Oriflame Brend-partnyorunun sponsorunun dəyişdirilməsi
Oriflame Brend-partnyorunun sponsorunun dəyişdirilməsi
SPONSORUN DƏYİŞDİRİLMƏSİ ÜÇÜN ƏSAS YALNIZ QEYDİYYATDAN KEÇƏRKƏN SƏHV OLA BİLƏR!
VACİBDİR!
- əməkdaşlar vasitəsilə Sponsorun dəyişdirilməsi yalnız Brend-partnyorun səhvən başqa strukturda qeydiyyatdan keçməsi halında həyata keçirilir
 - bir struktur daxilində sponsorun dəyişdirilməsi dəvət edən sponsorun kabineti vasitəsilə həyata keçirilir
 - səhvən qeydiyyata alınmış Oriflame Brend-partnyorunun sponsorunun dəyişdirilməsi qeydiyyat kataloqundan GEC OLMAYARAQ və ya qeydiyyat kataloqunun ardınca gələn kataloqda həyata keçirilə bilər
 - yeni sponsor rekrutinq blokuna malik olmamalıdır
 
Etika şöbəsinə müraciət yalnız VERİFİKASİYADAN KEÇMİŞ Brend-partnyorlar tərəfindən Oriflame Brend-partnyorun şəxsi hesabında qeydiyyatdan keçmiş e-poçt ünvanından ethicsru@oriflame.com ünvanına və ya сustomerservice_az@oriflame.com email ünavanına sorğu göndərməklə edilə bilər
Sponsoru dəyişdirmək üçün növbəti sənədləri təqdim etmək lazımdır:
- yanlış şəkildə qeydiyyata alınmış Oriflame Brend-partnyorundan ərizə
 - yanlış şəkildə qeydiyyatdan keçmiş Oriflame Brend-partnyorun hazırkı sponsorundan ərizə
 
Əgər hazırkı sponsordan köçürülməyə razılıq ilə ərizəni sorğulandırmaq imkanı yoxdursa, o zaman ərizəni yanlış şəkildə qeydiyyatdan keçmiş Brend-Partnyorun strukturunun Baş Menecer və daha yuxarı statusunda olan ən yaxın Oriflame Brend-partnyoru təqdim edə bilər.
Köçürülmə müddəti:
- müraciətlərə baxılması müddəti - 72 saat
 - müsbət qərar olduqda, Sponsorun faktiki dəyişməsi dərhal baş verir
 - sponsorun dəyişdirilməsi kataloq dövrünün son iki günü (cümə, şənbə) və yeni kataloqun ilk günü (bazar günü) həyata keçirilmir.
 
Qeydiyyat səhvinin dəvət edən sponsorun Kabineti vasitəsilə müstəqil şəkildə düzəlişi:
- qeydiyyatdan keçərkən buraxılan səhvi dəvət edən Sponsorun Kabinetində düzəltmək olar
 - funksiya cari və əvvəlki dövrlərdə qeydiyyatdan keçmiş Oriflame yeni Brend-partnyorları ilə bağlı işləyir
 - dəyişiklikləri bir dəfə etmək olar
 - funksiya rekrutinq bloklu sponsorlar üçün işləmir
 - ·üst sponsorun faktiki dəyişdirilməsi dərhal baş verir
 - kabinet kataloq dövrünün son üç günü (Cümə axşamı-şənbə) bağlı olur və kataloqun birinci həftəsinin çərşənbə axşamı günü açılır
 
Etika Şöbəsinin əməkdaşları dəvət edən sponsor Kabinetinin işinə dəyişikliklər və ya düzəlişlər etmək üçün texniki imkanlara malik deyillər.