Əsas
Kompleks qulluq
NovAge
NovAge Skinrelief Pro Resilient komfort kompleks qulluq

Описание

Kliniki olaraq sübut olunmuşdur:

Dərinin həssaslığını azaldır*


Qırışlar 8 həftə ərzi̇ndə 23% azalır*


8 həftə ərzi̇ndə 24% daha elasti̇k dəri̇*


Qıcıqlanmanı aradan qaldırır, dərini sakitləşdirir və yumşaldır – istehlakçıların 93%-i təsdiqləyir**


*NovAge Skinrelief Pro Resilient kompleks qulluq-komfortun stifadəsi ilə klinik sınaqların nəticələrinə əsasən. Klinik tədqiqatlar 28 sentyabr 2020-ci ildən 11 dekabr 2020-ci ilədək Pekində Complife laboratoriyasında 30 qadının iştirakı ilə aparılıb.



**NovAge Skinrelief Pro Resilient kompleks qulluq-komfortun stifadəsi ilə istehlakçı sınaqların nəticələrinə əsasən.



Həssas dəri üçün hazırlanmışdır:


pH-balanslaşdırılmış və komedogen olmayan formulalar

Dərinin mikrobiomunu pozmayan yumşaq komponentlər

Gigiyenik qablaşdırma – dozatorlu hermetik flakonlar

Effektivlik kliniki, istehlakçı və dermatoloji sınaqlarla təsdiqlənmişdir


Formul ehtiva etmir:


sintetik boyalar;

mineral yağlar;

sulfatlar;

ətirləyicilər;

talk;

spirt.


Dərinin həssaslığı və ya reaktivliyi həm daimi xüsusiyyət, həm də günəş şüalarına, əlverişsiz ətraf mühitə və ya kosmetik komponentlərə müvəqqəti cavab reaksiyası ola bilər. Həssaslıq adətən zəifləmiş qoruyucu maneəyə görə yaranır və quruluğun, qızartının və iltihabın, qaşınmanın, sancmanın və yandırma hissinin olması ilə müşayiət olunur.



NovAge Skinrelief dərini dərhal sakitləşdirir, təbii qoruyucu maneəni möhkəmlədir və iltihab reaksiyaların qarşısını alır, həmçinin yaşlanma əleyhinə təsir göstərir.


Zamanla dərinin təbii qoruyucu maneəsi bərpa edilir, o, xarici qıcıqlandırıcılara qarşı daha yaxşı durur və daha gənc görünür. Dərinin həssaslığı azalır, o, daha elastik olur, qırışlar isə daha az nəzərə çarpır.


Dəstə tam qulluq və effektiv nəticə üçün 5 tam ölçülü məhsul daxildir:


  1. Üz üçün təmizləyici köpük-komfort (150 ml / 38382);
  2. Gözətrafı dəri üçün krem-komfort (15 ml / 38390 );
  3. Üz üçün serum-komfort (30 ml / 38391 );
  4. Gündüz krem-komfortu SPF 30 (50 ml / 40794);
  5. Gecə krem-komfortu (50 ml / 38385).







































NovAge 4-addımlı kompleks qulluğu sinerji prinsipi üzrə qurulub: vasitələrin formullaları bir-birini tamamlayır və birlikdə daha effektiv təsir göstərir, beləliklə dəriyə istənilən yaşda cavan və sağlam qalmağa kömək edir. Hər gün səhər və axşam qulluq proqramından istifadə et və nəticələr özünü çox gözlətməyəcək.


ADDIM 1: TƏMİZLƏNMƏ


Dərinin çirklənmələrdən gündəlik təmizlənməsi krem və serumların tərkibindəki aktiv maddələrə daha dərindən nüfuz etməyə və daha effektiv təsir göstərməyə imkan verir.

  1. Üzünü isti su ilə yu.
  2. Ovuclarına bir az köpük sıx – başlığa 1-2 dəfə basmaq kifayət edəcək.
  3. Gözətrafı nahiyədən çəkinərək onu masaj hərəkətləri ilə dəri üzərində yay.
  4. Vasitəni yaxşıca yu və dərini yumşaq dəsmalla qurut.

ADDIM 2: GÖZƏTRAFI DƏRİYƏ QULLUQ


NovAge gözətrafı dəri üçün kremlər yüngül teksturaya malikdir, ətirsizdir və bu nahiyədə dərinin konkret ehtiyacları üçün hazırlanmışdır: şişkinliklərin aradan qaldırılması, qırışların və tünd halqaların azalması üçün.

  1. Hər səhər və axşam təmizlənmiş dəriyə çək.
  2. Balaca damla hər iki göz üçün kifayət edəcək.
  3. Kremi aşağı orbital sümük üzəri boyunca çək. Məhsulun gözlə təmasından çəkin.
  4. Kremi tamamilə hopulana qədər adsız barmaqdan istifadə edərək vurucu hərəkətlərlə incə şəkildə yay.

ADDIM 3: SERUM-AKTİVATOR


Aktiv komponentlərlə zənginləşdirilmiş serum gündüz və gecə kremlərinin təsirini artırır. Yüngül tekstura bu məhsula tez hopulmağa və dəriyə bütün faydalı xüsusiyyətləri ötürməyə imkan verir.

  1. Ovucuna bir az serum sıx – başlığa bir dəfə basmaq kifayət edəcək.
  2. Gözətrafı nahiyədən çəkinərək serumu barmaqların ucları ilə üzdə səliqəli şəkildə yay.
  3. Yüngül vurucu hərəkətlərlə vasitənin hopulmasına kömək et.

ADDIM 4: ƏSAS QULLUQ


Əgər gündüz kreminin vəzifəsi – dəriyə xarici təcavüzkarlardan lazımlı nəmləndirməni və müdafiəni təmin etməkdirsə, onda gecə kremi dərini bərpa etməlidir və onu qulluğa ən çox hazır olduğu saatlarda qidalandırmalıdır.

  1. Serum çəkdikdən sonra səhər və axşam istifadə et.
  2. Alın, yanaqlar, burun və çənə nahiyəsinə noxud ölçüsündə krem çək.
  3. Barmaqların uclarının masaj hərəkətləri ilə kremi tam hopulana qədər yay, gözətrafı nahiyədən çəkin.

























Ultra Calm texnologi̇yası həssas dərinin qoruyucu funksiyalarını bərpa edir, sakitləşdirir və onun təbii qoruyucu maneəsini daxildən gücləndirir.


DermaLift Active kompleksi təbii kollagen və elastinin istehsalını stimullaşdırır, qırışları azaldır və retinol kimi dəri elastikliyini artırır, lakin daha incə təsir göstərir.


3d Pollution Guard texnologi̇yası "ikinci dəri" kimi işləyir, görünməz qoruyucu qat yaradır və ətraf mühitin aqressiv təsirlərindən qoruyur




Formulalar sintetik boyalar, mineral yağlar, sulfatlar, ətirlər, talk və spirt ehtiva etmir. Yaşlanma ələyhinə vasitələri həvəslə sınamırsan, axı sənin həssas dərin, demək olar ki, kənardan istənilən təsirə qıcıqlanma ilə reaksiya verir? Bu problemi keçmişdə qoy: NovAge Skinrelief kompleks qulluq özündə ən yaxşı sakitləşdirici və yaşlanma əleyhinə xüsusiyyətləri birləşdirir – qıcıqlanma olmadan daha gənc və sağlamlıq saçan dəri üçün.
Ödəniş və çatdırılma müddəti haqqında məlumatı Xidmət Mərkəzi bölməsində tapa bilərsiniz.