Кuryer çatdırılması
Çatdırılma kuryer xidməti vasitəsilə yalnız Bakı və Sumqayıt şəhərlərində həyata keçirilir. Sifariş edərkən şəhərinizdə çatdırılma haqqında daha çox məlumatı "Çatdırılma" addımında tapa bilərsiniz.
Çatdırılma üsulunun seçilməsi
• “Çatdırılma” addımında “Kuryer çatdırılması” üsulunu seçin.
• Əgər yeni ünvan əlavə etmək istəyirsinizsə, səhifənin yuxarı sağ küncündəki müsbət işarəsinə klikləyin.
• Əgər ünvan artıq doldurulubsa, onu siyahıdan seçin.
Telefon nömrənizin doğru olduğundan əmin olun – kuryer ondan istifadə edərək sizinlə əlaqə saxlayacaq.Telefon nömrənizi “Profilin sazlanmsı”da dəyişə bilərsiniz.
Çatdırılma qiyməti
• 4.99 AZN
• Uyğun tarix və saat seçmək üçün kuryer xidməti işçiləri sizinlə əlaqə saxlayacaq və ya çatdırılma sualı ilə bağlı +994 55 677 66 61 nömrəsinə zəng vura bilərsiz.
Ödəmə
•Sifarişi qəbul etməzdən əvvəl 3 gün ərzində istənilən rahat üsulla sifarişin ödənişini edə bilərsiniz (Ödəniş Metodları). Göstərilən vaxt ərzində ödəniş edilməsə, sifariş avtomatik olaraq ləğv ediləcə
Sifarişi almaq
• Göndərmə vaxtını razılaşdırmaq üçün çatdırılma günü ərəfəsində kuryer şirkətinin nümayəndəsinin zəngini gözləyin. Çatdırılma vaxtı intervalı və əlaqə məlumatları ilə SMS bildirişini yoxlayın.
• Sifarişinizi almaq üçün şəxsiyyət vəsiqəsi təqdim etmək lazımdır.
• Kuryerin iştirakı ilə qablaşdırmanın bütövlüyünü və hər hansı xarici zədələri yoxlayın. Paket zədələnibsə, 1-2 şəkil çəkin. Kuryerin iştirakı ilə sifarişi yoxlayın.
Hər hansı bir irad varsa
• Şəxsi hesabınızda iddia yaradın (İddianın qeydə alınması)
• Şikayət sifarişdəki uyğunsuzluqlarla bağlıdırsa, fotoşəkilləri əlavə edin
• Məhsulları Oriflame ofisinə qaytarın