Описание
Artıq 2 həftədən sonra daha aydın konturlar və dartınmış dəri 2
Qadınların 96%-i qeyd etdi: dəri cəmi 6 həftədən sonra daha elastik olur*
Novage+ Lift + Firm seriyası - bu, bütün dəri növləri üçün hazırlanmış və bioaktiv texnologiyalarla gücləndirilmiş yaşlanma ələyhinə 4-addımlıq qulluq sistemidir.
Üz yumaq üçün gel çirklənmələri yumşaq şəkildə təmizləyir, dərinin qoruyucu maneəsini qoruyur və onu aktiv qulluq komponentlərinin qəbuluna hazırlayır.
Gözətrafı dəri üçün krem effektiv, lakin yumşaq şəkildə təsir göstərir, bu həssas zonada yaşlanma və yorğunluq əlamətlərini hamarlaşdırır.
Serum kompleks baxımın əsas mühərrikidir. Onun konsentratlı formulu xüsusi dəri problemlərini həll etmək üçün aktiv komponentlərlə gücləndirilib.
Gündüz və gecə kremlərinin çox aktiv formulları dərini cavanlaşdırır və nəmi onda saxlamağa kömək edir. Gündüz kremi qoruyucu təsir göstərir, gecə kremi isə - bərpaedici.
+ Həssas dəri də daxil olmaqla, bütün dəri növləri üçün uyğundur
+ Bu dəstdəki gündüz və gecə kremləri hər kəsə uyğun olacaq, lakin xüsusilə quru dəri sahibələrinin xoşuna gələcək daha sıx, zəngin teksturaya malikdir
+ Formulalar dermatoloji və oftalmoloji (gözətrafı dəri üçün krem) nəzarət altında sınaqdan keçirilib
+ Məhsulların qablaşdırması təkrar materialları ehtiva edir
1Müvafiq Novage+ seriyasından yalnız təmizləyici və gündüz kremi ilə müqayisədə kompleks qulluqdan istifadə edərək kliniki testlərin nəticələrinə əsasən.
2 2021-ci ilin oktyabr-dekabrda Fransadakı Eurofins Dermscan laboratoriyasında Novage+ Lift + Firm kompleks liftinq-qulluqdan istifadə edən 63 qadının iştirakı ilə kliniki testlərin nəticələrinə əsasən.
*Novage+ Lift + Firm liftinq serumdan istifadə edərək istehlakçı testinin nəticələrinə əsasən.
Novage+ sisteminin hər bir addımı güclü bioaktiv texnologiyalar sayəsində əvvəlkilərin təsirini artırır. Onlar dərini daha aktiv işləməyə stimullaşdırır, möhkəmliyini və elastikliyini artırır və nəzərəçarpan liftinq effekti üçün qırışları azaldır.
ADDIM 1: TƏMİZLƏNMƏ
Gündə iki dəfə üzü təmizlə: səhər və axşam.
ADDIM 2: GÖZƏTRAFI DƏRİYƏ QULLUQ
Kremi dərini təmizlədikdən sonra səhər və axşam istifadə et.
ADDIM 3: SERUM-AKTİVATOR
Serumu dərini təmizlədikdən sonra səhər və axşam istifadə et.
ADDIM 4: ƏSAS QULLUQ
Serumu istifadə etdikdən sonra krem çək: gündüz kremini – səhər, gecə kremini – axşam.
Serumu dərini təmizlədikdən sonra səhər və axşam istifadə et.
+ Bio Lipid System
+ Bio Aspartolift
+ Eye Vital
+ Oripeptide-3
+ Bio Re:Barrier
+ Advanced Pollution System
+ Bio CeramidesPro
+ Advanced NightSync
Bio Lipid System Texnologiyası (təmizləyici gel) dəri maneəsinə iki istiqamətdə dəstək verir: ölü dəri hüceyrələrini yumşaq şəkildə təmizləyir və dəridə nəmi saxlamaq üçün lipidləri qoruyur.
Patentləşdirilmiş* Bio Aspartolift texnologiyası (gözətrafı dəri üçün krem, serum) dəridə kollagen və elastin istehsalını aktivləşdirir. Retinola bənzər tərzdə onun elastikliyini artırır, lakin daha yumşaq bir təsirə malikdir1.
Eye Vital texnologiyası (gözətrafı dəri üçün krem) antioksidant təsir göstərir, yorğunluq əlamətlərini, tünd dairələri1 və şişkinliyi azaldır.
Patentləşdirilmiş ** Oripeptide-3 texnologiyası (serum) dəridə kollagen istehsalını C vitaminindən daha effektli şəkildə aktivləşdirir, bunun sayəsində qırışlar hamarlaşır və dəri daha gənc görünür2.
Patentləşdirilmiş*** Bio Re:Barrier texnologiyası dərinin təbii qoruyucu maneəsini niasinamiddən daha effektiv şəkildə gücləndirir1. Dərinin bərpa edilmiş maneə funksiyaları nəmi hüceyrələrdə saxlamağa kömək edir və kollagen və hialuron turşusunun parçalanmasının qarşısını alır3, bunun sayəsində dəri daha gənc görünür.
Advanced Pollution System Texnologiyası dəridə görünməz qoruyucu qat əmələ gətirir, o, dərini xarici amillərin aqressiv təsirindən qoruyur, dərhal liftinq effekti təmin edir və qırışların hamarlanmasını stimullaşdırır.
Bio CeramidesPro texnologiyası dərinin qoruyucu maneəsini bərpa edir və hialuron turşusu istehsalını stimullaşdırır3, yaşlanma proseslərini zəiflədir.
Advanced NightSync texnologiyası melatoninə bənzər təsir göstərir, dərini bərpa edən prosesləri aktivləşdirir və qırışları əhəmiyyətli dərəcədə azaldır.
*Patent № SE2729220.
**Patent № SE531484.
***Patent № SE2020376-4.
1Aktiv inqrediyentin kliniki testlərinə əsasən.
2ex vivo testlərinə əsasən.
3In vitro testlərinə əsasən.