Описание
İsveç təbiətinin nəfəskəsici ətrini hiss et. Ruhun dərinliklərinə toxunan vəhşi küləyin azadlığını hiss et. Sərin dumanlı göllərdən ilhamlanan bu parfüm suyu sənə azadlıq bəxş edəcək.
İlin fəsillərinin gözəl qoxuları - bürüyücü fevral mimozası, günəşli iyun yasəməni ilə həmişəlik məst olmuş Marin Fransanın cənubundakı kənd yerlərində böyüyərək ətirlərə olan həvəsini inkişaf etdirdi. Öz işinə yaradıcı yanaşma və ehtiras sayəsində Marin unikal ətirləri qarışdırır. Zara, Brocard, Carven və digər ətriyyat evləri ilə işləyib.
Əfsanəvi klassik ətirlərin yaradılması ilə məşhur olan Karlos Vinals uşaqlıqdan ətriyyatçı olmağı arzulayıb. O, Dior, Marc Jacobs, Elizabeth Arden, Victoria's Secret kimi əvsanəvi brendlərlə əməkdaşlıq edib. Ətirlərin yaradılmasına onu bütün dünyada unikal inqrediyentlərin axtarışı ruhlandırır.
Birlikdə Marin və Karlos orijinal təbiətinin eksklüziv akkordlarını möhürləmək üçün İsveç üzrə ekspedisiyaya yollandılar.
Ətir növü: çiçəkli-sulu, sitrus, aromatik
Üst notlar: yabanı rozmarin, qreypfrut, yaşıl-dəniz akkordu
Ürək notlar: müqəddəs raytiya, ətirli mirris, inciçiçəyi
Əsas notlar: tonka lobyası, müşk, paçuli
Qarşında havaya bir az parfüm suyu burax və ətirli buluda addımla.
Ətiri yeniləmək və əhval-ruhiyyəni qaldırmaq üçün parfüm suyunu gün ərzində vur.
Mövsümdən asılı olaraq öz ətirini seç: yay üçün yüngül və ilin soyuq mövsümu üçün - daha tünd olanı.
Ətiri təravətləndirmək və əhvalını yüksəltmək üçün gün ərzində parfüm suyunu tətbiq et.