Описание
Love Potion Sensual Ruby parfüm suyu
Qırmızı giləmeyvələrin şirəli çalarları, ağ çiçəklərin həcmli iri buketi və sərxoşedici yaqut şokolad akkordu ilə həssas çiçəkli-qurman ətri. Toz sidr bazası dəridə intim yaddaş şəklində qalır.
Arzu özünə aparan yol kimi
Həssaslığın kəşfi
Həssaslığın dərinliklərinə səyahət et - özünlə təkbətək. Şirəli giləmeyvə ətri, çiçəklərin xoş toxunuşları və yaqut şokoladın dadı istəkləri həyəcanlandırır və xoşbəxtliyə dəvət edir.
Parfümer: Benua Lapuza
Ətir növü: çiçəkli, qurman
Ətir notları: qırmızı giləmeyvə, yaqut şokolad, sidr ağacı
Ətirin ürəyi
Yaqut şokolad akkordu - yaqut kakao paxlası, qırmızı giləmeyvə və südün ləzzətli birləşməsi ilə cəlbedici ləzzət. Bu tezə və eyni zamanda qaymaqlı heyratamiz eliksir isti qurman vurğuları ilə birləşərək zərif, cəlbedici hiss yaradır.
Həssaslıq alleqoriyası - bir damla yaqut şokoladına bənzəyən cazibədar qadın cizgiləri ilə flakon.
Ətiri bədənizin bilək, boyun və nəbz nahiyələrinə tətbiq edin
Onu heyran et! Təbii afrodizyak notları ilə sehrli eliksir - ədviyyatlı zəncəfil, kakao çiçəkləri vaə şokolad - xüsusi olaraq valehedici şirnikləndirici üçün yaradılmışdır. O, nə istəsən edəcək!