Problemli dəri: nə etmək olar?

Yağlı parıltı, səpkilər, geniş məsamələr və akne ilə problemlər. Burada biz dərinin hansı səbəblərdən tək yeniyetmələrdə deyil, həm də böyüklərdə problemli olduğu barədə və bu problemlərlə mübarizə aparmaq yollarından danışacağıq.

Yeniyetməlik dövrü keçdikdən sonra hər birimiz üzdə yaranan xoşagəlməz səpkilərin, məktəb albomlarında gördüyümüz və gülərək qarşıladığımız əcaib saç düzümləri, yaraşmayan makiyaj və uyğunlaşmayan geyim kombinasiyaları ilə birgə keçmişdə qaldığını düşünürük. Əslində isə, dəri istənilən yaş dövründə problemli ola bilər, amma aknenin yaranma səbəbləri fərqlənə bilər.

Aknelər hansı səbəblərdən yaranırlar?

 

Yeniyetmələrdə qara nöqtələrin və sızanaqların yaranma səbəbi kəskin hormonal sıçrayış nəticəsində sebumun aktiv hasili ilə əlaqədardır. Düzgün qayğı göstərildiyi zaman cinsi sistem tənzimləndikdən sonra dəri təmizlənir. Hətta ideal dəriyə malik sağlam qadının hormonal sistemində baş verən dəyişikliklər səpkilərə səbəb ola bilərlər: məsələn, menstruasiya, hamiləlik, menopauza, hamiləliyin qarşısını alan preparatlar. Təsir edən faktorlara stress, həyat tərzi, ətraf mühitin aqressiv faktorları aiddirlər. Aknenin daha ağır növlərinin yaranması da hormonlarla əlaqəlidir, amma burada söhbət artıq ciddi pozuntulardan gedir. Məsələn, hormonların hasilini tənzimləyən qalxanabənzər vəzin disfunksiyası və ya kişi hormonlarının(androgenlər) həddindən artıq yüksək olması: piy vəziləri onlara qarşı xüsusilə həssasdırlar və sebumun  sürətli hasilinə səbəb olurlar, sebum isə öz növbəsində məsamələri bağlayır və iltihaba səbəb olur.

Nə etmək olar?

1. İstənilən növ akne ilə mübarizə həkimin qəbuluna yazılmaqdan başlayır. İlk öncə dermatoloqa müraciət edin, qalxanabənzər vəzini və MBY-nu yoxlayın və qanda qizli iltihab proseslərinin və əsas mineralların və vitaminlərin defisitinin olub və ya olmadığını yoxlayın.

2. Sızanaqlardan özünüz qurtulmağa çalışmayın. Mexaniki təmizləməni ancaq kosmetoloqa etibar etmək olar! Mütəxəssis dərini düzgün hazırlaya və çirkləri aradan qaldıra bilər. Ev şəraitində siz yalnız bir nəticə əldə edə bilərsiniz : damarların zədələnməsi və yalnız bahalı lazerlə aradan qaldırılan kuperoz.

3. Dərinizdə yağlı parıltı olduğundan nəmləndirmədə ehtiyac görmədiyiniz halda belə dərinizi nəmləndirin. Yağlı dəri də susuzlaşdırılmış ola bilər və bu halda dərini tələb edilən həcmdə nəmləndirsək sebumun hasilini azalda bilərik.

4. Aqressiv təmizləyici vasitələrdən istifadə etməyin: onlar dərinin lipid örtüyünü zədələyirlər və sebumun hasilinə səbəb olurlar.

Redaktorun seçimi

Yeni məhsulu qarşılayın: NovAge: kliniki sınaqlarla sübut edilmiş məsamələrin kiçildilməsi və yağlı parıltının azaldılması effektini təmin edən donuq gel. Dərinin teksturunu yaxşılaşdırır və donuq edir. Yuyunma üçün vasitələrdən sonra və kompleks qayğının tərkibində olan zərdabdan sonra istifadə edin. Ehtiyac yarandıqda və dəri yenidən parıldadıqda, gün ərzində makiyajın üzərinə vurula bilər.

Hopdurucu Micro-Sponge texnologiyası — dəri piyini udaraq yağlı parıltıdan dərhal azad edən və dərinin uzun bir zamanda donuq olmasını təmin edən bitki tərkibli komponent.

Sebum-nəzarət texnologiyasına antraktisin daxildir— dəri piyinin hasilini azaldan, məsamələri kiçildən, dərini sakitləşdirən və yağlı parıltını aradan qaldıran qlikoprotein.

Nəmləndirici Vita Hydration kompleksi — nəmləndirici və hüceyrələrdə nəmliyi tənzimləyən inqrediyentlər .

Salisil turşusu — dərini yumşaq şəkildə təmizləyir və teksturunu yaxşılaşdırır, məsamələri təmizləyir və sebumun hasilini azaldır.

Niasinamid — təbii qoruyucu maneəni  möhkəmləndirir, dərinin teksturunu yaxşılaşdırır, məsamələri kiçildir və gələcək səpkilərin qarşısını alır.

NovAge-ın problemli dəri üçün digər məhsulları ilə Oriflame-ın növbəti kataloqlarında tanış ola bilərsiniz!

 

Mətn: