Əsas
Üz
NovAge
NovAge Ecollagen Wrinkle Power SPF 35 qırışlara qarşı gündüz kremi

Описание

SPF 35 ilə qırışlara qarşı gündüz kremi qırışları azaldır, yaşlanmanı ləngidir, dərini yumşaq, hamar və parlaq edir. İndi yeni, yaxşılaşdırılmış formul və qırışlara qarşı əvvəlki kimi effektiv təsir ilə. Yeni formul asan hopulma üçün foto qocalmadan daha yüksək qorunmanı təmin edir, aktiv nəmləndirmə və zərif teksturanı təmin edir.


Dərhal:

● Dəriyə asanlıqla hopulur və dərini intensiv şəkildə nəmləndirir, onu yumşaq, hamar və parlaq edir;

● Patentləşdirilmiş Tripeptid texnologiyası, edelveys kök hüceyrə ekstraktı, SPF 35, UVA/UVB filtrləri və Pollution Protect ilə balanslaşdırılmış formul dərini yağlı qat buraxmadan qidalandırır.


Müntəzəm istifadə etdikdə:

● Kollagen istehsalını artırır;

● Qırışları azaldır*;

● Dərinin qocalma prosesini yavaşlatır**.


Maksimum effektivlik əldə etmək üçün hər səhər NovAge Ecollagen Wrinkle Power (31786) kompleks qulluğun tərkib hissəsi olaraq serumu tətbiq etdikdən sonra istifadə et.


*Klinik sınaqların nəticələrinə əsasən.

**NovAge Ecollagen Wrinkle Power gündüz və gecə kremlərindən istifadə etmiş istehlakçı testlərinin nəticələrinə görə.

Gündüz kremi səhər kompleksli qulluğun son mərhələsidir. . Onun formulu dərini gün ərzində lazımi dərəcədə nəmləndirmə və ətraf mühitin təsirindən qorumaq üçün hazırlanmışdır


  1. Üzün müxtəlif mahiyyələrinə - alına, hər iki yanağa, burun və çənəyə 5 kiçik noxud ölçülü krem çək.
  2. Barmaq uclarınla yüngül masaj və ya vurma hərəkərləri ilə tamamilə hopulana qədər yay. Gözətrafı nahiyyədən qaçın. Praymer, tonal əsas, əlavə günəşdən qorunma və ya digər məhsullardan istifadə etməzdən əvvəl bir neçə dəqiqə gözlə.

Maksimum effektivlik əldə etmək üçün hər səhər NovAge Ecollagen Wrinkle Power (31786) kompleks qulluğun tərkib hissəsi olaraq serumu tətbiq etdikdən sonra istifadə et.

Kompleksli qulluq sinerji prinsipi əsasında qurulub: hər məhsulun formulu elə tərzdə qurulub ki, onlar hamısı bir-birini tamamlasın. Fərdi məhsullardan uğurla istifadə edə bilərsən, tam dəst 7 dəfə daha effektiv işləyir* - klinik sınaqlarla sübut olunub!


*NovAge Ultimate Lift, NovAge Ecollagen Wrinkle Power, NovAge True Perfection və NovAge Time Restore uyğun NovAge seriyasından yalnız təmizləyici və gündüz kremin istifadəsi ilə müqayisədə klinik sınaqlara əsasən.

● Edelveys kök hüceyrə ekstraktı (leontopodium alpinum cell culture): epidermisdəki yaşla əlaqəli kollagen və hialuron turşusu səviyyəsindəki azalmanı saxlayaraq yaşlanma prosesini ləngidir. Ekstrakt üçün kök hüceyrələr edelveysin nadir alp çeşidinin yarpaq parçalarından alınmışdı. Xammal, ətraf mühitə zərər vermədən təbii maddələrin potensialını tamamilə ortaya qoymağa imkan verən ən son biotexnologiyadan istifadə edərək yetişdirilib.

● PatentləşdirilmişTripeptid-texnologiyası (hydrolyzed rice protein, triticum monococcum seed extract, hydrolyzed yeast protein) texnologiyası: buğda, düyü və mayadan alınmış üç bitki peptidinə əsaslanır. Peptidlər güclü qocalma əleyhinə xüsusiyyətlərə malikdir: düyü hüceyrə enerjisini aktivləşdirir, buğda DNT zədələnməsinə qarşı yönəldilmış antioksidant təsir göstərir və maya kollagen istehsalını stimullaşdırır. Laborator şəraitində, bu peptidlərin hər biri kollagen istehsalını stimullaşdırmaq qabiliyyətini göstərir. Birlikdə birləşdirildikdə onlar inanılmaz sinerji effektini nümayiş etdirirlər - kollagen sintezi onların ayrı-ayrılıqda hər biri ilə müqayisədə iki qat daha aktiv keçir.

● Pollution Protect qoruyucu texnologiya (Çirklənmədən qoruyan texnologiya): çirklənmiş ətraf mühitə qarşı ən incə görünməz qalxan əmələ gətirir və dərini mənfi təsirlərdən qoruyur.

● InstaSmooth hamarlaşdırma texnologiyası (InstaSmooth technology): dərinin vəziyyətini vizual olaraq yaxşılaşdıran filler rolunu oynayaraq dərhal nəticə verir. Kollagen istehsalını stimullaşdıran Tripeptid texnologiyasının uzunmüddətli təsirini dəstəkləyir

● Xüsusi nəmləndirici kompleks (hydration complex): klinik cəhətdən sübut edilmiş maddələrin birləşməsi sayəsində bütün günü nəmləndirir.

İnqrediyentlər
AQUA, ETHYLHEXYL METHOXYCINNAMATE, NEOPENTYL GLYCOL DIHEPTANOATE, CYCLOPENTASILOXANE, GLYCERIN, DIETHYLAMINO HYDROXYBENZOYL HEXYL BENZOATE, POLYGLYCERYL-6 DISTEARATE, BETAINE, METHYLENE BIS-BENZOTRIAZOLYL TETRAMETHYLBUTYLPHENOL (NANO), BIS-ETHYLHEXYLOXYPHENOL METHOXYPHENYL TRIAZINE, SODIUM ACRYLATES COPOLYMER, PHENOXYETHANOL, ARACHIDYL ALCOHOL, JOJOBA ESTERS, TITANIUM DIOXIDE, CAPRYLYL GLYCOL, METHYL METHACRYLATE CROSSPOLYMER, TOCOPHERYL ACETATE, CAPRYLIC/CAPRIC TRIGLYCERIDE, PARFUM, BUTYLENE GLYCOL, POTASSIUM CETYL PHOSPHATE, BEHENYL ALCOHOL, DIMETHICONE CROSSPOLYMER, LECITHIN, DECYL GLUCOSIDE, CETYL ALCOHOL, POLYGLYCERYL-3 BEESWAX, ARACHIDYL GLUCOSIDE, XANTHAN GUM, DISODIUM EDTA, POLYHYDROXYSTEARIC ACID, BIOSACCHARIDE GUM-4, ALUMINA, STEARIC ACID, CITRIC ACID, PROPYLENE GLYCOL, TRITICUM MONOCOCCUM SEED EXTRACT, LEONTOPODIUM ALPINUM CALLUS CULTURE EXTRACT, BHT, GLUCOSE, HYDROLYZED RICE PROTEIN, HYDROLYZED YEAST PROTEIN
Yenilənmiş Novage Ecollagen Wrinkle Power seriyası qırışları anında 49%-ə qədər azaldır, zamanla onları düzəldir və dəri yaşlanmasını zəiflətməyə kömək edir.

Oriflame India Private Limited

B-44, Phase II, Post Office - NSEZ

Gautam Budh Nagar

Uttar Pradesh, 201305 INDIA

INDIA

Ödəniş və çatdırılma müddəti haqqında məlumatı Xidmət Mərkəzi bölməsində tapa bilərsiniz.