnyorundan digərinə köçürülməsinə icazə verilmir.
3.5 Oriflame Brend-partnyorları yazılı ərizə təqdim etməklə və Oriflame şirkətinin icazəsi olmaqla öz qeydiyyat nömrələrini yalnız yaxın qohumlarına – həyat yoldaşına, valideynlərinə, uşaqlarına, o cümlədən övladlığa götürülmüş uşaqlarına ötürə bilərlər. Öz nömrəsini hazırkı qaydaya uyğun olaraq başqa şəxsə ötürmüş Oriflame Brend-partnyorunun 2.9 maddəsində təsvir edilmiş qaydaya əməl etməklə yenidən şirkətdə qeydiyyatdan keçə bilər.
3.6 Oriflame Brend-partnyoru vəfat etdiyi halında onun qeydiyyat nömrəsi vəfat günündən 6 aydan gec olmamaq şərti ilə yazılı ərizə verildikdə şirkətin qararı ilə onun ən yaxın qohumlarına ötürülə bilər (qanuni həyat yoldaşına, valideynlərinə, uşaqlarına, o cümlədən övladlığa götürülmüş uşaqlarına, doğma qardaşına və ya bacısına). Əks halda qeydiyyat nömrəsi ləğv olunur, mərhuma ödəniləcək pullar isə qanuna və ya vərəsəyə əsasən bu növ ödənişləri alma hüququnu təsdiq edən varislik haqqında sənəd təqdim edilməklə onun varislərinə ödənilir.
3.7 Oriflame yalnız Oriflame Brend-partnyorunun Şirkətə özünün şəxsiyyətini təsdiq edən sənədinin surətini təqdim etdikdən sonra yeni Oriflame Brend-partnyoru dəvət etməyə və onları qeydiyyatdan keçirməyə icazə verir.
4. ORIFLAME BREND-PARTNYORUNUN VƏZİFƏLƏRİ
Ümumi Vəzifələr
4.1 Oriflame Brend-partnyoru Brend-partnyorunun qeydiyyatını vergi ödəyicisi kimi tənzimləyən vergi qanunvericiliyinin müddaəları, hesabatların verilməsi və müvafiq vergilərin ödənilməsi də daxil olmaqla onun Oriflame şirkəti ilə münasibətlərinə tədbiq edilən işgüzar dövriyyənin bütün qayda və qanunlarına əməl etməlidir. Oriflame Brend-partnyorunun onu və şirkəti müştərilərin və cəmiyyətin gözündə etibardan salacaq heç bir addım atmamalıdır.
4.2 Oriflame Brend-partnyoru alıcılar, müştərilər, Oriflame-in digər Brend-partnyorunun təqdim etdiyi şəxsi məlumatların qorunmasını təmin etmək üçün Azərbaycan Respublikasının şəxsi məlumatların qorunması sahəsindəki qanunvericiliyə müvafiq olaraq lazımi tədbirlər görməlidir.
Oriflame Brend-partnyorunun müştərilərə münasibətlə əlaqədar vəzifələri
4.3 Oriflame Brend-partnyoru müştəriyə qarşı vicdansız hərəkətlər etməməli, onu aldatmamalıdır.
4.4 Alıcı ilə ünsiyyətə başlayarkən ünsiyyətin hansı formada keçməyindən asılı olmayaraq Oriflame Brend-partnyoru özünü aydın şəkildə müstəqil Oriflame Brend-partnyoru kimi təqdim etməli və müraciətinin məqsədini açıqlamalıdır: elektron poçt ilə, saytda, sosial şəbəkədə və s. Oriflame Brend-partnyorundan şirkətdəki statusunu qeyd edərkən son dərəcə dəqiq olması tələb olunur ki, alıcı Oriflame şirkətinin rəsmi nümayəndəsi ilə ünsiyyətdə olmadığını anlasın. “Müstəqil” sözü Oriflame Brend-partnyoruna bütün hallarda tətbiq olunmalıdır – elektron məktubların imzasında, vizit kartlarında, şəxsi saytlarda, sosial şəbəkələrdəki şəxsi səhifələrdə və s.
4.5 Oriflame Brend-partnyoru müştəriyə məhsulun qiyməti, ödəniş şərtləri, məhsulun qaytarılma siyasəti, zəmanət şərtləri, xidmət servisi və çatdırılma müddətləri barəsində tam və düzgün məlumat təqdim etməlidir. Oriflame Brend-partnyoru müştərilərin bütün suallarına tam və düzgün cavab verməlidir.
4.6. Məhsulun keyfiyyəti müştərini qane etmədikdə və məhsul təkrar satış üçün yararlı olduqda, münasib bir zaman çərçivəsində Oriflame Brend-partnyoru müştəriyə seçim təklifi edir: müvafiq məhsulun geri qaytarılması şərti ilə məhsula görə ödənilmiş vəsaiti geri ödəmək və ya məhsulu eyni dəyərdə olan digər məhsulla əvəz etmək. Münasib vaxt dəqiq göstərilməli və həm bilavasitə, həm də məsafədən (yəni, telefon, poçt və ya İnternet üzərindən) satış meyarlarına uyğun olmalıdır.
4.7. Məhsulun satışı zamanı Oriflame Brend-partnyorları müştəriyə Oriflame-in loqotipinin, Oriflame Brend-partnyoru haqqında - adı, soyadı və əlaqə nömrəsi də daxil olmaqla - məlumatların, bütün mövcud satış şərtlərinin, zəmanət öhdəliklərinin, zəmanət müddətinin (müştəriyə təklif olunan məhsul üçün mövcud zəmanət, onun şərtləri, ətraflı məlumatlar və satış sonrası məhdudiyyətlər, zəmanət verən təşkilatın adı və ünvanı, zəmanətin müddəti, çatışmazlıqların aradan qaldırılması müddəti məhsulla birgə təqdim olunan pərakəndə sifariş blankında və ya digər müvafiq sənəddə dəqiq bir şəkildə göstərilir), məhdudiyyətlərin və müştəri üçün geri qaytarma şərtlərinin qeyd olunduğu pərakəndə satış blankını təqdim etməlidirlər. Şərtlərin qeyd olunduğu mətn dəqiq və aydın bir şəkildə çap olunmalıdır.
4.8. Oriflame Brend-partnyoru müştərini yanılda biləcək həqiqətə uyğun olmayan, köhnəlmiş və ya tətbiqi mümkünsüz olan, konkret təkliflə əlaqəsi və ya hər hansı bir şəkildə istifadəsi mümkün olmayan istənilən ifadəni istifadə etməməlidirlər. Oriflame Brend-partnyorunu şifahi və ya yazılı ifadəsi məhsulun effektivliyinə münasibətdə Oriflame tərəfindən təsdiq edilmiş bəyanatlara və qanunvericiliyə müvafiq olmalıdır.
4.9. Oriflame Brend-partnyoru yanılda biləcək müqayisələr etməməlidirlər. Müqayisə meyarları təsdiqi mümkün olan faktlara əsaslanmalıdır. Oriflame Brend-partnyorları hər hansı digər bir şirkətin biznesi və məhsulu haqqında bilavasitə və ya dolayısı ilə yalan məlumatlar verməməlidirlər. Oriflame Brend-partnyorları digər şirkətlərin və onların məhsullarının adından və nüfuzundan, marka adı və ticarət nişanından xoşagəlməz bir şəkildə istifadədən çəkinməlidirlər.
4.10. Oriflame Brend-partnyorları təqdim edilmiş məhsul təkrar satışa yararlı olduqda öz müştərilərinə münasib bir zaman çərçivəsində sifarişdən imtina etmək və təqdim edilmiş məhsulun ödənişini geri qaytarmaq imkanı yaratmalıdırlar.
4.11. Oriflame Brend-partnyoru rahatsızlıq yaranmaması üçün müştəri ilə uyğun bir müddət və zamanda şəxsi ünsiyyət, telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlamalıdır. Oriflame Brend-partnyoru müştərinin ilk tələbi ilə məhsulun nümayiş və təqdimatını dayandırmalıdır.
4.12. Oriflame Brend-partnyoru sağlam ticarət və məhdud əmək qabiliyyətinə malik şəxslərin müdafiəsi prinsipləri əsasında, misal üçün, yetkinlik yaşına çatmayanlarla bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun bir şəkildə müştərilərə düzgün məlumatlar təqdim etməlidir.
4.13. Oriflame Brend-partnyoru müştərilərin istehlak təcrübəsi və biliklərinin azlığına hörmət və anlayışla yanaşaraq, onların gözləntilərini yanıltmamalıdır. Yaş, xəstəlik, əqli və fiziki qüsur, vəziyyətin anlaşılmaması, etibarlılıq və ya müştərilərin ana dilində pis danışmaqla əlaqəli hallardan sui-istifadə qadağandır.
4.14. Oriflame Brend-partnyorları oxşar satış üçün Oriflame Brend-partnyoruna potensial müştəri yönləndirilməsi qarşılığında qiymətdə endirim olunacağı və ya ilkin qiymətinin bərpa olunacağı ilə bağlı vəd verməklə insanları məhsul almağa təşviq etməməlidirlər, bu şərtlə ki, bu cür endirim və qiymət bərpası hələ baş verməmiş hər hansı bir hadisə ilə bağlı olsun.
4.15. Oriflame Brend-partnyoru müştərilərin sifarişlərini sifarişin yerləşdirildiyi kataloqun qüvvədə olduğu dövr ərzində rəsmiləşdirməlidir.
Oriflame Brend-partnyorunun digər Oriflame Brend-partnyorları qarşısındakı vəzifələri
4.16. Oriflame Brend-partnyorlarına digər Oriflame Brend-partnyorlarının namizədlərini öz strukturuna cəlb etmək, həmçinin, digərlərinin strukturuna müdaxilə cəhdlərinə icazə verilmir.
4.17. Oriflame Brend-partnyoru, Oriflame Brend-partnyorunun faktiki və ya potensial satış və ya gəlirləri barədə məlumatları təhrif etməməlidir. Gəlir və satış haqqında hər hansı bir təsəvvür: (a) doğru, dəqiq, yanlış və ya yanıltıcı olmayan və (b) müvafiq bazarda sənədləşdirilmiş və etibarlı faktlara əsaslanan şəkildə təqdim edilməlidir. Potensial Oriflame Brend-partnyorları (c) məlumatlandırılmalıdırlar ki, faktiki mənfəət və satışlar şəxsdən və onun bacarıqlarından, satış prosesindən, səylərə və digər amillərə sərf olunan vaxtdan asılıdır və (d) gəlir əldə etmək imkanlarını əsaslı qiymətləndirmək üçün kifayət qədər məlumatlara malik olmalıdır.
4.18. Oriflame Brend-partnyoru, Oriflame Brend-partnyoru tərəfindən həyata keçirilən istəyə bağlı təlimlər və ya görüşlər ilə bağlı xərclər istisna olmaqla, Oriflame tərəfindən hazırlanmamış və ya təsdiq almamış hər hansı bir material və ya xidmət müqabilində digər Brend-partnyorlar və potensial Brend-partnyorlardan ödəniş ala bilməz.
Oriflame Brend-partnyorları tərəfindən hazırlanmış istənilən marketinq materialları Oriflame siyasəti və prosedurlarına uyğun olmalıdır. Digər Oriflame Brend-partnyorlarına qanunla təsdiq edilmiş reklam və ya təlim materialları satan Oriflame Brend-partnyorları: (a) yalnız Oriflame tərəfindən qəbul edilən standartlara cavab verən materialları təklif etmək hüququna malikdirlər; (b) bu cür materialların alışını Oriflame-in digər Brend-partnyorları üçün məcburi tələb olaraq irəli sürə bilməzlər; (c) dəyəri bazarda mövcud olan analoji materialların dəyərinə ekvivalent olmalı olan materialları heç bir əhəmiyyətli mənfəət əldə etmədən münasib və ədalətli qiymətə təklif etməlidirlər; və (d) Oriflame-in geri qaytarma siyasətinə bənzər yazılı geri qaytarma siyasəti təklif etməlidirlər.
4.19. Oriflame Brend-partnyorları narahatçılıq yaratmamaq üçün digər Oriflame Brend-partnyorları ilə yalnız məqbul və münasib vaxtlarda əlaqə saxlamalıdırlar.
4.20. Oriflame Brend-partnyoru öz Brend-partnyorlarını onun üzərindən satış həyata keçirməyə məcbur etməməli və sifarişin minimum ölçüsünü və ya çeşidini təyin etməməlidir. Bütün Oriflame Brend-partnyorları istənilən həcmdə sifarişi birbaşa Oriflame-də yerləşdirə bilərlər. Xatırladaq ki, saxlama və kuryer xidməti üçün ödəniş sifarişin həcmindən asılı ola bilər. Buna əsasən, hər bir Oriflame Brend-partnyoru sifarişin məqsədyönlü yerləşdirilməsi ilə bağlı müstəqil qərar verməlidir. Oriflame Brend-partnyorları digər Oriflame Brend-partnyorlarını əsassız sayda məhsul almağa təşviq edə və ya satış köməkçilərini işə cəlb edə bilməzlər. Oriflame Brend-partnyoru məqbul satış həcmi və gözlənilən tələbat çərçivəsində reallaşdırmağı gözlədiyindən daha çox məhsul almamalıdır.
4.21. Oriflame Brend-partnyoru, intellektual məhsullar və konsaltinq xidmətləri də daxil olmaqla, rəsmən şirkət tərəfindən təsdiq edilmiş məhsullar istisna olmaq şərti ilə, Oriflame-i digər məhsulların satışı üçün istifadə etmək hüququna malik deyil.
4.22. Oriflame Brend-partnyorları digər birbaşa satış şirkətlərinin satıcılarını işə cəlb etməməlidirlər.
4.23. Oriflame Brend-partnyorları digər şirkətlərin məhsullarını, satış və marketinq planını və ya hər hansı digər xüsusiyyətlərini ədalətsiz şəkildə tənqid etməməlidirlər.
4.24. Partnyorun Oriflame ilə əməkdaşlıq əlaqəsi məşğulluq əlaqəsi deyil. Oriflame-in imkanlarını başqalarına təqdim edərkən, Oriflame Brend-partnyoru işə qəbul təklifi deyil, öz müstəqil biznesinə başlamaq imkanı yaratdığını dəqiq və aydın şəkildə bildirməlidir.
4.25. Oriflame Brend-partnyoru Oriflame adından öhdəlik götürmək və fəaliyyət göstərmək hüququna malik deyil və bu qaydaya riayət olunmadığı halda Oriflame-ə dəyə biləcək bütün zərərləri ödəməyi öz öhdəsinə götürür.
4.26. Oriflame Brend-partnyoru öncədən yazılı razılıq olmadan digər Oriflame Brend-partnyoru adından sifarişlər yerləşdirə bilməz.
4.27. Oriflame Brend-partnyoru öz şəxsi qrupunun bütün Oriflame Brend-partyorlarının şirkətə ödəniş öhdəliklərini yerinə yetirməsinə nəzarət etməlidir.
4.28. Sponsor maliyyələşdirilən Brend-partnyorların təlim, inkişafı və motivasiyasına görə məsuliyyət daşıyır.
4.29. Oriflame Brend-partnyoru şirkətinin öncədən yazılı icazəsi olmadan Oriflame və ya Oriflame adından istifadə edərək televiziya, radio, dövri mətbuat da daxil olmaqla kütləvi informasiya vasitələrinə müsahibə verə və ya KİV-in reklam imkanlarından ("viruslu" reklam da daxil olmaqla: İnternet, SMS və s.) yararlana bilməz.
4.30. Oriflame Brend-partnyoru şirkət, məhsul, xidmət haqqında auditoriyanı yanılda biləcək və ya şirkətin nüfuzuna zərər verə biləcək sosial şəbəkələrdə media bloqları aparmamalıdır.
5. ƏLAVƏ QAYDALAR VƏ PRİNSİPLƏR
5.1 Oriflame şirkətinin siyasəti ərazi təsir dairələrinin və ya franşıza bölgüsünü nəzərdə tutmur. Heç bir Oriflame Brend-partnyorun öz biznesini ərazi təsir dairələrinin bölgüsü və ya franşıza əsasında həyata keçirmək hüququ yoxdur. Hər bir Oriflame Brend-partnyoru göstərilən ölkələrin ərazisində Oriflame ilə biznes qurmaqla məşğul ola bilər.
5.2 Oriflame Brend-partnyoru nəzərə almalıdır ki, Oriflame şirkəti müvafiq ölkənin ticarətində tətbiq oluna biləcək məhsulların təhlükəsizliyi və qeydiyyatı, idxal qaydaları və digər tələblərə aid öhdəliklərə ciddi şəkildə əməl edərək bir çox ölkələrdə fəaliyyət göstərir, lakin hamısında yox. Oriflame şirkətinin fəaliyyət göstərmədiyi ölkələrə Oriflame Brend-partnyorları tərəfindən məhsulların daxil olması zamanı yarana biləcək hər hansı bir ziyana, narazılıqlara görə Oriflame məsuliyyət daşımır. Belə iradların yaranması halında bütün məsuliyyəti Oriflame Brend-partnyoru daşıyır.
5.2.1 Oriflame Brend-partnyorları Oriflame məhsullarını bir ölkənin ərazisində alıb onu Oriflame fəaliyyət göstərdiyi digər ölkənin ərazisində satmamalıdır.
5.3 Oriflame Brend-partnyoru şirkətin əməkdaşı deyil. Vizit kartında və ya bu növ sənədlərdə Oriflame Brend-partnyoru özünü yalnız “Müstəqil Oriflame Brend-partnyoru” və ya “Müstəqil Oriflame partnyoru” və ya şirkətdə rütbəsi artığı halda “Müstəqil Oriflame Brend-partnyoru – Menecer” və “Müstəqil Oriflame Brend-partnyoru – Direktor” adlandıra bilər.
5.4 Sosial şəbəkələrdə Oriflame şirkəti tərəfindən rəsmi olaraq dəstəklənən promo materiallar, Oriflame Brend-partnyorunun şəxsi səhifəsi əlavə icazə olmadan istifadə oluna bilər. Oriflame Brend-partnyorları Oriflame domeni ilə şəxsi saytlar və ya səhifələr qeydiyyatdan keçirə bilməzlər. Lakin onlar Oriflame-in rəsmi saytında, səhifəsində rəylər yerləşdirə bilərlər. Şirkətin materiallarını dərc etməmişdən əvvəl resenziya etmək hüququ var. Onlayn mühitdə Oriflame Brend-partnyorlarının davranış qaydaları ilə əlavə 1 və 2-də tanış ola bilərsiniz.
5.5 Oriflame loqotipləri, xüsusi adlar və əmtəə nişanları şirkətin yazılı icazəsi olmadan Oriflame Brend-partnyorları tərəfindən nə çap materiallarında, nə də onlayn istifadə edilə bilməz. Əgər belə icazə alınıbsa loqotip, əmtəə nişanı və xüsusi adlar ciddi olaraq Oriflame-in korporativ üslubu çərçivəsində istifadə oluna bilər. İnternet resurslarda korporativ simvolikanın istifadəsi Əlavə 1 ilə nizamlanır.
5.6 Oriflame Brend-partnyorları şirkətin yazılı icazəsi olmadan Oriflame əmtəə nişanları və ya loqolarından istifadə edərək Oriflame-dən başqa mənbələrdən hər hansı çap/təsvir materialları istehsal etmək və ya almaq hüququna malik deyillər.
5.7 Bütün korporativ çap materialları, videolar, şəkillər, Oriflame dizaynı müəllif hüquqları ilə qorunur və heç bir halda Oriflame şirkətinin yazılı icazəsi olmadan bütövlükdə və ya yarımçıq şəkildə istifadə oluna bilməz. Müəllif hüququ ilə qorunan materialların icazə alınaraq istifadəsi zamanı görünən yerdə və həqiqiliyinə şübhə doğurmayacaq şəkildə Oriflame-ə link qoyulmalıdır. Şirkətin şəkil və digər materiallarının İnternetdə istifadəsinə dair əlavə qaydalar Əlavə 1-də göstərilmişdir.
5.8 Oriflame Brend-partnyorlarının Oriflame məhsullarını pərakəndə satış müəsisələrində, internet-mağazalarda və auksionlarda satmaq, nümayiş etdirmək və ya yerləşdirmək hüququ yoxdur, məsələn Ebay.com saytında, həmçinin pulsuz elan saytlarında, məsələn avito.ru kimi yerlərdə istifadə etmək. Satışların İnternetdə təşkilinə dair əlavə qaydalar Əlavə 1-də göstərilmişdir. Pərakəndə satış müəsisələrində həmçinin Oriflame-in korporativ nəşrləri təqdim edilə və ya satışa qoyula bilməz. Ticarət müəsisəsi olmayan yerlər, məsələn gözəllik salonları Oriflame məhsullarının nümayişi üçün istifadə oluna bilər, lakin satış üçün yox.
5.9 Oriflame məhsulları ticarət müəsisələri olmayan yerlərdə nümayiş üçün Oriflame çeşidləri sırasına daxil olmayan kənar məhsullar ilə yerləşdirilməməlidir.
5.10 Oriflame Brend-partnyorlarına qeyri-tematik forumlarda avtomatik yükləmələr etmək, əvvəlcədən müvafiq göndərimlər almağa razılıq verməmiş istifadəçi bazası üzrə avtomatik spam-məktublar göndərməyə icazə verilmir.
5.11 Heç bir halda Oriflame Brend-partnyorlarına məhsulları yenidən qablaşdırmaq və ya qablaşdırmanın üzərindəki etiketi dəyişmək icazəsi verilmir. Oriflame Brend-partnyorları məhsulları yalnız şirkətin zavod qablaşdırmasında yaya bilərlər. Oriflame Brend-partnyoru məhsulları başqalarına tövsiyə edərkən kataloq qiymətlərindən istifadə etməlidir.
5.12 Oriflame şirkətinin istehsal etdiyi məhsullar onlardan düzgün istifadə olunduqda sağlamlığa heç bir zərər verə bilməz. Oriflame şirkəti məhsulların keyfiyyətinə zəmanət verir və keyfiyyətsiz məhsulun istifadəsindən dəyən əsaslı zərəri ödəməyə hazırdır. Məhsuldan yalnış istifadə nəticəsində dəyən zərərə görə şirkət məsuliyyət daşımır.
5.13 Oriflame-in Brend-partnyorun vaxtı ötmüş hesablarının və digər icbari ödənişlərin hesabını istənilən vaxt istənilən həcmli endirimlər və bonuslardan vəsait tutmaqla ödətmək hüququ var.
5.14 Oriflame əvvəlcədən məlumat vermədən qiymətlər, çeşid və ödəniş şərtlərini dəyişmək hüququnu özündə saxlayır. Müvafiq dəyişikliklər, həmçinin məhsulların anbarda mövcud olmaması səbəbindən itirilmiş həcmli endirim, bonuslar və digər ödənişlər Oriflame tərəfindən kompensasiya edilmir.
5.15 Əgər Oriflame Brend-partnyoru Oriflame şirkətinin imicinə və adına mənfi təsir göstərəcək hadisəyə və ya danışıqlara qanuni və ya qeyri-qanuni yolla qoşulubsa o, mütləq bu barədə şirkəti məlumatlandırmalıdır.
5.16 Oriflame şirkəti birtərəfli şəkildə “Uğur Planına”, kvalifikasiya şərtlərinə, eləcə də Etik kodeksə və Oriflame qaydalarına əlavələr və dəyişikliklər edə bilər.
6. ORIFLAME DİREKTORUNUN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Oriflame Brend-partnyorlarına aid olan tələblərə əlavə olaraq, Direktor və daha yüksək rütbəli Brend-partnyorlara aşağıdakı tələblər şamil olunur. Qaydaların hər hansı birinin pozulması tituldan və onunla bağlı bütün imtiyazlardan, o cümlədən bonuslardan və həcmli endirimdən, bəzi hallarda isə Oriflame Brend-partnyorunun qeydiyyat nömrəsinə xitam verilməsi ilə nəticələnə bilər.
6.1 Öz Şəxsi Qrupunun Lideri kimi Direktor hər kataloq dövrü müddətində:
a) rekrutinq etməli və Öz Şəxsi Qrupunu daima inkişaf etdirməlidir;
b) Oriflame Brend-partnyorlarının motivasiyasına kömək və dəstək etməlidir;
c) təlimlər və motivasiya görüşləri keçirməli, məqsədlər qoymalı və onlara çatmaqlarını izləməlidir;
d) Oriflame Brend-partnyorlarına biznes aparmağın ən yaxşı yollarını, həmçinin Oriflame Brend-partnyorunun Etika Kodeksini və Davranış qaydalarını öyrətməlidir;
e) Oriflame Brend-partnyorlarını müxtəlif görüşlər, tədbirlər, təlimlər, şirkətin yenilikləri və s. haqqında məlumatlandırmalıdır;
f) Oriflame şirkəti tərəfindən təşkil edilmiş bütün seminar və digər tədbirlərdə iştirak etməlidir;
g) Oriflame Brend-partnyorunun Etik kodeksinə və Davranış qaydalarına əməl etməlidir, bütün işlərdə öz şəxsi nümunəsini qoymalıdır.
h) Oriflame satış menecerləri tərəfindən keçirilən biznes görüşlərdə iştirak etməlidir.
6.2 Oriflame direktorunun hüququ yoxdur:
a) digər sosial və birbaşa satış şirkətlərini təmsil etmək və/və ya üzvü olmaq, digər sosial və birbaşa satış şirkətlərini və onların məhsullarını tanıtmaq və reklam etmək;
b) hər hansı partnyor marketinq proqramlarında iştirak etmək və ya onların təşviqatını aparmaq;
c) digər şirkətlərin gözəllik və sağlamlıq məhsullarını tanıtmaq və reklam etmək.
6.3. Direktorun həyat yoldaşı və ya yaxın qohumlarının (yəni, qardaşı, atası və ya anası, uşaqları) digər birbaşa satış şirkətini təmsil etməsi halında, bu həyat yoldaşına və ya yaxın qohuma (bu 6.3. maddəyə əsasən) Oriflame şirkətinin fəaliyyətinə qatılmağa və ya Oriflame-i həmin şirkətin fəaliyyətinə cəlb etməsinə icazə verilmir. Həyat yoldaşı və ya yaxınları (bu maddənin 6.3-cü bəndində göstərildiyi kimi) digər birbaşa satış şirkətində çalışan direktorlar bu barədə Oriflame-ə məlumat verməlidirlər.
6.4 Direktor vəfat edərsə, onun şirkətdəki üzvlüyü müvafiq ölkənin qüvvədə olan qanunvericiliyinə əsasən ən yaxın qohumuna irsən keçə bilər. Bu halda yazılı ərizə vəfat anından etibarən 6 aydan gec olmayaraq təqdim edilməlidir, əks halda Direktorun qeydiyyat nömrəsi terminasiya ediləcək. Varislər Oriflame Brend-partnyorlarının icra etməli olduğu bütün qayda və şərtlərin tələblərini yerinə yetirməyi qəbul etməli və bununla razılaşmalıdırlar.
6.5 Direktor Oriflame şirkətinin yazılı şəkildə ifadə edilən bütün əlavə qayda və təlimatlarına əməl etməlidir.
7. İRADLARIN BİLDİRMƏ PROSEDURU
Hazırkı Etik Kodeksin və Qaydaların pozulması ilə bağlı istənilən iradları Oriflame şirkətinin regional nümayəndəliyinə və/və ya bilavasitə regiondakı baş direktora ünvanlaya bilərsiniz.
ƏLAVƏ 1.
ORIFLAME BREND-PARTNYORLARININ İNTERNETDƏ DAVRANIŞ QAYDALARI
Bu bölmə İnternetdə Oriflame Brend-partnyorları üçün Oriflame-in hüquqlarını və müvafiq qanunları və mövcud müqavilələri pozmayan davranış qaydalarını müəyyən etmək üçün nəzərdə tutulub.
1. ÜMUMİ MÜDDƏALAR
Oriflame öz Brend-partnyorlarına Oriflame saytında şəxsi istinad linkləri, həmçinin İnternetdə Oriflame-in satış, məhsullar və biznes imkanlarının inkişafı üçün digər mərkəzləşdirilmiş qaydada inkişaf etdirilmiş onlayn-alətlər yaratmaq seçimləri təklif edir. Bu günə qədər yalnız belə rəqəmsal alətlər Oriflame tərəfindən təsdiqlənmiş yeganə alətlərdir ki, onlar vasitəsilə Brend-partnyorlar satışa məhsullar təklif edə bilər, həmçinin müəllif hüquqları Oriflame-ə məxsus olan şəkillər və loqoları göstərə bilər.
Oriflame Brend-partnyorları həmçinin Oriflame-in şəxsi fəaliyyətləri, məhsulları və biznes-imkanları haqqında məlumat mübadiləsi üçün şəxsi saytlarını yarada bilərlər, bir şərtlə ki, bu daşıyıcılar onların şirkətin İnternetdəki rəsmi saytları olmadığını bildirsin. Saytın fərdi sahibinin göstərilməsi, əlaqə məlumatları, habelə sitat gətirərkən rəsmi mənbəyə link tələb olunur.
Oriflame Brend-partnyorları müəllif hüquqları sahibinin icazəsi olmadan hər hansı məlumatı və ya digər müəllif hüquqları ilə qorunan materialı dərc edə bilməzlər.
Oriflame Brend-partnyorları Oriflame brendindən siyasi baxışları və ya dini fikirləri dəstəkləmək və ya təbliğ etmək üçün istifadə edə bilməzlər.
Oriflame Brend-partnyorları gözdən salan, böhtan, təhqiredici, hədələyici və ya irqi və ya etnik nifrət və ya digər təhqiredici və ya qeyri-qanuni məlumat və ya materialları yerləşdirə bilməzlər.
Oriflame Brend-partnyorları şirkətin hələ satışa çıxarılmamış məhsulları haqqında məlumatları dərc edə, müştəri məlumatlarını açıqlaya, Oriflame-in rəsmi saytında hələ yerləşdirilməmiş kataloqları və digər materialları, eləcə də şirkətin hər hansı digər məxfi məlumatlarını dərc edə bilməzlər.
2. VEB RESURSUN ADI
Oriflame Brend-partnyorları saytın domen/yarımdomen, mobil əlavə, bloq, sosial şəbəkədəki səhifə ünvanı, videosiqnal kanalının adında “Orifleym” və ya “Oriflame” sözlərindən, habelə Orifleym (Oriflame) firma adının istənilən digər fonetik imitasiyasından və ya orqanik axtarış sistemində saytın adından istifadə edə bilməz.
Fonetik imitasiya dedikdə, brend adının hərflər, səslər və rəqəmlərlə oynamaq sayəsində (bir və ya bir neçə hərflərin və/və ya addakı rəqəmlərin dəyişdirilməsi, əlavə edilməsi və/və ya silinməsi) klonlaşdırılması nəzərdə tutulur ki, bunun nəticəsində orijinala yaxın səslənmə və ya yazılış əldə olunur. Məsələn, Orifleim – Orifleym – Orefleyim, Oriflame – Orifleme və sair.
Oriflame Brend-partnyorları sosial şəbəkələrdə izləyiciləri çaşdıra və bu səhifənin Oriflame-in rəsmi səhifəsi/qrupu olduğu təəssüratı yarada biləcək ad və şəkillərdən istifadə edərək səhifəni/qrupu qeydiyyatdan keçirməməlidirlər:
- Səhifə/qrupun adı və sosial şəbəkədə profil şəkli onların müstəqil Oriflame Brend-partnyoru tərəfindən yaradıldığını aydın şəkildə göstərməlidir. Məsələn: "Müstəqil Oriflame Partnyoru Arzu Abbasova komandası". Profil şəkli kimi Arzunun öz şəkli istifadə edilməlidir.
- Sosial şəbəkə səhifəsi/qrupu, məsələn, Oriflame loqosu kimi rəsmi Oriflame şəkillərindən istifadə etməklə "Oriflame_Abbasova" adlandırıla bilməz.
"Orifleym" və ya "Oriflame" sözü sosial şəbəkələrdəki bloq, hesab və ya qrupun adında istifadə oluna bilər, əgər eyni adda olan bu qrupun (sosial şəbəkə səhifəsi və ya bloqunun) şirkətin rəsmi resursu olmadığı açıq şəkildə ifadə edilir. Məsələn: "Oriflame_Kursk Müstəqil Brend-partnyorlar Birliyi".
3. ORIFLAME BREND-PARTNYORUNUN VEB RESURSUNUN TƏRTİBATINA DAİR TƏLƏBLƏR
İstənilən veb-resursun (sayt, bloq, sosial şəbəkədəki səhifə və ya qrup) ilk səhifəsində və ya reklam kampaniyada görünən, açıq-aydın nəzərə çarpan məlumat olmalıdır ki, saytın sahibi – Oriflame-in müstəqil Oriflame Brend-partnyorudur.
Oriflame Brend-partnyorunun kontaktları (ən azı soyad, ad, elektron ünvan və telefon) saytın sayt ziyarətçiləri üçün əlçatan olmalıdır.
Oriflame Brend-partnyorunun saytındakı qeydiyyat seçimi mövcuddursa, saytın eyni bölməsində qeydiyyatın şirkətin özü tərəfindən deyil, Oriflame Brend-partnyoru tərəfindən aparıldığı açıq-aydın nəzərə çarpmalı və görünməlidir. (Məsələn, “İmanova Səidə komandasına qeydiyyat” və ya “Arzuya doğru irəli” komandasına qeydiyyat).
Hazırkı bölümün qaydaları Oriflame Brend-partnyorunun Oriflame-də Oriflame Brend-partnyorunun fəaliyyəti ilə əlaqəsi olmayan şəxsi səhifə, bloq və saytlarına aid deyil.
4. MƏZMUN VƏ LİNKLƏR İzləyicilər tərəfindən hər-hansı mümkün anlaşılmazlığın qarşısının alınması məqsədi ilə Oriflame Brend-partnyorları şəxsi saytlarını yaradarkən hər-hansı şəkildə Oriflame-in rəsmi saytının dizaynını kopyalaya bilməzlər. Sayt, sosial şəbəkələrdəki qruplar, videohostinq kanalı və s. kimi Oriflame-in rəsmi İnternet resurslarından materiallar kopyalayarkən materialın mənbəyinə link vermək mütləqdir.
5. FOTO VƏ ŞƏKİLLƏR
Oriflame Brend-partnyorlarına rəsmi Oriflame saytından foto və videoları kopyalamaq və onları şəxsi internet saytında dərc etmək qadağandır. Bütün qrafik materiallar müəllif hüquqları ilə qorunur. Bu hüquqlar Oriflame Brend-partnyorlarına verilmir.
Oriflame öz Brend-partnyorlarına şağıdakılardan istifadə etməyə icazə verir:
• “Paylaşmaq” funksiyası ilə təchiz olunmuş rəsmi Oriflame internet saytının “Oriflame məzmun kitabxanası” bölməsində dərc edilmiş bütün şəkillər. Paylaş funksiyası orijinal sayta avtomatik keçidi təmin edir.
• Mövcud olduqda “Paylaşmaq” funksiyası vasitəsilə modellərin, məhsulların və videoların şəkillərini bölüşmək. “Paylaşmaq” funksiyası orijinal sayta avtomatik keçid təmin edir.
• “Paylaşmaq” funksiyası olmayan Oriflame məhsullarının şəkilləri. Bu halda, şəklin altında, orijinal mənbəyə keçidi aydın və birmənalı şəkildə göstərmək lazımdır (məsələn: "mənbə: www.oriflame.com 20.12.2020").
o
İcazə verilmir:
• Oriflame-in rəsmi internet saytında və ya cari kataloq dövrünün kataloqunda hal-hazırda dərc olunmayan gələcək kataloqlar, broşuralar və digər çap nəşrlərindən olan şəkillərdən istifadə etmək.
İstifadə olunan bütün Oriflame materialları yüksək keyfiyyətli olmalıdır.
Yuxarıda göstərilən obyektlərdən istifadə qaydalarının pozulması ilə bağlı Oriflame-ə daxil ola biləcək üçüncü şəxslərin hər hansı iddia və tələbləri Oriflame Brend-partnyoruna göndəriləcək və Oriflame Brend-partnyoru onları öz hesabına həll etməli olacaq.
6. ORIFLAME LOQOTİPİ
Oriflame Brend-partnyorlarına Oriflame loqotipindən yalnız şirkətin yazılı icazəsi ilə istifadə etməyə icazə verilir.
7. SOSİAL ŞƏBƏKƏLƏRDƏ ORIFLAME BREND-PARTNYORLARI
Oriflame öz Brend-partnyorlarının bloq, sosial şəbəkələr və digər resurslarda iştirakını alqışlayır. Oriflame Brend-partnyorları 1.3 bəndindəki məhsulların xüsusiyyətlərinə dair məlumatın düzgünlüyü hissəsinin tələblərinə əməl edərək Oriflame məhsulları barədə öz rəy və fikirlərini bölüşə bilərlər. Məlumatın və mənbənin linkinin düzgün əks edilməsi üçün şirkətin rəsmi internet resurslarındakı “Dostlarla paylaşmaq” funksiyasından istifadə etmək tövsiyə edilir.
8. İNTERNETDƏ TƏŞVİQAT
Oriflame Brend-partnyorları internetdə Oriflame Brend-partnyorlarının davranış qaydaları Nizamnamədə əks olunmuş onlayn-mühitdə fəaliyyət qaydalarına əməl etməklə müstəqil olaraq öz veb-resurslarının təşviqatını apara bilərlər.
Məzmun reklamda (məsələn, Google Adwords xidmətinin köməyi ilə):
- ·onun Oriflame-in müstəqil Oriflame Brend-partnyoru tərəfindən yaradıldığı əks olunmalıdır.
- başlıq yalnış olaraq reklamın rəsmi olaraq Oriflame şirkəti tərəfindən yerləşdirildiyi məlumatını verməməlidir
- Oriflame Brend-partnyoru "Orifleym", "Oriflame" və brendlə əlaqəli olan "NovAge" və ya "Giordani Gold" və s. kimi istənilən adlardan açar sözlər, ifadələr, o cümlədən bu sözlərin fonetik imitasiyasının isitifadə etmək hüququ yoxdur.
- Oriflame Brend-partnyoru Oriflame onlayn mağazasına Şəxsi istinad linkini ödənişli reklam kampaniyalarında tanıtmaq hüququ yoxdur, bu link onun öz veb-saytı, bloqu, sosial şəbəkələrdəki səhifəsi vasitəsilə təşviqat olunduğu hallar istisna olmaqla. Oriflame Brend-partnyorun Şəxsi istinad linkinin yerləşdiyi şəxsi veb-resursunu tanıtmağa icazə verilir.
Bundan başqa öz veb-resurslarının təşviqatını apararkən Oriflame Brend-partnyorlarına qadağan edilir:
- Artıq qeydiyyatdan keçmiş Oriflame Brend-partnyorlarının elektron poçt və ya istənilən digər rəqəmsal və qeyri-rəqəmsal cəlbetmə üsulları ilə məqsədyönlü şəkildə cəlb edilməsi.
- Oriflame Brend-partnyorunun Oriflame məhsullarını və biznes imkanlarını təbliğ etdiyi eyni sosial şəbəkə hesablarında Uğur Planında göstərilən və/və ya Oriflame tərəfindən təsdiq edilənlərdən başqa üçüncü tərəfin məhsulu və ya xidmətlərinin, o cümlədən maarifləndirici xidmətlərin təşviqatı, haradakı o, Oriflame-in lideri kimi tanınır, habelə Oriflame şəbəkəsindən istifadə etməklə e-poçt və digər rəqəmsal və qeyri-rəqəmsal kanallar vasitəsilə təşviqatı.
9. ÖDƏNİŞLİ TƏLİMLƏR
Oriflame Brend-partnyorunun Davranış Kodeksinin 4.18-ci bəndində təsvir edilən hallar istisna olmaqla, Oriflame Brend-partnyoruna onlayn təlimlər və vebinarlar üçün ödəniş tələb etməyə icazə verilmir.
10. ONLAYN SATIŞ.
Oriflame Brend-partnyorunun Oriflame məhsullarını onlayn mağazalarda və auksionlarda, bazarlarda, məsələn, Ozon, Wildberries, Yandex.Market kimi, endirimli satış kuponları olan saytlarda, məsələn, Ebay.com, AliExpress, pulsuz elan lövhələrində, məsələn, Avito.ru, mobil əməliyyat sistemləri üçün tətbiqlərdə, eləcə də öz internet resurslarında (sayt, bloq, sosial şəbəkə səhifəsi və s.) satmaq, nümayiş etdirmək və ya yerləşdirmək hüququ yoxdur, o cümlədən onlayn ödənişlərin qəbuluna. Oriflame-in rəsmi saytında yalnız öz veb resurslarındakı məhsulları tövsiyə etmək, onları təsvir etmək və sonrakı sifariş üçün istədiyiniz sifariş haqqında məlumat toplamağa icazə verilir.
Məhsulları onlayn satmağın yeganə mümkün yolu Oriflame-in rəsmi internet saytında şəxsi Oriflame Brend-partnyoru Şəxsi istinad linkini (istinad linkini) yaratmaq və ondan öz veb resursunuzda istifadə etməkdir.
"Onlayn Mağaza" ifadəsinin istifadəsi yalnız Oriflame Brend-partnyorunun Şəxsi istinad linki ilə bu seçimin mövcud olduğu bazarlar üçün işləmək şərti ilə mümkündür. Bütün digər hallarda Oriflame Brend-partnyorlarının öz internet saytlarında “Onlayn Mağaza” ifadəsinin istifadəsinə icazə verilmir.
Oriflame məhsulları Oriflame Brend-partnyorlarının şəxsi veb resurslarında Oriflame çeşidində təmsil olunmayan üçüncü tərəf məhsulları ilə birlikdə göstərilməməli və tövsiyə edilməməlidir.
11. SPAM
Oriflame Brend-partnyorlarına aşağıdakılar qəti qadağandır:
- postların qeyri-tematik forumlarda avtomatik şəkildə yerləşdirilməsi, botlardan, yəni avtomatik olaraq spam mesajlar göndərmək və ya sosial şəbəkə istifadəçilərinin qrupa/səhifəyə əlavə edilməsi kimi avtomatik hərəkətləri yerinə yetirmək üçün proqramlardan istifadə etmək.
- mövzu ilə bağlı bunun üçün nəzərdə tutulmayan forumlarda, habelə sosial şəbəkələrin şəxsi səhifələrində, internet saytlarında və təşkilatların və ayrı-ayrı şəxslərin yazılarına şərhlərdə sonuncunun razılığı olmadan biznes və ya məhsulun açıq və ya gizli təklifi ilə kommersiya xarakterli yazıların yerləşdirmək.
Oriflame Brend-partnyorunun İnternetdə Davranış qaydalarına necə riayət etmək barədə əlavə məlumat və praktiki nümunələr Oriflame Brend-partnyorlar üçün İnternetdə işləməyə dair məlumat kitabçasında verilib.
ƏLAVƏ 2.
MÜŞTƏRİ / POTENSİAL ORİFLAME BREND-PARTNYORU İLƏ ÜNSİYYƏT ZAMANI LAZIMDIR:
- özünüzü və Oriflame şirkətini təqdim etmək, faydalı məlumatları, məhsullar, Oriflame servisi haqqında fikirləri bölüşmək.
- müştərilərə öz təkliflərinin məqsədini izah etmək və Oriflame məhsullarının növləri barədə məlumat vermək.
- suallara doğru və düzgün cavab vermək.
- məhsul haqqında yalnız Oriflame-in təsdiq etdiyi bəyanatları vermək. Müştəriyə məhsul haqqında ətraflı məlumat əldə etmək və iradlarını bildirmə qaydaları üçün Oriflame veb saytına yönəltmək.
- müştərilərə, digər Oriflame Brend-partyorlarına hörmət etmək. Şiddət göstərməmək, irqçi, cinsi əsaslarla ekstremist hərəkətlər etməmək; qeyri-etik ifadələr işlətməmək. Digərlərinin şəxsi həyatına, həmçinin siyasət, din və s. ilə bağlı mövzulara ehtiramla yanaşmaq.
- müştərinin tələbi ilə onunla ünsiyyəti dayandırmaq.
- müştərilərin şəxsi məlumatlarının toplanması və saxlanılmasını şəxsi məlumatların qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yalnız zəruri halda həyata keçirmək.
- Oriflame şirkətinin məlumatlarının gizliliyinin qorunması. Oriflame saytında yayımlanan rəsmi materiallardan sitat gətirilən zaman mənbə üzrə istinad linki göstərilməlidir. (məsələn, “www.oriflame.az saytında dərc olunub, 2018”). Misal olaraq, məhsulun növbəti buraxılışı və ya rekrutinq layihələri kimi konfidensial materiallar rəsmi dərc olunana qədər çap olunması qadağandır.
MƏHSULUN SATIŞI ZAMANI LAZIMDIR:
- müştəriyə məhsulun qiyməti, ödəniş şərtləri, çatdırılma müddəti haqqında düzgün məlumat vermək;
- müştəriyə sifarişin yazılı formasını təqdim etmək;
- müştəriyə sifarişi ləğv edə biləcəyi müddət, habelə təhvil verilmiş və təzə kimi yenidən satılmalı olan mallara münasibətdə onun qaytarılması və pulunun qaytarılması hüququ barədə məlumat vermək;
- Oriflame məhsullarına zəmanət vermək, satışdan sonrakı xidməti göstərmək və müvafiq rəsmiləşdirmə prosesini həyata keçirmək.
POTENSİAL ORIFLAME BREND-PARTNYORLARI İLƏ ÜNSİYYƏT ZAMAN LAZIMDIR:
- faktiki qazancın və satışın şəxsin özündən və onun bacarıqlarından, satış prosesinə sərf etdiyi vaxtdan, səylərdən və digər amillərdən asılı olduğunu bildirmək;
- məhsulların satışı ilə gəlir əldə etmək yolları haqqında lazımi məlumatları təqdim etmək.
- həmsöhbətinizə xatırlatmaq ki, Oriflame innovativ məhsulların daimi inkişafına diqqət yetirən sosial satışlar üzrə byuti-şirkətidir. Oriflame keyfiyyətli məhsullar və biznes qurmaq imkanını təklif edir. Bu iş həm maliyyə vəziyyətinizi, həm də şəxsi keyfiyyətlərinizi yaxşılaşdırmağa kömək edəcək.
POTENSİAL MÜŞTƏRLƏR/ORIFLAME BREND-PARTNYORLARI İLƏ ÜNSİYYƏT ZAMANI LAZIM DEYİL:
- məhsulun əldə edilməsi və ya komandaya qoşulması üçün müştəriyə təzyiq göstərmək.
- məhsulun xüsusiyyətlərini artırmaq (Məhsuldan istifadə təcrübəsini düzgün və səmimi şəkildə bildirmək, həmişə məhsul annotasiyasına istinad etmək və ya Oriflame-in təqdim etdiyi məlumatı bölüşmək).
- Oriflame məhsullarının xüsusiyyətləri, gəlirin həcmi, təcrübə haqqında faktları şişirtmək.
- müştərini yanıltmaq, ona təzyiq göstərmək.
- müştərinin sualına cavab verə bilməmə və ya cavabında əmin olmamaqdan utanmaq. “Oriflame”-in satışa dəstək xidmətinə müraciət edib düzgün cavabı dəqiqləşdirin, sonra müştəriyə cavab verin.
- digər şirkətlərin məhsulları ilə aldadıcı və ya yanlış müqayisələrdən istifadə etmək. Müqayisə meyarları obyektiv şəkildə təsdiqlənə bilən faktlara əsaslanmalıdır.
- digər şirkətlərin işgüzar nüfuzuna xələl gətirmək, digər şirkətlərin müştərilərini cəlb edərək təşviqat aparmaq.
- digər müştəriləri oxşar alış-veriş etmək üçün sizə yönləndirmək şərti ilə məhsulun dəyərini aşağı sala və ya alış qiymətini bərpa edə biləcəyi iddiasına əsaslanaraq bir insanı məhsul almağa sövq etmək.