Oriflame tətbiqi əyləncə, mükafat və müvəffəqiyyətə aparan yolu necə təkminləşdirir? yaxşılaşdırır?
Oriflame tətbiqi ilə gözəllik və mükafatlar dünyasını kəşf edin!
Smartfonunuzda Oriflame tətbiqi ilə həm gözəllikdən, həm də mükafatlardan zövq alın. Uğur yolunuzu enerji ilə doldurmaq və sizi çoxsaylı mükafatlarla sevindirmək üçün buradayıq!
Qazandıran ürəklər nədir?
Qazandıran ürəklər sizə həyəcanverici və motivasiyaedici bir səyahət təklif edir. Müxtəlif hədəflərə çatdıqca siz ürəklər qazanırsınız və bu ürəkləri sevdiyiniz məhsullara dəyişə bilirsiniz.
Qazandıran ürəklər necə işləyir?
Ürək qazanmaq çox asandır! Sadəcə Oriflame tətbiqində müxtəlif hədəflərə çatın və topladığınız ürəklərlə eksklüziv mükafatlara sahib olun. Hədəflər və mükafatlar daim yenilənir, ona görə də müntəzəm yoxlamağı unutmayın!
Qazandıran ürəklər mağazası nədir?
Qazandıran ürəklər mağazası sizin üçün xüsusi hazırlanmış eksklüziv məhsullar və təkliflər məkanıdır. Seçimləri araşdırın, fürsətləri dəyərləndirin və qənaətinizi maksimuma çatdırın!
Qazandıran ürəklər mağazası necə işləyir?
Topladığınız ürəkləri sevdiyiniz məhsullara dəyişə bilərsiniz. Hər bir məhsulun ürəklə müəyyən olunmuş dəyəri var və siz alış-veriş zamanı topladığınız ürəkləri və qeyd olunan məbləği ödəməlisiniz.
Ürəklər nə qədər müddət qüvvədə qalır?
Ürəklər 6 kataloq müddətinə etibarlıdır və hər kataloq dövrünün sonunda müddəti bitir. Onları vaxtında istifadə edərək mükafatlarınızı qaçırmayın!
Ürəklərlə aldığınız məhsulu qaytardıqda ürəklər necə olur?
Qismən qaytarmalar zamanı ürəklər geri qaytarılmır. Lakin sifarişi tamamilə ləğv etdikdə, topladığınız ürəklər sizə geri qaytarılır.
Oriflame tətbiqi ilə gözəlliyinizi kəşf edin və mükafatlar qazanın!