Skip to main content Skip to main menu Axtarışa keçmək

Cəmi 1 dəqiqəyə mükəmməl dəri!

Oriflame SkinPro cihazını təqdim edir – yüksək effektliliyə malik cihaz dərini ev şəraitində zərif və dərindən təmizləyir.

Nə edir?

Dəriyə qulluq sxeminin hər birində əsas addımlardan biri dərinin düzgün təmizlənməsisidir. Ənənəvi yuyunmadan sonra dəri təmiz görünsə də, dəridə insanın gözünə görünməyən makiyaj və çirk hissəcikləri qala bilər. Məsamələrdə toplanan bu hissəciklər dərinin sağlamlığına mənfi təsir göstərir və dəriyə qulluq vasitələrinin dəri tərəfindən mənimsənilməsinə mane olurlar.

Kliniki sübut olunub ki, dərinin yenilənmiş SkinPo ilə təmizlənməsi ənənəvi yuyunmadan xeyli effektivdir. Bu təmizləmə hətta çox həssas dəri üçün belə tam təhlükəsizdir. Səs texnologiyası üzərində qurulmuş 3-ü 1-də sistemi dərini çirkdən və ölmüş hüceyrələrdən effektiv surətdə təmizləyir, onu masaj edir, onun parlaqlığını və elastikliyini artırır.

İş prinsipi

SkinPro Sonic 3-ü 1-də cihazı öz işini dəqiqədə 12 600 vibrasiya edən elektrik diş fırçasına oxşar şəkildə aparır. Cihazın ucluqları yalnız dərinin səthi ilə təmasda olur, lakin səs vibrasiyaları cihazın yüksək effektivliyini təmin edir. Bu üsulla o, dərini çirkdən və ölmüş hüceyrələrdən azad edir və dərini masaj etməklə onun tonusunu və elastikliyini bərpa edir.

Nəticədə yeni SkinPro 3-ü 1-də cihazı aşağıdakılara nail olur:


Üstünlükləri

Yeni Skinpro Sonic 3-ü 1-də cihazı keyfiyyətinə görə əvvəlki SkinPro cihazından xeyli üstündür:

1. Fırlanan başlıq yoxsa səs texnologiyası

Əvvəlki Skinpronun iş prinsipi fırlanmaya, yenisininki isə dəriyə göstərilən mexaniki təsirin azaldılmasına şərait yaradan səs texnologiyasına əsaslanır. Əsas işləri məhz səs rəqsləri görür. Bu vibrasiyalar sayəsində cihazın ucluqları toplanmış çirki həqiqi mənada məsamələrdən çıxarır. 

2. Dərinin təmizlənməsi yoxsa dəriyə hərtərəfli qulluq

Əvvəlki SkinPro cihazı vasitəsilə yalnız dərini təmizləmək mümkün olduğu halda, yeni SkinPro cihazı üç dəriyə qulluq mərhələsinin effektivliyini birdən artırır.

Fırça-ucluq vasitəsilə aparılan gündəlik yuyunma sayəsində dəri təmizlənir, onun üzərindəki makiyaj qalıqları və çirk silinir.

Həftədə 1-2 dəfə silikon ucluğunun istifadə olunması dərinin teksturunu yaxşılaşdırır, məsamələri daraldır, dəriyə hamarlıq və yumşaqlıq bəxş edir.

Metal ucluq nəmləndirici vasitələrin daha da dərinə nüfuz etməsinə şərait yaradır və 4 həftədən sonra dərinin tonusu, elastikliyi və xarici görkəmi yaxşılaşır.


3. İki sürət sistemi yoxsa üç proqram sistemi

Əvvəlki SkinPro cihazında hər biri 1 dəqiqə damam edən müxtəlif təsir intensivliyinə malik 2 proqram vardır. Yeni SkinPro cihazında da aşağı və yuxarı intensivlikli proqramlar var, lakin onların iş müddəti məhdudlaşdırmır. Onların iş müddətini müstəqil surətdə sazlamaq mümkündür. Yeni SkinPro cihazının üçüncü proqramı isə avtomatikdir. Bir dəqiqə davam edən bu proqram kiçik pauzalar verməklə ucluğun üzün başqa hissəsinə aparılmasının lazım olduğu haqda məlumat verir. Biz alın nahiyəsinə 20 saniyə, çənə nahiyəsinə 20 saniyə, hər yanağa isə 10 saniyə ayırmağınızı tövsiyə edirik. Proqramın başa çatmasından sonra cihaz avtomatik şəkildə sönür. SkinPro üz dərisini təmizləmə cihazı AA növlü 2 batareya daşından qidalanır. Nəmliyə qarşı İPX5 müdafiəsi sayəsində o, hamam və ya duş otağında da istifadə edilə bilər. Cihazın komplektinə onun istifadə qaydası daxildir. 3 ucluqlu bu cihazın istehlakçılar tərəfindən sınanması nəticəsində onun yüksək effektivliyini təsdiq edilib.

*Kliniki sübut olunub ki, səs texnologiyalı 3-ü 1-də sistemi ölmüş hüceyrələri və çirki effektiv təmizləyir, dərini masaj edir, onun tonusunu və elastikliyini bərpa edir. Simsiz rahat bu cihazın təmizləmə, qabaqlama və masaj üçün 3 başlığı və 3 proqramı var. Bu proqramlar arasında 60-saniyəlik dövrə malik avtomatik proqram xüsusi qeyd olunmalıdır.

**Kliniki cəhətdən sübut olunub

SkinPro Sonic üz dərisini təmizləmək üçün 3-ü-1-də cihaz

Səs texnologiyası əsasında 3-ü-1-də qulluq sistemi dərini təmizləyir, ona parlaq və gənc görünüş bəxş edir. Rahat məftilsiz cihazı 3 başlıqlardan istənilən biri ilə istifadə etmək olar - təmizləmə, cilalama yaxud masaj üçün. 60-saniyəlik sikllə avtomatik proqram da daxil olmaqla 3 proqram.