Описание
Məxməri moruqun almanın və berqamotun parlaqlığını vurğuladığı vaxtda, oyuna çiçək ürəyi daxil olur: flördoranj qızılı zəfəranın ədviyyatı ilə "Qızıl parıltısı" eksklüziv akkordunda birləşərək qarışır. Ambroksanın paçuli və krem səndəli ilə qalıcı ağac notları lüks buketi tamamlayır.
Üst not: alma, berqamot, moruq
Ürək notları: "Qızıl parıltısı" akkordu (flördoranj və qiymətli zəfəran), ilanq-ilanq
Əsas not: paçuli yağı, Ambrox® molekulu, səndəl ağacı
İlias Ermenidis
Dünya şöhrətli ətriyyatçı İlias Ermenidis şah əsərini necə yaratmağı bilir. Eksklüziv "Qızıl parıltısı" akkordu üçün o, flördoranjın ən gözəl tərəflərini vurğulayan xüsusi inqrediyenti seçdi. "Mən orijinal çiçək zərifliyi ilə dolu bir ətir yaratmaq istəyirdim. Giordani Gold üçün səciyyəvi olan parlaq qızılı flördoranj "Qırmızı qızıl" kimi tanınan zəfəranla qarışır. Mən onu heç nə ilə müqayisə edilə bilməyən istilik və zərifliyinə görə seçdim". İlias bir çox ölkələrdə yaşayıb və haqlı olaraq özünü dünya vətəndaşı adlandırır. Onun sözlərinə görə, səyahət və müxtəlif mədəniyyətlərlə dolu bu cür həyat onun üçün əsas ilham mənbəyidir.
İlias Ermenlis Calvin Klein, Celine, Escada, Givenchy, Gucci, Hugo Boss, Kenzo, Lancia, Moschino, Oscar de la Renta, Valentino, Vera qang, Yves Saint Laurent üçün ətirlər yaradırdı.
Özün üçün optimal vurulma üsulunu seç: