Skip to main content Skip to main menu Skip to search
  1. Əsas
  2. Davamlı inkişaf
  3. Gözəl dəyişikliklər

#gözəldəyişikliklər

Dəyişikliklərə doğru addımlar

Bizim layihələrimiz böyük nüfuza malikdir, çünki Orifleymdə 60 ölkədə 6 min əməkdaş və 3 milyon müstəqil məsləhətçi öz kariyerasını qurmaqdadır. Bu bizim, istehsalın ətraf mühitə mənfi təsirləri azaltmaq və insanların həyatlarını dəyişdirə bilmək səylərimizdən  cəmi bir neçəsinə nümunədir.

EcoBeauty kompleks qulluq

 

Ecobeauty seriyası təbii və sertifikatlaşdırılmış orqanik inqrediyentlərin istifadəsi ilə yaradılmışdır. Bu xəttin məhsulları tərkibində silikon,  mineral yağlar və ya sintetik qoxular yoxudur. Həmçinin  Ecobeauty  Nəmləndirici gündüz kremi və Ecobeauty gözətrafı dəri üçün hamarlaşdırıcı krem  Fairtrade® serifikatı əldə etmişdir. Bundan başqa xətt Ecocert, Veqanlar birliyi və Meşələrin qorunması şurası tərəfindən sertifikatlaşdırılmışdır. O, yalnız sənin dərinin qayğısına qalmır – həmçinin həyatı dəyişir. EcoBeauty üçün kokos yağı tədarük edən fermer təsərüfatları, satışdan əldə olunan vəsaiti qadınların hüquqları uğrunda mübarizəyə, biomüxtəlifliyin, orqanik əkinçilik və təbiətdən istifadəni  öyrənilməsinə sərf edir.

Cilalayıcı hissəciklər

Biz skrablarımızda yalnız ətraf mühitə zərər vurmayan, təbii mənşəli bioparçalanan mikrohissəciklərdən istifadə edirik. Nəyə görə? Biz təmizliyi və su resurslarının təhlükəsizliyini qorumaq istəyirik.

Günəş batareyaları və LEED standartı

Rurkada (Hindistan) olan müəssisələrimizdə elektrik enerjisinə olan tələbatı azaltmağa kömək edən günəş batareyalarından istifadə olunur. Bu fabrik və bizim Noqiskdə olan məntiqi-istehsalat kompleksimiz LEED Qızılı sertifikat əldə etmişdir. O, təsdiqləyir ki, bizim müəssisələr davamlı inkişaf standartları nəzərə alınaraq layihələndirilmiş və qurulmuşdur.

Resursların qorunmasına edilən yatırım

2017-ci ildə bizim kataloqlar üçün istifadə olunan kağızın 97%-i sertifikatlaşdırılmış oduncaqdan istehsal olunmuşdur – yəni, xammalın əldə olunması meşələrin deqradasiyasının və  meşə resurslarının tükənməsinin qarşısını alan metodlarla aparılır. Biz istehsal tullantılarının 99%-nin atılmasından imtina etmişik. 2018-ci ildə tərəfimizdən istifadə olunan elektrik enerjisinin 100%-i bərpaolunan mənbələrdən əldə edilmişdir.