Əsas
Üz
NovAge
NovAge üz üçün çoxfunksional müdafiə kremi SPF 50

Описание

SPF 50 ilə çoxfunksional fəal formul dərini UVA- və UVB-şüalanmasından maksimal müdafiə ilə təmin edir, piqment ləkələri, qeyri-bərabər ton və qırışların yaranmasının qarşısını alır.


  • Dərini vaxtından tez yaşlanmadan müdafiə edir*.
  • Sağlam parlaqlıq və bərabər tonu bərpa edir*.
  • İntensiv nəmləndirir və yumşaldır*.
  • UVA/PA++++ filtrə malikdir*.
  • Yüngül yağsız tekstura malikdir*.

*İnqrediyentlərin xüsusiyyətləri əsasında.

İstifadə qaydası:


  • Hər səhər gündüz kremindən sonra üz və boyun dərisinə çək.
  • • Lazım olduqda maksimal müdafiə üçün gün ərzində yenilə.
  • Vasitənin gözlərinə düşməsinə imkan vermə. NovAge kompleks qulluğunu mükəmməl tamamlayır.

Fəal inqrediyentlər:


Dərimiz hər gün ətraf mühit, ultrabənövşəyi şüalanma və çirklənmiş havanın aqressiv təsirinə məruz qalır. Bu yaşlanma prosesini sürətləndirir və dərinin qurumuş, solğun və qeyri-bərabər olmasına gətirib çıxarır. Onu maksimal effektivliklə müdafiə edərək gənclik və gözəlliyini qoru.


UVB-şüalar dəridə melanin ifrazına cavabdehdir. UVB-şüalanmanın çoxluğu günəş yanıqlarına, dərinin qurumasına və hiperpiqmentləşməyə gətirib çıxardır. UVA-şüaları dərinin dərin qatlarına daxil olaraq kollagen və elastinin azalmasına, hüceyrələrarası matriksi, damar torunun zədələnməsinə gətirb çıxarır və azad radikalların yaranmasına səbəb olur.


  • Pollution Protect texnologiyası: dəri üzərində müdafiə qatı yaradaraq çirklənmiş ətraf mühitin aqressiv təsirinə qarşı durmağa kömək edir.
  • Е vitamini (tocopheryl acetate): dərini qurumaqdan və vaxtından tez yaşlanmadan qoruyaraq onu nəmləndirir.
  • SPF 50 və UVA/PA++++ filtri: UVA- və UVB-şüalanmadan maksimal müdafiə ilə təmin edir, piqment ləkələrinin, qeyri-bərabər ton və qırışların yaranmasının qarşısını alır.
İnqrediyentlər
CYCLOPENTASILOXANE, AQUA, TRIETHANOLAMINE, PHENYLBENZIMIDAZOLE SULFONIC ACID, PARFUM, DIMETHICONE CROSSPOLYMER, METHYL METHACRYLATE CROSSPOLYMER, ACRYLATES/C10-30 ALKYL ACRYLATE CROSSPOLYMER, PHENOXYETHANOL, BIOSACCHARIDE GUM-4, CITRONELLOL, CI 47005

 

Ödəniş və çatdırılma müddəti haqqında məlumatı Xidmət Mərkəzi bölməsində tapa bilərsiniz.