Описание
Yüngül gel formul sənə hamar, bir az mat dəri möhtəşəmliyini bəxş edəcək. Dərini dərindən nəmləndirən, rəngi korrektə edən piqmentlər isə tonu bərabərləşdirən hialuron turşusu əsasında yaradılıb.
● Vizual olaraq dəri qüsurlarını düzəldir, məsamələri azaldır və dəri tonunu bərabərləşdirir*
● Zərif, su əsaslı gel formul yüngül təravət hissini bəxş edir*
● Təbii parıltılı qalıcı mat finiş*
● Orta örtükdən sıx örtüyədək*
● SPF 25
*İstehlakçı sınaqların nəticələrinə əsasən
Bu məhsul dərhal dəridə əridiyinə görə, onu tez bir zamanda yaymalısan. Az miqdarda geldən istifadə et və onu tez yay. Daha tam örtük üçün əlavə bir qat çək.
Vizual olaraq qüsurları aradan qaldırır, məsamələri daha az nəzərəçarpan edir, tonu bərabərləşdirir – mükəmməl hamar üz rəngi üçün lazım olan hər şey.
Hialuron turşusu
Dərindən nəmləndirici hialuron turşulu formul dərinin təbii qoruyucu maneəsini gücləndirir, onun elastikliyini, möhkəmliyini və
gəncliyini qoruyur.
Mikromirvarilər
Yüngül göy qurşağı çalarlı qızılı mikrohissəciklər mat finişlə mükəmməl həmahəng təşkil edən zərif, sadə, təbii parlaqlıq effekti yaradır.