Əsas
Ətirlər
All or Nothing
All or Nothing parfüm suyu (ətir) [Ol o Nasing]

Описание

Hər şey və ya heç nə: daha azı ilə kifayətlənmə. All or Nothing eksklüziv ətir kolleksiyası sənin şəxsiyyətinin əksidir. Vanilin superabsolütu uzun müddət dəri ilə birləşir, unikal parfümeriya texnologiyası və misilsiz yüksək konsentrasiya sayəsində inanılmaz dərəcədə cazibədar aura yaradır - ilk dəfə Oriflame-də!


Ətir növü: şərq, vanil, meyvəli.

Üst notlar: maqnoliya, freziya, İtalyan limonu.

Ürək notlar: yasəmən, Dəməşq qızılgülü, moruq.

Əsas notlar: Madaqaskar vanilin superabsolütu, sidr, müşk.


● Maksimum ətir konsentrasiyası: 20-30% efir yağlar.

● Oksigen aktivləşdirmə texnologiyası: tətbiq edildikdən sonra parfüm 6 saatadək orijinal intensivliyini qoruyur*.

● Əsas not, Madaqaskar vanilinin ən məşhur növünün incə, zərif akkordu.

● Kompozisiyanın müəllifi, karyerası boyunca bir çox gözəl ətir yaratmağı bacaran, o cümlədən premium Fransız və İtalyan markaları ilə birlikdə işləyən Natali Lorsondur. 2016-cı ilin dekabr ayında Natali parfümeriya sənayesindəki ən yüksək mükafat olan "Master-parfümer" adına layiq görüldü. O, ətirlər yaradarkən təbiətdən və səyahətlərdən ilham alır. Natali tez-tez öz tərzini ahəngdar, yumşaq və hissiyatlı kimi təsvir edir.

● Məhsul dizayneri, Anderson Santos, "Braziliyanın ən yaxşı məhsul dizayneri" mükafatının qalibi tərəfindən hazırlanmış eksklüziv flakon - görünüşdə hər bir detalın vacib olduğu hal.


All or Nothing Unique Accord #1 ətiri ağ çiçəkli parfüm suyu ilə qarışdıraraq öz unikal portretini tamamla. Vanilin superabsolütu və müşkin ağ çiçəklərlə birləşməsi hər qadının üzərində təkrarolunmaz akkord yaradaraq özünəməxsus şəkildə açılır.


*İntensivliyin qiymətləndirilməsi xüsusi təlim keçmiş 18 mütəxəssis tərəfindən aparılıb.

  1. Qarşında havaya bir az ətir burax və ətirli buludun içinə addımla.
  2. Mövsümdən asılı olaraq ətir seç: yay mövsümü üçün daha yüngül olanı, soyuq mövsüm üçün daha tünd olanı.
  3. Dərinin ətrini vurğulayan və hər bir qadının üzərində özünəməxsus şəkildə açılan təkrarolunmaz səslənmə əldə etmək üçün ətirin üstündən All or Nothing Unique Accord #1 parfüm suyunu (43696) vur.
ALCOHOL DENAT., PARFUM, AQUA, LINALOOL, HYDROXYCITRONELLAL, BENZYL SALICYLATE, LIMONENE, CITRONELLOL, BUTYL METHOXYDIBENZOYLMETHANE, ALPHA-ISOMETHYL IONONE, CITRAL, GERANIOL
Hamısı və ya heç nə: daha azına razı olma. All or Nothing eksklüziv ətirlər kolleksiyası — fərdiliyinin əksi. All or Nothing ətirlərində superabsolüt vanil və All or Nothing Amplified ətirlərindəki tuberoza və qırmızı zəncəfilin gücü.
Ödəniş və çatdırılma müddəti haqqında məlumatı Xidmət Mərkəzi bölməsində tapa bilərsiniz.