Skip to main content Skip to main menu Axtarışa keçmək

Hazırki Müddəalar və Şərtlər və onlarda göstərilən hər bir sənəd («Şərtlər») Oriflame məsləhətçilərinin qaydalarını, prinsiplərini, hüquq və öhdəliklərini tənzimləyir.Əgər siz onları qəbul edirsinizsə,o zaman qeydiyyat yeri Bakı şəhəri, Xəqani küç., 1 ünvanında olan və qeydiyyat nömrəsi 1700073801 olan Oriflame (100% xarici investisiyalı şirkət) (“Oriflame”, “biz) və Sizin (“Siz” “Oriflame Məsləhətçisisiniz”, “Məsləhətçi”) aranızda öhdəlikli razılıq tərtib edilir. Bununla əlaqədar Sizə tövsiyyə edirik ki, bu Şərtlərin surətini çap edə yaxud yaddaşa salaraq özünüzdə saxlayasınız. 
Hazırki Şərtlərin dəyişdirilməsi hüququnu biz özümüzdə saxlayırıq. Son yenilənmənin tarixi ilə Şərtlərin son hissəsində tanış olmaq olar. Bu Şərtlərdə göstərildiyi kimi biz belə dəyişikliklər barədə sizi xəbərdar edəcəyik. Siz hər bir belə dəyişiklik barəsində məlumatlı olmanızı lazımi səviyyədə olmasına görə məsuliyyət daşıyırsınız. 

1.    İFADƏLƏR

Bu Şərtlərdə aşağıdakı ifadələrdən istifadə olunur:

I.        Etika və davranış qaydaları məcəlləsi: Məsləhətçilərin Oriflame şirkətinə, Müştərilərə və digər Məsləhətçilərə münasibətdə davranışlarını tənzimləyən mütləq qaydalar toplusu;

II.      Müştəri: Oriflame məhsullarını onlayn (məsələn, veb-sayt vasitəsi ilə) yaxud Servis Mərkəzi vasitəsi ilə) alan, Oriflame müştərisi qismində qeydiyyatda olan ya olmayan və bununla bərabər hərəkətləri əsasən onun ticarəti, biznesi, ixtisası yaxud sənəti ilə bağlı olmayan hər bir fiziki şəxs;

III.     Oriflame, Kataloqu: Oriflame şirkəti tərəfindən mütəmadi olaraq kağız yaxud elektron şəkildə buraxılan və Oriflame məhsullarının təkliflərini və onların tövsiyyə edilən pərakəndə qiymətlərini əks etdirən broşur;

IV.    Kataloqun qüvvədə olma müddəti: hər bir Kataloqun üzlüyündə göstərilən və bu Oriflame Kataloqunun təkliflərinin qüvvədə olma müddətini bildirən vaxt kəsiyi;

V.      Oriflame Qrupu: Oriflame Global e-commerce AG, onun son xoldinq şirkəri və bu son xoldinq şirkəti tərəfindən bilavasitə yaxud dolayısı ilə nəzarət edilən hər bir hüquqi şəxs;

VI.    Oriflame məhsulları, Məhsullar: Oriflame ticarət nişanları altında satış üçün təklif olunan kosmetika və müşahidəedici mallar, və eləcə də müəyən qida əlavələri; Kataloqda məhsulun əsas xüsusiyyətləri təsvir edilir;

VII.   Oriflame-in uğur planı: Oriflame ilə əməkdaşlığın üstünlüyünü və bizim təklif etdiyimiz qazanc imkanlarını təsvir edən sənəd.Siz uğur Planının surətini buradan yükləyə bilərsiniz;

VIII.  Oriflame Broşuru: Oriflame ilə əməkdaşlığın – (Oriflame məhsulları və bizim təklif etdiyimiz qazanc imkanları) üstünlüyü haqqında tez və asan şəkildə təsəvvür almaq imkanı verən sənəd. Oriflame uğur Planı əsasında sənədi tez və asan şəkildə qavramaq olar;

IX.    Oriflame ticarət nişanları: Oriflame adı, Oriflame loqotipi və bizim istehsal etdiyimiz, bazara çıxardığımız, satıb yaxud yaydığımız məhsullsrın və məhsul xətlərinin adları;

X.      Qiymətlər: Oriflame şirkəti tərəfindəm müəyyən edilən və çatdırılma sifarişi yerləşdirilən vaxt qüvvədə olan prays-vərəqlərdə əks olunan Oriflame məhsulun qiymətləri;

XI.     Ərazi: AZƏRBAYCAN;

    XII.    Şəxsi məlumatlar: Sizin Oriflame məsləhətçisi qismində qeydiyyatdan keçərkən təqdim etdiyiniz məlumatlar və Sizin barənizdə olan bizə mütəmadi olaraq təqdim edə biləcəyiniz hər bir məlumat


2.     QEYDİYYAT VƏ İŞTİRAK

2.1. Siz Oriflame məsləhətçisi qismində yalnız biz Sizin ərizənizi qəbul etdikdən və Sizə məsləhətçi nömrəsi verdikdən sonra qeydiyyata alınacaqsınız. Oriflame məsləhətçisi qismində qəbul edilmənin şərtləri davranış Qaydalarındakı iştirak etmə Qaydaları bölümündə əks olunub.

2.2. Biz start dəsti – Sizin bizimlə əməkdaşlığınıza başlamağa yardım edən sənəd və təlimatlar toplusu, -  üçün ödəniş alırıq. Ödənişlərin məbləği Sizin ilk qayimənizdə göstəriləcək.
2.3. Şərtlərdə göstərildiyi kimi Siz və Oriflame hər bir vaxt iştirakınıza son qoya bilərsiniz.
2.4. İştirak yalnız şxsən Sizə aiddir və bizim ilkin, yazılı razılığımız olmadan heç bir digər şəxsə verilə yaxud keçirilə bilməz.
2.5. Qeydiyyatdan sonra:


3.    İŞTİRAKDAN İMTİNA HÜQUQU (AZAD OLUNMA) VƏ İŞTİRAKDAN İMTİNANIN NƏTİCƏLƏRİ

3.1. Siz istədiyiniz vaxt bizə imtina barədə yazılı bildiriş göndərməklə səbəblərini izah etmədən iştirakınıza son qoya bilərsiniz. Sizin bildirişinizi alandan sonra biz dərhal biz Sizin iştirakınızın sona çatmasını təsdiq edəcəyik. Bizə iştirakınızdan imtina barədə bildirmək üçün tipli formadan istifadə edə bilərsiniz.

3.2. Qeydiyyatdan sonrakı 14 gün ərzində İştirakdan imtina halında biz bütün xərclərinizi  Sizə qaytarırıq və aldığınız bütün məhsulları geri götürürük. Təhlükəsizlik və gigiyena səbəblərindən bizim açılmış kosmetik məhsulların geri götürməkdən imtina hüququmuz vardır.
3.3. 
14 gündən gec olan hər bir vaxt imtina olduqda və Sizin tələbinizlə, biz aşğıdakı şərtlərə riayət etməklə Sizdə bütün məhsulları satın ala bilərik:  

4.   MƏHSULUN ALINMASI


A. SİFARİŞİN YERLƏŞDİRİLMƏSİ
      4.1.  Siz almaq istədiyiniz məhsulu seçməklə, kataloqdan olan sifarişlərinizi yerləşdirə bilərsiniz. Sifarişin yerləşdirilməsi, Sizin bizə seçdiyiniz məhsulu almaq təklifi verməniz kimi qəbul edilir.
      4.2.  Aşağıdakı addımların yerinə yetirilməsi ilə sifariş yerləşdirilmiş sayılır: 

4.3.  Sizin onlayn sifarişinizin yerləşdirilməsindən sonra, o veb-sayt vasitəsi ilə dəyişdirilə bilməz; siz müştərilərə dəstək Xidmətinə müraciət etməlisiniz, ünvan: Bakı, Azərbaycan prospekti 14

4.4.   Sizin sifarişinizin qəbulundan sonra biz Sizə elektron poçt vasitəsi ilə sifarişin təsdiq olunmasını göndərəcəyik, və bundan sonra alqı-satqı müqaviləsi qüvvəyə minir. Biz səbəbini göstərmədən Sizin sifarişinizi qəbul etməkdən imtina edə bilərik. Biz bütün etdiyiniz ödənişləri tam həcmdə Sizə qaytaracağıq.
4.5.  Sifarişinizin təsdiqindən başqa, Siz məhsulunuzun göstərildiyi qablaşdırma vərəqəsi alacaqsınız. Qablaşdırma vərəqəsində göndərilmiş məhsulun qısa məzmunu əks olunub. Burada həm də sizin istehlakçı hüquqlarınız haqda vacib məlumatlar vardır.
4.6.  Onlayn sifariş edərkən aşağıdakıları nəzərə almaq lazımdır:
4.6.1.  Siz bağlanmış müqavilənin nüsxəsini almayacaqsınız: müqavilənin detalları – Sizin sifarişiniz və saytda göstərilən Şərtlərdir (onları yaddaşda saxlamaq yaxud çap etmək olar) yaxud bizim Sizə digər əlaqə vasitələri ilə bildirə biləcəyimiz məlumatlardır;
4.6.2. 
Müqavilə yalnız Azərbaycan dilində bağlana bilər;
4.6.3. Oriflame, Şərtlərin Error: Reference source not found bəndində göstərilən davranış Məcəlləsinə qoşulur
4.7. Siz 5-ci bənddə göstərilən üsullardan başqa heç bir digər üsul ilə icra edilmiş və ödənilmiş sifarişləri ləğv edə bilməzsiniz.
4.8. Kataloqun yenilənməsi vaxtı istisna olunmaqla, sifarişləri sutkanın istənilən vaxtında yerləşdirmək olar.
4.9.  Istənilən vaxt hər bir malı əldə etmək mümkün deyil. Əgər sifrişin yerləşdirilməsi zamanı mal ambarda yoxdursa, biz Sizi sifarişinizin bitməsinə qədər məlumatlandırmaq üçün bütün ağlabatan səyləri göstərəcəyik ki,  Siz sifarişinizi dəyişdirə yaxud ondan imtina edə biləsiniz.
4.10 Müxtəlif texniki səbəblərdən, yaxud texniki qulluq səbəbindən, bəzən məhdud zaman kəsiyində Kataloqdan istifadə əngəllənə bilər. Bu cür səbəblərdən kataloqdan istifadə mümkün olmayan hallara görə Oriflame məsuliyyət daşımayacaq və Müştəri yaxud digər ziyarətçilərin hər bir pretenziyalarını təkzib edəcək. 

B.   B.   QİYMƏTLƏR VƏ ÖDƏNİŞ

4.11. Istisna hallarda biz icazə verə bilərik ki, Siz xüsusi onlayn-instrument vasitəsi ilə başqalarının sifarişlərini yerləşdirə biləsiniz. Bu, Oriflame uğur Planında göstərildiyi kimi, yalnız sizin aşağıda duran Məsləhətçiləriniz üçün mümkün ola bilər və onların aydın şəkildə ifadə etdiyi razılıqları əsasında baş tuta bilər. Bu instrumentdən istifadə olunduğu halda, Siz sanksiyalaşdırılmamış sifarişin yerləşdirilməsi ilə bağlı bütün pretenziyalara, və bütünlükdə konfedensiyallığın pozulmasının bütün hallarına, və eləcə də Oriflame yaxud sizin sifarişini yerləşdirdiyiniz şəxsin çəkə biləcəyi bütün xərclərinə görə şəxsən məsuliyyət daşıyacaqsınız.
4.12. Digəri göstərilməyibsə, Kataloqda əks olunan qiymətlər, sifarişin yerləşdirilməsi anına olan tam pərakəndə qiymətlərdir. Bütün qiymətlər ƏDV daxil olmaqla yerli valyutada göstərilib.
4.13. Biz qiymətləri istədiyimiz vaxt dəyişmək hüququnu özümüzdə saxlayırıq, lakin sizin seçdiyiniz Məhsulların Qiymətlərində olan heç bir dəyişiklik sifarişin yerləşdirilməsinə qədər və Sizinlə razılıq ifadə etməyənədək  bizim kontraktımıza daxil edilməyəcək.
4.14. Sifariş sənədləşdirilərkən dəqiq göstərilən daşınma, çatdırılma qiymətləri və hər bir digər ödəniş və rüsumun dəyəri, qiymətlərə daxil deyil və onlar Sizin seçdiyiniz çatdırılma üsulundan asılı olaraq fərqlənə bilərlər. 
4.15. Biz mütəmaddi olaraq güzəşt təqdim edə bilərik. Siz Oriflame uğur Planına uyğun olaraq əlavə güzəşt ala bilərsiniz. Güzəştlər heç də hər vaxt sizin qaimələrinizdə göstərilmir. Siz istədiyiniz vaxt Qiymət hesablanmalarına dair istədiyiniz suallarla müştərilərə dəstək Xidmətinə müraciət edə bilərsiniz. Ünvan: Bakı AZ1005, Azərbaycan prospekti 14. 
4.16. Ödəniş kredit kartı vasitəsi ilə, bank köçürməsi, yaxud bu Şərtlərdə göstərilmiş digər vasitələrlə həyata keçirilə bilər. Ödəniş üçün əsas ödəmə kartlarının əksəriyyəti qəbul edilir. Adətən ödəniş Sizin ödəmə kartınızdan sifarişiniz göndərilmək üçün hazır olmayanadək götürülmür. Əgər istisna halında ödəniş Sizin kredit kartınızdan sifarişinizin göndərilməsinədək qəbul edilibsə, Siz hər bir halda 1.7, 1.8 və 5.3 bəndlərinə müvafiq olaraq hüququna maliksiniz.
4.17. Ödənişləri qəbul etmək məqsədi ilə, biz “Qolden Pey”, “Komtek”, “Unibank” şirkətləri ilə əməkdaşlıq edirik. Siz bu xarici xidmət göstərəndən ödənişin edilməsi barədə məlumat ala bilərsiniz. Bir qayda olaraq, SM-nin bütün qayimələri 3 iş günü ərzində, SM-də çatdırılma və sifariş verilmə qrafikinə müvafiq olaraq  ödənilməlidir. Ödəmə üsulları haqqında əlavə məlumat almaq üçün müştərilərə dəstək Xidmətinə müraciət etməniz xahiş edilir. Ünvan: Bakı AZ1005, Azərbaycan pr 14,  0123101071/72, customerservice_az@oriflame.com
4.18. Kredit kartları vasitəsi ilə edilən Onlayn-ödənişlərin təhlükəsizliyi məqsədi ilə bütün ödəniş məlumatı şifrələnir. Oriflame səlahiyyətli ödəmə xidmətləri təklif edənlərlə işlədiyindən, kredit kartı barədə məlumat ödəmə kartları sahəsində mövcud olan beynəlxalq Standartlara uyğun olaraq işlənilir. 
4.19. Əgər biz Sizə mütamadi kart ödənişləri üçün imkan təqdim etsək, Siz bu rahat ödəmə üsulunu birbaşa seçmək və ona yazılmaq imkanını əldə edəcəksiniz. Hər bir sonrakı ödənişlər Sizin ödəmə kartınızın təsdiqini sifarişin yerləşdirildiyi an alacaq və məbləğ Sizin ödəmə kartınızdan sifariş edilmiş malların Oriflame şirkəti tərəfindən göndərilməsi anında qəbul ediləcək. Siz istədiyiniz vaxt mütəmadi ödənişlərdən imtina edə biləcəksiniz. Siz bunu profil səhvəsinə keçməklə və ödəmə kartlarının vkladkasına basmaqla edəcəksiniz. 

C.  ÇATDIRILMA VƏ RİSKİN ÖTÜRÜLMƏSİ

4.20. Sifariş olunmuş məhsullar yalnız Ərazilərə çatdırıla bilər.
4.21. Siz sifarişinizdə Məhsulun çatdırılma yerini seçirsiniz.
4.22. 
Biz sifarişinizi qısa müddətdə işləyib çatdırmağı üzərimizə götürürük. Bu müddət tərəfimizdən sifarişin təsdiq olunmasından sonra 30 gündən artıq ola bilməz. Biz bizdən asılı olmayan səbəblərə görə çatdırılmada yubanmaya görə məsuliyyət daşımırıq.

4.23. Məhsulun itirilmə riski və Məhsula olan hüquq onun çatdırılması anından Sizə keçir.
4.24. 
Sizin tərəfinizdən qeyri-düzgün yaxud tam olmayan Personal məlumatların təqdim edilməsi nəticəsində sifarişin vaxtında çatdırılmaması, çatdırılmasının mümkün olmaması və doğru önvana çatdırılmamasına görə Oriflame məsuliyyət daşımayacaq.

4.25. Əgər bizdə Sizin tərəfinizdən Şərtlərin hər birinin pozulmasına dair əsas olarsa, Biz sizin yerləşdirdiyiniz sifarişi istənilən an rədd edilməsi hüququnu özümüzdə saxlayırıq. 

D.    D.    BİZİM MƏHSULA UYĞUNLUQ

4.26. Biz zəmanət veririk ki, Oriflame Məhsulları kosmetik məhsullara dair lazımı istehsalat təcrübəsi üzrə Təlimata EN İSO 22716:2007 və Oriflame-in profesional etika Məcəlləsinə müvafiq olaraq istehsal olunur.

5.  
SİFARİŞİ  LƏĞV ETMƏ HÜQUQU


5. 1. 
Biz Ərazidə tətbiq edilən malların geri qaytarılma qaydalarına ciddi riaət edirik (əlavə məlumat almaq üçün bax. 5.3 bənd).
5.2. 
Sifarişi alandan sonra Siz onun tərkibini yoxlamalısınız və əmin olmalısınız ki, onun içində daşınma zamanı zədələnmiş məhsullar yoxdur. Siz, yaxud sizin adınızdan malları alan şəxs dərhal müştərilərə dəstək Xidmətini pretenziya təqdim etməklə və zədə/diffektləri təsvir etməklə məlumatlandırmalısınız. Siz pretenziyanızla Bakı ş., Azərbaycan pr.,14 ünvana müraciət edə və həmçinin az.oriflame.com saytı vasitəsi ilə onlayn pretenziya yerləşdirə bilərsiniz.
5.3. 
Malı qaytarmaq və pulunu geri almaq hüququ: 
5.3.1. 
Siz Məhsulun sifarişini heç bir izah göstərmədən 5.3.2.-ci bənddə göstərilən müddət ərzində ləğv edə bilərsiniz. Bu o deməkdir ki, əgər Siz fikrinizi dəyişdirsəniz yaxud istənilən səbəbdən Məhsulu almaq istəməsəniz, Siz müvafiq dövr ərzində öz qərarınız barədə bizə məlumat verə və pulunuzu geri ala bilərsiniz.
5.3.2. 
Siz sifarişinizi istənilən vaxt ləğv edə bilərsiniz, hətta elektron poçtla sifarişinizə müştərilərə dəstək Xidmətindən təsdiq aldıqdan sonra da, lakin bu, Məhsulun faktiki alındığı gündən yaxud birdən çox sifariş etmisinizsə sonuncunun alındığı gündən sonra 14 iş günü ərzində baş tuta bilər. Iş günlərinə şənbə, bazar və bayram günləri daxil deyil.

5.4. 
Sifarişinizi ləğv etmək üçün müştərilərə dəstək Xidmətinə müraciət edin və bizim sayta e-mail info@oriflame.com  yazın yaxud poçtla bu ünvana göndərin Bakı ş., Azərbaycan pr., 14.
5.4.1.Sifarişinizi ləğv etməniz barədə bizi məlumatlandırmaq üçün Siz tipli formadan istifadə edə bilərsiniz. Əgər Siz bu formanı onlayn dolduraraq bizim sayt vasitəsilə göndərsəniz, biz dərhal Sizə bu ləğv etməni təsdiq edilməsi barədə elektron poçtla xəbərdarlıq edərik. Siz ləğv etmə barədə bildirişin surətini uçot məqsədi ilə özünüzdə saxlaya bilərsiniz. Siz sadəcə olaraq öz ləğvetmə hüququnuzdan ləğvetmə dövrünün bitməsinə qədər istifadə etməlisiniz. Buna görə də, əgər Siz bizə elektron poçt yaxud poçtla imtina barədə bildiriş göndərəcəyiniz halda, Sizin sifarişinizin ləğv olunması məktubun elektron poçt yaxud poçtla göndərildiyi tarixdən qüvvəyə minir.
5.4.2. 
Siz Məhsula görə ödədiyiniz pulunuzu və istənilən çatdırılma xərclərini tam həcmdə alaclqsınız (bizim təklif etdiyimiz çatdırılma üsullarından ən ucuz standart üsulu seçməyərək hər bir digər çatdırma üsulunu seçdiyiniz halda yaranmış əlavə xərclər istisna olmaqla). Biz qaytardığımız puldan istənilən çatdırılmış malların dəyərinin itirilməsinə görə itirilmiş həcmdə vəsait çıxa bilərik, bir şərtlə ki, dəyərin itirilməsi sizin tərəfinizdən həddindən artıq işlənmənin nəticəsi olsun. Siz yalnız Məhsul üçün zəruri olandan hər hansı artıq işlənmə nəticəsində əmələ gəlmiş dəyər azalmasına görə məsuliyyət daşıyırsınız. Biz qısa müddətdə pulunuzu geri qaytaracağıq, lakin hər bir halda Sizdən istənilən çatdırılmış  Məhsulun alınması günündən sonrakı (a) 14 ün ərzində, yaxud (b) tərəfinizdən Məhsulun qaytarılmasının sübutunun təqdim edilməsi günündən sonrakı 14 gün ərzində, yaxud (c) Məhsul çatdırılmamışdırsa, tərəfinizdən sifarişin ləğv edilməsi barədə bildirişin göndərildiyi gündən sonrakı 14 gün ərzində. Əgər Siz Məhsulu onun çatışmamazlığı, yaxud qeyri-düzgün təsviri səbəbindən qaytarırsınızsa, xahiş olunur bax. 1.19.2-cu bəndə.
5.4.3. 
Əgər siz Məhsulu onun çatışmamazlığı yaxud qeyri-düzgün təsviri səbəbindən geri qaytarırsınızsa, biz çatışmamazlığı olan Məhsul üçün ödədiyiniz pulu, çatdırılmaya sərf olunmuş istənilən tətbiq edilən xərcləri və Məhsulun geri qaytarılması ilə bağlı çəkdiyiniz istənilən ağlabatan xərcləri tam həcmdə Sizə ödəyəcəyik.
5.4.4. 
Əgər siz digərini göstərməsəniz, Biz Sizə pulunuzu kredit kartına, debet kartına, yaxud ödəniş üçün istifadə etdiyiniz digər vasitəyə geri qaytaracağıq; hər bir halda qaytarılma nəticəsində Siz heç bir xərc çəkməyəcəksiniz.
5.5. Əgər Məhsullar Sizə çatdırılmışdırsa:
5.5.1. Siz Məhsulları bizə yubanmadan qaytarmalısınız, və sifarişin/müqavilənin ləğv edilməsindən sonra 14 gündən gec olmayaraq. Əgər Siz Məhsulları 14 gün bitənədək göndərsəniz, Siz müddəti gecikdirməmiş olacaqsınız;
5.5.2. Əgər Məhsul zədələnməyibsə və təsvirinə uyğundursa (əks halda bax. 5.3.5.-ci bənd) , Siz Məhsulun qaytarılması üçün birbaşa olan xərclər üçün məsuliyyət daşıyacaqsınız; və
5.5.3.  Məhsul sizin sərəncamınızda olduğu müddətdə Sizin onu saxlamaq və onun barəsində ağlabatan qyğı göstərmək kimi hüquqi öhdəliyiniz vardır. 
5.5.4. Sizin qanuni ləğvetmə hüququnuz və onun həyata keçirilməsi haqqında məlumat, ləğvetmənin tipik forması da daxil olmaqla,4.5-ci bənddə göstərildiyi kimi qablaşdırma vərəqəsində əks olunmuşdur.
5.5.5. Sizin qanuni ləğvetmə hüququnuz və onun həyata keçirilməsi haqqında məlumat, ləğvetmənin tipik forması da daxil olmaqla,4.5-ci bənddə göstərildiyi kimi qablaşdırma vərəqəsində əks olunmuşdur.

5.6. Biz müqavilənin şərtlərinə uyğun olaraq Məhsulun təchizatına görə hüquqi öhdəlik daşıyırıq. Bir müştəri kimi Siz qüsurlu, yaxud təsvirə uyğun gəlməyən Məhsula münasibətdə hər zaman hüquqlara malik olacaqsınız.  Bu hüquqlar 5.3-cü bəndə yaxud bu Şərtlərə əsaslanan qaytarma siyasətinin qüvvəsi ilə əhatə olunmurlar. Siz Ərazidə qanuni hüquqlarınız haqqında məsləhətləri yerli Servis Mərkəzində ala bilərsiniz. 


6.    ORİFLAME SATICI-MƏSLƏHƏTÇİSİNİN ÖHDƏLİKLƏRİ 

6.1. Məsləhətçilər Oriflame Məhsulunu öz adından və öz hesabına alıb sata bilərlər. Əgər Siz Oriflame Məhsulu ilə ticarət etmək istəsəniz, onda bütün hallarda müstəqil şəxs kimi hərəkət edəcəksiniz və belə sayılacaqsınız. Bu zaman Siz Oriflame-ın agenti yaxud əməkdaşı sayılmayacaqsınız. Sizin bizim adımızdan yaxud bizim tapşırığımız ilə, yaxud istənilən digər Oriflame Qrupu şirkətinin adından və ya  tapşırığı ilə danışıqlar aparmaq, almaq, satmaq və ya ümumi əsaslarla hər hansı müqavilə bağlamaq hüququnuz yoxdur.
6.2. Əgər Siz Oriflame Məhsulları ilə ticarət etmək qərarına gəlsəniz, siz Ərazi qanunvericiliyinə müvafiq olaraq müstəqil işgüzar təcrübə həyata keçirmək üçün zəruri olan bütün icazə və lisenziları almalı, bütün qeydiyyat növlərini, məlumatların qorunması ilə bağlı bütün qeydiyyat növləri də daxil olmaqla(bax. 1.26-cı bənd), aparmalısınız və vergi uçotuna durmalısınız. Siz bu cür fəaliyyət üçün tətbiq olunan bütün vergilərin, rüsumların ödənilməsi və hesabat verilməsinə görə şəxsən məsuliyyət daşıyırsınız. Siz tərəfinizdən Müştərilərinizin şəxsi məlumatlarından istifadənin bütün aspektlərinin, məlumatların qorunması və konfidensiallığa dair milli qanunvericiliyə tam uyğunluğunun təmin edilməsinə görə şəxsən məsuliyyət daşıyırsınız. (bax. 1.26 – 6.13-cı bəndlər).
6.3. Siz Şərtlərdə göstərildiyi kimi, həm Sizin, həm də Sizin müştəriləriniz tərəfindən Məhsulun dəyişdirilməsini və geri qaytarılmasını qəbul edirik. Siz Müştərilərinizə onların Məhsulu geri qaytarma hüquqları barədə məlumat verməyinizi bir öhdəlik kimi tanıyırsınız və Siz Müştəriləriniz tərəfindən və onların adından olan bütün geri qaytarmaları həyata keçirməlisiniz.
6.4. Siz Oriflame şirkətinin imicini və adını dəstəkləməlisiniz. Siz Oriflame şirkətinin imicinə yaxud Məhsula zərər gətirə biləcək heç bir hərəkət etməməyi və heç bir açıqlama verməməyi üzərinizə götürürsünüz. Siz öz biznesinizi qanun və etikaya riaət etməklə idarə etməlisiniz, və Məhsul haqqında heç bir yalan, şişirdirmiş yaxud anlaşılmazlığa gətirən açıqlama verməməlisiniz.
6.5. Siz razılaşırsınız ki, Oriflame ticarət nişanları, bizim ticarət adımız və loqotipimiz Oriflame şirkətinin mülkiyyətidir, və Siz onları heç bir yolla pozmamağa razılaşırsınız. Şübhələrdən qaçınılması məqsədi ilə Oriflame-in xeyrinə olan bütün reputasiya üstünlükləri Oriflame-ə məxsusdur. Bu faktın təsdiqi üçün biz əsaslı olaraq Sizdən müvafiq sənədlərin imzalanmasını tələb edəcəyik.
6.6. Oriflame Məhsulunu təqdim edərkən, Siz davranış qaydalarına və etika Məcəlləsinə ciddi riaət etməlisiniz.
6.7. M
əsləhətçi qismində Siz müştərilərinizin şəxsi məlumatlarını toplaya, yaza, saxlaya və yeniləyə bilərsiniz (yəni insanın identifikasiyası üçün istifadə oluna biləcək hər hansı məlumatı). Bu səbəbdən Siz məlumatların qorunması və konfidensiallıq barəsində qüvvədə olan qanunvericiliyə riaət etməlisiniz və bununla razılaşırsınız.
6.8. Xüsusi olaraq, Siz Müştərilərin şəxsi məlumatlarının təsadüfi yaxud qanunsuz məhv edilməsindən, və ya təsadüfi itirilməsindən, dəyişdirilməsindən, sanksiyalaşdırılmamış açıqlanmasından qorunması üçün müvafiq texniki və təşkilatı təhlükəsizlik tədbirləri görəcəksiniz. Texniki inkişafın səviyyəsini və onun həyata keçirilməsinə sərf olunan məsrəfləri nəzərə alaraq, bu tədbirlər işlənmə ilə bağlı risklərə və qorunan şəxsi məlumatların təbiətinə müvafiq olan təhlükəsizlik səviyyəsini təmin etməlidirlər.
6.9. Siz həmçinin Müştərilərdən onların sizdən Oriflame Məhsulları barədə kommersiya məktublarını almaq istəyib-istəməmələrini aydın şəkildə soruşmalısınız, onların marketinq istəklərinin uçotunu aparmalı və bu istəkləri nəzərə almalısınız.
6.10. Sizin öz şəxsi məlumatlarınıza münasibətdə qeyri-korrekt hərəkətlərinizdən əmələ gəlmiş və sizin məlumatların müdafiəsi və konfidensiallıq haqqında qüvvədə olan qanunların pozulmasına görə çəkə biləcəyiniz hər bir cəriməyə, məsrəfə, rüsuma və ümumiyyətlə bütün bununla bağlı məsrəflərə məsuliyyətdən biz birbaşa imtina edirik. 
6.11. 
Əgər Siz Müştəriyə Məsləhətçi olmaq üçün sponsorluq etmək istəyirsinizsə, Siz müəyyən şəxsi məlumatları birbaşa Müştəridən ala bilərsiniz. Zərurət yarandıqda, Siz bizim sponsorluq prosedurlarımıza ciddi əməl etməlisiniz. Müştərinin şəxsi məlumatlarının işlənilməsi üçün sizin məhdud hüququnuz olacaq  və bu yalnız şəxsi məlumatların Oriflame şirkətinə göndərilməsi və həmin müştəriyə komersiya ismarıclarının ( yəni şirkətin mallarının, xidmətinin və ya imicinin önə çəkilməsi üçün nəzərdə tutulmuş ismarıclar) göndərilməsi üçün nəzərdə tutulub. Bütün bunlar 6.12 və 6.13-cü bəndlərdə təsvir edilmiş müəyyən şərtlərə riayət etməklə olmalıdır.
6.12. 
Bizim onlayn-alətlərimiz Sizə imkan verəcək ki, komersiya ismarıclarının göndərilməsi üçün Müştərinin şəxsi məlumatlarından aşağıdakı şərtlərə müvafiq olaraq istifadə edəsiniz:

6.13. Sizin heç bir halda Oriflame adından yaxud onun tapşırığı ilə kommersiya ismarıclarını göndərməyə hüququnuz yoxdur.

7.   ORIFLAME ÖHDƏLİKLƏRİ

7.1. Biz sizin sifariş etdiyiniz istənilən Məhsulları, onların mövcudluğu halında çatdırarıq.
7.2. Biz Məhsul çatışmamazlığı yaxud Məhsulun anbarda olmamasına görə istənilən məsuliyyəti birbaşa istisna edirik.
7.3. Siz hal-hazırda qüvvədə olan Oriflame uğur Planına müvafiq olaraq bilavasitə bizdən, yaxud Oriflame-ın digər təşkilatından, yaxud kənar təchizatçıdan Sizə verilməli olan təzminatları/ödənişləri alacaqsınız. 

8.   XİTAM

8.1. 
Biz sizin iştirakınıza bildiriş göndərməklə son qoya bilərik. Bildiriş aşağıdakı halların hər birində dərhal qüvvəyə minir:

8.2. Sizin qeydiyyat müddətiniz Kataloqun qüvvədə olduğu 17 ardıcıl dövr ərzində tərəfinizdən sifarişlərin olmadığı təqdirdə bitəcəkdir. 

9.     ŞİKAYƏTLƏRƏ BAXILMASI

İstənilən şikayət, sual və sorğuları Bakı ş., Azərbaycan pr. 14 ünvanında yerləşən Oriflame-in müştərilərə dəstək Xidmətinə yaxud, bu telefon 0123101071/72 vasitəsilə ünvanlamaq olar. Əgər Sizi Oriflame müştərilərə dəstək Xidmətinin cavabı qane etmirsə, Siz Avropa birbaşa satışlar asosiassiyası ilə (Seldia)  www.seldia.eu. saytında bağlantı qura bilərsiniz. 

10.   İŞGÜZAR ETİKA MƏCƏLLƏSİ

Oriflame şirkəti Avropa birbaşa satışlar asossiyasiyasının Seldia(http://www.seldia.eu/sites/default/files/uploads/content-pdf/seldia_codeofconduct.pdf   və Ümumdünya birbaşa satışlar asossiyasiyasının (WFDSA ) işgüzar etika Məcəllsinə ciddi surətdə riayət edir. Oriflame şirkəti öz məsləhətçilərindən bu məcəllələrin müddəalarına ciddi riayət etmələrini tələb edir, hansı ki, bu müddəalar Oriflame şirkətinin davranış Qaydalarının və etika Məcəlləsinin hazırlanmasında istifadə olunub. Siz həmçinin bu sənədlərin surətlərini müştərilərə dəstək Xidmətinə müraciət edərək ala bilərsiniz, ünvan: info@oriflame.com .

11.    SƏHVLƏR VƏ DÜZƏLİŞLƏR

Biz bu saytda dəqiq və aktual informasiyanın əks olunması üçün ağılabatan səylər göstərsək də, veb-saytda səhvlərin olmamasını iddia etmirik və buna zəmanət vermirik. Məlumatların daxil edilməsində olan səhvlər və ya digər texniki problemlər bəzə qeyri-dəqiq informasiyanın əks olunmasına gətirib çıxara bilər. Biz saytımızda məhsul və xidmətlərin mövcudluğu haqda məlumat da daxil olmaqla, mümkün olan səhvləri düzəltmək hüququnu özümüzdə saxlayırıq və eləcə də bu cür səhvlərə görə heç bir məsuliyyət daşımırıq.Biz həmçinin istənilən vaxt saytın xarakteristikasına, funksionallığına və məzmununa dəqiqləşdirilmə və/yaxud dəyişikliklər daxil edə bilərik. Əgər siz fikrinizcə doğru olmayan informasiyanı aşkarlasanız, o zaman müştərilərə dəstək Xidmətinə müraciət etməyiniz xahiş olunur.

12.   ISTİNADLAR

Biz kənar veb-sayt və ya resurslara istinadları təqdim edə bilərik. Belə istinadların tərəfimizdən təqdim edilməsi heç də bizim belə istinad üzrə hər bir informasiyanın, məhsulun və ya xidmətin bəyənməmiz kimi sayıla bilməz. Biz İnternetin istənilən istinadının, bu saytın istinad etdiyi yaxud, bu saytda ola bilən digər veb-saytlar da daxil olmaqla məzmunu və ya fəaliyyət nəticəsinə görə məsuliyyət daşımırıq. Bu saytın istinad etdiyi veb-saytlarda aşkarladığınız səhvlər və uyğun olmayan materiallar barədə xəbər verməyinizi xahiş edirik.

13.   ÜMUMİ MÜDDƏALAR

13.1.
Hazırki şərtlər Ərazi qanunları ilə tənzimlənir və Şərtlərlə bağlı istənilən mübahisələr yalnız Ərazinin səlahiyyətli məhkəmələrində həll edilirlər. Ərazi məhkəmələri mütləq yurisdiksiyaya malik deyillər. Əgər hər hansı bir səbəbdən Ərazinin qanunları işləmirsə, bu zaman İsveçrə qanunvericiliyi tətbiq olunacaq.
13.2. 
Əgər Şərtlərin hər hansı müddəası qaunsuz yaxud, hər hansı bir səbəbdən qanuni qüvvəyə malik olmayan kimi tanınarsa, həmin müddəanın qanunsuz sayılması digər Şərtlərin qanuniliyinə təsir göstərmir.
13.3. 
Oriflame tərəfindən bu sənədin hər hansı müddəasına riayət etməkdən imtina edilərsə, bu imtina hüquqlardan və onların hüquqi təminatından imtina kimi qəbul edilməməlidir.
13.4. 
Biz bu Şərtləri yeniləmək və dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. İstənilən yeniləmə və ya dəyişiklik onun bizim saytda az.oriflame.com.dərc olunmasından sonra qüvvəyə minir. Əgər Siz dəyişikliyin tətbiq edilməsindən sonra Məhsul sifariş etməyə davam etsəniz, bu zaman istənilən bu cür dəyişiklik qəbul edilmiş sayılacaq.
13.5. 
Əgər Siz digərini seçməsəniz, biz Sizə xəbərdarlıqları, bildirişləri, elektron ismarıcları, məktubları ümumi şərtlərlə göndərə bilərik. Siz istədiyiniz vaxt, istifadəçinin tənzimlənmələrinə daxil olaraq tərəfimizdən gələn marketinq ismarıclarına münasibəttə seçimlərinizi yeniləyə bilərsiniz. Bu şərtləri qəbul edərkən Siz razılıq verirsiniz ki, Oriflame müqaviləniz və/yaxud sifarişlərinizə münasibətdə istənilən digər məlumatı Sizə kağız halında deyil, daimi daşıyıcıda göndərəcək  (yəni elektron poçtla yaxud, şəxsən Sizin üçün nəzərdə tutulmuş istənilən digər vasitənin köməyi ilə. Həmin vasitələr Sizə informasiyanı gələcəkdə xeyli uzun müddət ərzində əlçatan yerdə saxlamağa və eləcə də bu cür informasiyanı dəyişməz halda istifadə etməyə imkan verəcək).
13.6. 
Bu Şərtlərə müvafiq göndərilmiş hər bir bildiriş üçün məlumatlandırma müddəti bildirişin poçt vasitəsi ilə sifarişli məktubla göndərildiyi andan başlayır. Bidiriş istənilən digər vasitə ilə göndərildikdə, məlumatlandırma müddəti bildirişin alındığı gündən başlayır. Bu 5-ci bəndə müvafiq olaraq bizi malın qaytarılması barədə məlumatlandırılmaya aid deyil - məhsulun qaytarma müddəti Sizin bizə Məhsulu qaytarmaq niyyətinizin olması barədə bildirdiyiniz gündən başlayır. 

14.    
KONFİDENSİALLIQ SİYASƏTİ

14.1. Siz Məsləhətçi qismində qeydiyyatdan keçdikdə razılaşırsınız ki, Oriflame, Oriflame Qrupu və onun səlahiyyətli üçüncü tərəfləri (yəni Məsləhətçilər, kənar təchizatçılar və kənar xidmət təchizatçıları) Sizin şəxsi məlumatlarınızı saxlaya, istifadə edə və işlədə bilər (həmçinin avtomatik vasitələrin köməyi ilə). Biz o məqsədlə belə edirik ki, hazırki Şərtlərə müvafiq olaraq Sizin qarşınızda öhdəliklərimizi yerinə yetirək və eləcə də borcların yığılması, dələduzluğun qarşısının alınması, marketinq və statistik məqsədlərlə.
14.2. 
Biz bütün şəxsi məlumatları təhlükəsizlik və konfidensiallığa riayət etməklə saxlamağı üzərimizə götürürük (bununla belə bu məlumatları aşağıda göstərilən hallarda açıqlama hüququnu özümüzdə saxlayırıq). Biz onu təhlükəsiz serverdə saxlayacağıq və məlumatların qorunması, istehlakçıların hüquqları barədə bütün tətbiq edilən qanunlara, dəyişiklikləri nəzərə alaraq ciddi riayət edəcəyik.
14.3. 
Biz təsdiq edirik ki, Sizin bizə təqdim etdiyiniz bütün şəxsi məlumatlar (yaxud dövlət registrlarında yerləşdirilənləri) və Sizi identifikasiya etməyə yardım edən istənilən məlumat (istifadəçi haqqında məlumat) bizim konfidensiallıq siyasətimizə uyğun olaraq və yalnız burada təsvir olunmuş məqsədlər üçün saxlanılır və istifadə edilir, xüsusi ilə aşağıdakılar üçün:
14.4. Biz Sizin şəxsi məlumatlarınızı üçüncü səlahiyyətli şəxslərə təqdim etdiyimizdə, biz onlara 14.1-ci bəndə uyğun olaraq yalnız xidmət göstərilməsi üçün zəruri olan şəxsi məl   umatları təqdim edirik. Bütün səlahiyyətli üçüncü şəxslərə birmənalı olaraq istənilən şəxsi məlumatları hansısa başqa məqsədlərlə istifadə etmək, bizdən başqa başqaları ilə onları dəyişdirmək qadağan olunur.
14.5. 
Siz bilməlisiniz ki, biz Sizin şəxsi məlumatlarınızı və/yaxud, istifadəçi haqqında informasiyanı qanunsuz fəaliyyəti araşdıran polis yaxud, digər dövlət orqanının xahişi ilə təqdim etmək hüququmuz vardır.
14.6. 
Siz şəxsi məlumatlarınızı istənilən vaxt yoxlaya bilərsiniz. Siz şəxsi məlumatlarınızı yeniləmək üçün müştərilərə dəstək Xidməti ilə əlaqə saxlaya bilərsiniz yaxud, bilavasitə saytımızda az.oriflame.com. mənim səhvələrim tənzimləməsinə daxil olaraq edə bilərsiniz.
14.7. 
Əgər Siz əvvəllər Oriflame Məhsulu üzrə Məsləhətçi qismində qeydiyyatdan keçmisinizsə, bu saytda qeydiyyatdan keçərək Siz həm də əvvəllər qeydiyyatında olduğunuz Oriflame subyekti tərəfindən bəzi şəxsi məlumatlarınızın Oriflame Global e-commerce AG ötürülməsinə razılıq vermiş olursunuz. Biz məhdudiyyət olmadan Sizin istənilən təqdim etdiyiniz aşağıdakı kimi şəxsi məlumatlarınızı ötürə bilərik: Sizin Məsləhətçi nömrəniz, adınız, ünvanınız, telefon nömrəniz, elektron poçt ünvanınız və həmçinin Sizin bizdən marketinq materialları lamaq istəyib-istəməməyiniz barədə məlumatı.
14.8. 
Əgər siz digərini seçməsəniz, Oriflame Məsləhətçisi qismində qeydiyyatdan keçərək , bizim Sizə təklif və aksiya barəsində informasiya göndərə biləcəyimizlə razılaşırsınız.  Oriflame Sizin maraqlarınızı və xüsusi alış tarixinizi nəzərə alaraq Sizə təklif və informasiya təqdim etmək üçün şəxsi məlumatlarınızı analiz edə bilər. Bu Şərtləri qəbul etməklə, Siz bu cür analizə razılıq verirsiniz.
14.9. 
Əlavə hüquq və vəzifələr Oriflame-in konfidensiallıq Siyasətində əks olunmuşdur.
14.10. 
Aşağıda  100% xarici sərmayəli Oriflame Şirkəti barədə əlavə aktual informasiya yerləşdirilib.

                Adı

                        100% xarici investisiyalı Oriflame Şirkəti

        Coğrafi ünvan

                    Azərbaycan, Bakı ş. Azərbaycan prospekti 14

        Əlaqə məlumatı

                          Əlaqə nömrəsi: 0123101071/72

                      e-mail: info@oriflame.com

         VÖEN

                                 1700073801


15.    BİZİMLƏ ƏLAQƏ

Şərtlər barəsində hər hansı sualların yarandığı halda bizə info@oriflame.com yazmağınız yaxud, bu nömrəyə 0123101071/72 zəng etməyiniz xahiş olunur. Biz Sizin bütün suallarınıza cavab vermək və bütün bizə bildirdiyiniz problemlərinizi həll etmək üçün əlimizdən gələni edəcəyik.

Son yeniləmə: 23 Yanvar 2018-ci il.