Fırçaya görə tuşu necə seçmək olar

Kipriklər üçün tuşda ən vacib şey (formuldan başqa) — bu, fırçadır. Kipriklərinin uzun, burulmuş, həcmli və ayrılmış olması məhz onun formasından asılıdır.

Verilib: düz kipriklər
Lazımdır: əyilmə və ifadəlilik
Sənə lazımdır: əyri fırça (Giordani Gold həcmli burucu tuş )

Səs dalğası formasında unikal Fortemente fırçası kirpikləri 8° qaldırır, axılmaya qarşı qorunması ilə davamlı formul isə bütün gün ərzində burulmanı saxlamağa kömək edir. Bundan başqa, tuş kipriklərə qulluq edir: Lash Reveal möhkəmləndirici kompleks kiprikləri qidalandırır, sıxlaşdırır və onların həyat dövrünü uzadır.

 

 



Verilib: incə kipriklər
Lazımdır: taxma kipriklər effekti
Sənə lazımdır: The one Tremendous ekstremal həcmli tuşun THE ONE Tremendous fırçası kimi tüklü fırça və ya əyri fırça (qaynaq kipriklər effekti ilə THE ONE Lash Extension)

Əgər həcmə diqqət yetirmək istəyirsənsə, böyük fırçası olan tuşa diqqət yetir — belə konstruksiya maksimum məhsul yığır və lazımlı effektə qədər onu üst-üstə çəkməyə imkan verir. Klassik Tremendous tuşu ekstremal həcm effektini verir, onun  qara tübikli bacısı isə gözün xarici küncünə vurğu ilə trendli makiyaj yaratmağa imkan verir.

Taxma kirpiklər ef başqa fektinin daha bir variantı — ekstremal uzunluq. Kirpriklər həcmlidirsə, amma uzunluq da əlavə etmək istəyirsənsə ideal şəkildə uyğun olacaq. Lash Extension-un ikiqat tükcükləri və fırçanın əyri forması kiprikləri düz kökündən tutub qaldırmağa imkan verir, uzunluğu artırır və artıq hissəciklər buraxmır.

 

Verilib: qısa kipriklər
Lazımdır: həm uzunluğ, həm həcm
Sənə lazımdır: düz fırça (Giordani Gold Angel Caress uzadıcı tuş) və ya iki növ tükcüklər ilə fırça (The ONE Wonder Lash XXL 5-i 1-də çoxfunksiyalı tuş)

Gold Angel Caress tuşun düz fırçası qeyri-adi görünür, amma onunla kiprikləri düz köklərdən boyamağın nə qədər asan və rahat olduğuna təəccüblənəcəksən. Nəticə — +77% uzunluq, eləcə də mükəmməl ayrılılma.

Əgər qısa kipriklərə daha çox həcm vermək istəyirsənsə, onda özündə uzatma və həcmi birləşdirən və həmçinin — kipriklərə hər iki effekti eyni vaxtda bəxş etməyə qadir olan niversal fırça ilə təchiz edilmiş tuşu seç. Wonder Lash XXL sərt çubuqlu və müxtəlif uzunluqda olan yumşaq tükcüklü Dual Core patentləşdirilmiş texnologiyası ilə eksklüziv Wonder Brush fırçası kipriklərin həcmini artırır, onları ayırır, onlara möhtəşəm burulma bəxş edir. Nəticə: həcm 19 dəfə, uzunluq 51%-ə qədər artır.

 

Verilib: istənilən kipriklər
Lazımdır: universal həll
Sənə lazımdır: orta ölçülü düz fırça ( Giordani Gold kipriklər üçün supertuş) və ya bir az əyri (THE ONE Wonderlash 5-i 1-də çoxfunksiyalı kiprik tuşu).

Problem yaratmayan kipriklərə bir az həcm, uzunluq və burulma, həmçinin zəngin qara rəng vermək kifayətdir. Klassik fırçalara tərəf bax: onlar istifadə üçün rahatdır və effektləri dəyişməyə imkan verir. Giordani Gold kipriklər üçün supertuş — əla bir nümunədir, bu cür məhsul uzunluğu və həcmi əhəmiyyətli dərəcədə artırır, davamlı formul sayəsində isə bütün gün ərzində qalacaq. Əgər bir az əyilmiş fırça sənin üçün hər hada daha rahatdırsa, məsləhət görürük əfsanəvi Wonderlash-i: 5 effekt birində!

Mətn: Şəkil: Oriflame