Təsviri
Qırışlar cəmi̇ 2 həftə ərzi̇ndə nəzərəçarpacaq dərəcədə azalir2
Qadınların 96%-i qeyd etdi: dəri 3 həftədən sonra yumşaq, möhkəm və parlaq olur*
Novage+ Wrinkle Smooth seriyası - bu, bütün dəri növləri üçün hazırlanmış və bioaktiv texnologiyalarla gücləndirilmiş yaşlanma ələyhinə 4-addımlıq qulluq sistemidir.
Üz yumaq üçün gel çirklənmələri yumşaq şəkildə təmizləyir, dərinin qoruyucu maneəsini qoruyur və onu aktiv qulluq komponentlərinin qəbuluna hazırlayır.
Gözətrafı dəri üçün krem effektiv, lakin yumşaq şəkildə təsir göstərir, bu həssas zonada yaşlanma və yorğunluq əlamətlərini hamarlaşdırır.
Serum kompleks baxımın əsas mühərrikidir. Onun konsentratlı formulu xüsusi dəri problemlərini həll etmək üçün aktiv komponentlərlə gücləndirilib.
Gündüz və gecə kremlərinin çox aktiv formulları dərini cavanlaşdırır və nəmi onda saxlamağa kömək edir. Gündüz kremi qoruyucu təsir göstərir, gecə kremi isə - bərpaedici.
+ Həssas dəri də daxil olmaqla, bütün dəri növləri üçün uyğundur
+ Bu dəstdəki gündüz və gecə kremləri hər kəsə uyğun olan yüngül teksturaya malikdir, lakin xüsusilə yağlı və kombinəedilmiş dəri sahibələrinin xoşuna gələcək
+ Formulalar dermatoloji və oftalmoloji (gözətrafı dəri üçün krem) nəzarət altında sınaqdan keçirilib
+ Məhsulların qablaşdırması təkrar materialları ehtiva edir
1Müvafiq Novage+ seriyasından yalnız təmizləyici və gündüz kremi ilə müqayisədə kompleks qulluqdan istifadə edərək kliniki testlərin nəticələrinə əsasən.
2 2021-ci ilin sentyabr-dekabr aylarında İtaliyanın Complife Italia S.R.L. laboratoriyasında 58 qadının iştirakı ilə Novage+ Wrinkle Smooth qırışlara qarşı kompleks baxımdan istifadə edərək aparılan kliniki testlərin nəticələrinə əsasən.
*Novage+ Wrinkle Smooth qırışlara qarşı serumundan istifadə edərək istehlakçı testinin nəticələrinə əsasən.
Novage+ sisteminin hər bir addımı güclü bioaktiv texnologiyalar sayəsində əvvəlkilərin təsirini artırır. Onlar dərini daha aktiv işləməyə, qırışları hamarlaşdırmağa, möhkəmliyi və nəmliyi artırmağa və parlaqlığı gücləndirməyə stimullaşdırır.
ADDIM 1: TƏMİZLƏNMƏ
Gündə iki dəfə üzü təmizlə: səhər və axşam.
ADDIM 2: GÖZƏTRAFI DƏRİYƏ QULLUQ
Kremi dərini təmizlədikdən sonra səhər və axşam istifadə et.
ADDIM 3: SERUM-AKTİVATOR
Serumu dərini təmizlədikdən sonra səhər və axşam istifadə et.
ADDIM 4: ƏSAS QULLUQ
Serumu istifadə etdikdən sonra krem çək: gündüz kremini – səhər, gecə kremini – axşam.