Skip to main content Skip to main menu Axtarışa keçmək

NovAge kompleks qulluq


NovAge gündəlik qulluq sisteminin hər bir addımı digərini möhtəşəm tamamlayır, vasitənin xüsusi hazırlanmış formulu isə  bir-birinin effektivliyini gücləndirir.
Kompleks qulluq dərinin bütün ehtiyaclarını ödəyir, onun təmizliyini, nəmləndirilməsini və baxımını təmin edir və qısa vaxt ərzində gözəl nəticələr əldə edilməsinə kömək edir. Gündə iki dəfə iki dəqiqə- tam dəri baxımı üçün lazım olan hər şey.

ADDIM 1. TƏMİZLƏMƏ
Əsaslı təmizləmə dərinin ümümi vəziyyətini yaxşılaşdırır və kremlərin və zərdabların tərkibindəki aktiv elementlərin dərinə hopmasına və effektiv təsir göstərməsinə imkan yaradır. İndi bütün bu prosedurlar üçün yalnız bir vasitə kifayət edir. Kliniki cəhətdən təsdiq edilmişdir: yuyunma üçün  təmizləyici gel- tonik NovAge (33984),  təmizləyici kimi  NovAge gel və tonik kimi birlikdə istifadə zamanı effektlidir.
• Üzü və boynunu su ilə islat. Bir qədər  geli (dispenserin ucundan 1 sıxma) islaq ovuclarında ov.
• Barmaq ucları ilə üz və boyun dərisinə masaj hərəkətləri ilə çək . Gözətrafı istisna olmaqla.
• Vasitəsi isti su ilə yu və dərini yumşaq dəsmalla qurula. Ehtiyaca uyğun təkrarla


ADDIM 2. GÖZƏTRAFI DƏRİ ÜÇÜN QULLUQ
Gözətrafı dəri üçün kremin tesksturası daha yüngüldür, qoxusu yoxudur və bu zonanın ehtiyaclarına uyğun şəkildə xüsusi olaraq hazırlanmışdır.
• Adsız barmaqla kremi orbital sümüyün konturları boyunca çək. Hər bir göz üçün düyü dənəsi böyüklüyündə vasitə kifayət edir. Gözün selikli qişası ilə təmasdan qaçın.
• Zərif vurma hərəkətləri ilə kremi hopana kimi vur.

ADDIM 3. AKTİVLƏŞDİRİCİ
Üz və boyun üçün zərdab yüksək konsentrasiyada aktiv maddələrdən ibarətdir və yüngül teksturası sayəsində dəriyə hopur, gündüz və gecə kremlərinin effektivliyini artırır. 
• Bir qədər zərdabı (dozatordan bir sıxma) əlin arxa tərəfinə sıx.
• Məhsulu barmaq ucları ilə götür və bərabər şəkildə bütün üzə yay, gözətrafı istisna olmaqla.
 Zərif vurma və ya sürüşdürmə hərəkətləri ilə hopana qədər çək.

ADDIM 4. ƏSASLI QULLUQ
Kremlər dəri üçün zəruri nəmi və yaş əleyhinə təsiri təmin edir. Gündüz kremi ətraf mühitin aqressiv təsirlərindən qoruyur, gecə kremi isə yuxu zamanı dərini intensiv bərpa edir.
• Təxmini beş noxud qədər kremi istifadə et: alına, çənəyə, bununa və iki yanağa.
 Zərif vurma və sürüşdürmə hərəkətləri ilə krem hopana kimi vur, gözətrafı istisna olmaqla.