Əsas
Gözətrafı dəriyə qulluq
NovAge
NovAge Time Restore göz və dodaq konturu üçün cavanlaşdırıcı krem

Описание

Yaşəleyhinə GenisteinSOY texnologiyası və gözotu ekstraktı ilə göz və dodaq ətrafının zərif dərisi üçün yüksəkkeyfiyyətli krem dərini dartır, cizgilərə dəqiqliyi geri qaytarır, göz və dodaq ətrafındakı dərin qırışları azaldır, şişkinlik və tünd halqaları azaldır.


  • Üz cizgilərini daha da aydınlaşdırır* (80% təsdiq edir).
  • Göz ətrafındakı qırışları hamarlaşdırır* (74% təsdiq edir).
  • Tünd dairələri azaldır*.
  • Göz ətrafı dərin qırışları hamarlaşdırır* (80% təasdiq edir).
  • Göz ətrafı şişkinliyi azaldır*.

*Altı həftə ərzində 55 yaşdan böyük 80 qadının iştirakı ilə aparılan istehlakçı sınaqlarının nəticələrinə əsasən.


DƏRİYƏ KOMPLEKS QULLUQ

ADDIM 2: GÖZƏTRAFI DƏRİYƏ QULLUQ



Göz ətrafı dərinin quruluşu fərqlidir, o daha nazik və zərifdir, deməli, yaşlanma əlamətləri onda daha tez yaranır. Bu nahiyənin artıq 20-25 yaşdan etibarən xüsusi qulluğa ehtiyacı var. Göz ətrafı dəri üçün kremlər xüsusilə daha yüngül tekstura malikdir, bunun sayəsində də daha yaxşı hopur. Heç bir qıcıqlandırma olmasın deyə onların tərkibində minimum ətirləndiricilər var. Qırışlar, tünd halqalar, şişkinliyin yaranmasının qarşısını almaq üçün göz ətrafı dəri üçün kremi səhər və axşam çək.

NovAge Time Restore yetkin dəryə kompleks qulluq

  1. Zərdab və gündüz/gecə kremin istifadəsindən əvvəl səhər və axşam təmizlənmiş göz ətrafı dəriyə və üst dodağın konturu boyu çək. Krem hopana qədər ehtiyatla adısz barmağın ucu ilə yerit. Vasitənin gözlərinə düşməsinə imkan vermə.
  2. Yetkin dəriyə maksimal effektiv qulluq üçün NovAge Time Restore kompleks qulluqdan istifadə etməyi tövsiyə edirik. Kliniki cəhətdən sübut olunmuşdur ki, dəriyə qulluğun kompleks istifadəsi yalnız təmizləyici vasitə və gündüz kremindən istifadəyə nisbətən yeddi dəfə daha effektivdir*.

NovAge Time Restore dəriyə kompleks qulluğun 4-addım sistemi elə qurulmuşdur ki, hər addım özündən əvvəlkini mükəmməl tamamlayır, xüsusilə hazırlanmış formullar isə bir-birinin effektivliyini gücləndirir:


Təmizləyici süd (32597) və yumşaldıcı tonik (32742) çirk və makiyaj qalıqlarını təmizləməyə kömək edir, dərini qidalandırır və nəmləndirir, onu növbəti mərhələlərə hazırlayır.


  • Göz və dodaq konturu üçün gəncləşdirici krem (32629) dodaq və göz ətrafı dəriyə qulluq üçün işlənib hazırlanmışdır. Dərin qırışlar dartılanda hamarlaşır, cizgilər isə daha dəqiq olur.

NovAge Time Restore üz və boyun üçün cavanlaşdırıcı zırdab (32630) intensiv nəmləndirmə ilə təmin edir, dəri tonunu yaxşılaşdırır və parlaqlıq bəxş edir, həmçinin gündüz və gecə kremlərinin istifadəsindən olan effekti gücləndirir.


NovAge Time Restore cavanlaşdırıcı gündüz kremi SPF 15 (32627) dərini UV-şüalarının mənfi təsirindən gün boyu müdafiə edir. Cavanlaşdırıcı gecə kremi (32628) sən yatan zaman dərini hüceyrə səviyyəsində qidalandırır.


Qeyd: Həssas dərinin NovAge Time Restore seriyası məhsullarının kompleks qulluq tərkibində göstərdiyi intensiv təsirə öyrəşməsinə zaman lazımdır, ona görə də biz onları öz qulluq proseduruna tədricən daxil etməyi yaxud nümunələrdən istifadə etməyi məsləhət görürük.

*NovAge Time Restore kompleks cavanlaşdırıcı qulluğun istifadəsi ilə aparılmış kliniki sınaqların nəticəsinə əsasən.

Fəal inqrediyentlər:


  • GenisteinSOY yaş əleyhinə texnologiyası (soy isoflavones) — inkapsullaşdırılmış soya izoflavoni kollagen ifrazını artırmağa kömək edir. Nəticədə dəri daha elastik, dərin qırışlar — daha az nəzərə çarpıcı, üz konturu isə — daha dəqiq olur. Nəmləndirici hüceyrədaxili proseslər fəallaşırlar, hüceyrələr nəmlə daha yaxşı dolur, dəri isə daha elastik və nəmlənmiş olur. GenisteinSOY texnologiyası həmçinin antioksidant xüsusiyyətlərinə malikdir və azad radikalların mənfi təsiri ilə mübarizə aparır.
  • Plantago Lanceolata bitkisinin gövdə hüceyrələri ekstraktı(plantago lanceolata leaf extract): hüceyrəxarici matriksdəki kollagen və elastinin bütövlüyünü qorumağa kömək edir. Matriksin daha möhkəm və sıx strukturu yetkin dərinin hüceyrələrində toplanan melanin səviyyəsini nizamlamağa imkan verir. Piqment ləkələrinin nəzərə çarpıcılığı azalır.
  • Gözotu ekstraktı (euphrasia officinalis extract): sakitləşdirici və canlandırıcı təsir göstərir, göz altındakı tünd ləkələrin yaranmasını və göz altındakı şişkinliyi azaltmağa kömək edir.
İnqrediyentlər
AQUA, GLYCERIN, BUTYROSPERMUM PARKII BUTTER, HYDROGENATED POLYISOBUTENE, PRUNUS AMYGDALUS DULCIS OIL, ISOPROPYL MYRISTATE, HYDROGENATED OLIVE OIL CETYL ESTERS, SORBITOL, GLYCERYL STEARATE SE, BUTYLENE GLYCOL, POLYACRYLATE-13, CETEARETH-20, PHENOXYETHANOL, POLYISOBUTENE, CAFFEINE, TOCOPHERYL ACETATE, CETYL ALCOHOL, STEARYL ALCOHOL, CAPRYLYL GLYCOL, IMIDAZOLIDINYL UREA, CARBOMER, PANTHENOL, TETRAHYDROXYPROPYL ETHYLENEDIAMINE, POTASSIUM CETYL PHOSPHATE, MICA, POLYSORBATE 20, SORBITAN ISOSTEARATE, PISUM SATIVUM EXTRACT, EUPHRASIA OFFICINALIS EXTRACT, SODIUM CITRATE, ALCOHOL, POLYSORBATE 80, LECITHIN, POTASSIUM SORBATE, SODIUM BENZOATE, SOY ISOFLAVONES
Настоящая красота не означает безупречность во всем. Это ощущение уверенности в себе и своей коже в любом возрасте. Борясь с потерей упругости и четкости контуров лица, глубокими морщинами, сухостью и пигментными пятнами, серия NovAge Time Restore меняет представление о зрелой коже, помогая тебе выглядеть так молодо, как ты себя ощущаешь.
Ödəniş və çatdırılma müddəti haqqında məlumatı Xidmət Mərkəzi bölməsində tapa bilərsiniz.