Əsas
Kompleks qulluq
Novage+
Novage+ Wrinkle Smooth qırışlara qarşı kompleks qulluq (dolğun tekstur)

Təsviri

Kompleks qulluq 7 dəfə daha effektiv işləyir - kliniki olaraq sübut edilib1

Qırışlar cəmi̇ 2 həftə ərzi̇ndə nəzərəçarpacaq dərəcədə azalır2


Qadınların 96%-i qeyd etdi: dəri 3 həftədən sonra yumşaq, möhkəm və parlaq olur*


Novage+ Wrinkle Smooth seriyası - bu, bütün dəri növləri üçün hazırlanmış və bioaktiv texnologiyalarla gücləndirilmiş yaşlanma ələyhinə 4-addımlıq qulluq sistemi.


Üz yumaq üçün gel çirklənmələri yumşaq şəkildə təmizləyir, dərinin qoruyucu maneəsini qoruyur və onu aktiv qulluq komponentlərinin qəbuluna hazırlayır.


Gözətrafı dəri üçün krem effektiv, lakin yumşaq şəkildə təsir göstərir, bu həssas zonada yaşlanma və yorğunluq əlamətlərini hamarlaşdırır.


Serum kompleks baxımın əsas mühərrikidir. Onun konsentratlı formulu xüsusi dəri problemlərini həll etmək üçün aktiv komponentlərlə gücləndirilib.


Gündüz və gecə kremlərinin çox aktiv formulları dərini cavanlaşdırır və onda nəmi saxlamağa kömək edir. Gündüz kremi qoruyucu təsir göstərir, gecə kremi isə - bərpaedici.


+ Həssas dəri də daxil olmaqla, bütün dəri növləri üçün uyğundur

+ Bu dəstdəki gündüz və gecə kremləri hər kəsə uyğun olan, lakin xüsusilə quru dəri sahibələrinin xoşuna gələcək daha sıx, zəngin teksturaya malikdir

+ Formulalar dermatoloji və oftalmoloji (gözətrafı dəri üçün krem) nəzarət altında sınaqdan keçirilib

+ Məhsulların qablaşdırması təkrar materialları ehtiva edir


1Müvafiq Novage+ seriyasından yalnız təmizləyici və gündüz kremi ilə müqayisədə kompleks qulluqdan istifadə edərək kliniki testlərin nəticələrinə əsasən.


2 2021-ci ilin sentyabr-dekabr aylarında İtaliyanın Complife Italia S.R.L. laboratoriyasında 58 qadının iştirakı ilə Novage+ Wrinkle Smooth qırışlara qarşı kompleks baxımdan istifadə edərək aparılan kliniki testlərin nəticələrinə əsasən.


*Novage+ Wrinkle Smooth qırışlara qarşı serumundan istifadə edərək istehlakçı testinin nəticələrinə əsasən.


























Qırışların üzəri̇ndə qələbə çalmaq üçün 4 addım

Novage+ sisteminin hər bir addımı güclü bioaktiv texnologiyalar sayəsində əvvəlkilərin təsirini artırır. Onlar dərini daha aktiv şəkildə işləməyə, qırışları hamarlaşdırmağa, möhkəmliyi və nəmliyi artırmağa və parlaqlığı gücləndirməyə stimullaşdırır.


ADDIM 1: TƏMİZLƏNMƏ

Gündə iki dəfə üzü təmizlə: səhər və axşam.

  • Nəm ovuclarına bir az gel sıx;
  • Onu köpükləndir və masaj hərəkətləri ilə dəriyə çək;
  • Gözətrafı nayihədən çəkin;
  • Sonra yaxşıca yu.

ADDIM 2: GÖZƏTRAFI DƏRİYƏ QULLUQ

Kremi dərini təmizlədikdən sonra səhər və axşam istifadə et.

  • Kiçik bir damla olçüdə kremi sıx – bu, hər iki göz üçün kifayət edəcək;
  • Məhsulu aşağı orbital sümüyə çək;
  • Kremi tamamilə hopulana qədər adsız barmaqdan istifadə edərək vurucu hərəkətlərlə incə şəkildə payla.
  • Sürtmə və zərif dərini dartışdırma;
  • Məhsulun gözlə təmasından çəkin.

ADDIM 3: SERUM-AKTİVATOR

Serumu dərini təmizlədikdən sonra səhər və axşam istifadə et.

  • Ovucun içinə bir az məhsul sıx (pompaya 1-2 dəfə basmaqla);
  • Serumu alına, yanaqlara və çənəyə çək;
  • Səliqəli şəkildə bütün üz boyu payla;
  • Gözətrafı nayihədən çəkin.

ADDIM 4: ƏSAS QULLUQ

Serumu istifadə etdikdən sonra krem çək: gündüz kremini – səhər, gecə kremini – axşam.

  • Alına və yanaqlara bir az məhsul çək;
  • Tamamilə hopulana qədər üz, boyun və dekolte boyunca yumşaq şəkildə payla;
  • Gözətrafı nayihədən çəkin.






























1 qulluq - 8 bioaktiv texnologiya!

+ Bio Lipid System

+ Bio CollagenPro

+ Eye Vital

+ Oripeptide-3

+ Bio Re:Barrier

+ Advanced Pollution System

+ Bio CeramidesPro

+ Advanced NightSync


Bio Lipid System Texnologiyası (təmizləyici gel) dəri maneəsinə iki istiqamətdə dəstək verir: ölü dəri hüceyrələrini yumşaq bir şəkildə təmizləyir və nəmi dəridə saxlamaq üçün lipidləri qoruyur.


Bio CollagenPro texnologiyası (gözətrafı dəri üçün krem) öz effektivliyi ilə yaşlanma əleyhinə retinolla müqayisə edilə bilər1, lakin daha yumşaq təsirə malikdir: dəridə kollagen istehsalını stimullaşdırır, dərin qırışları doldurur və hamarlayır.


Eye Vital texnologiyası (gözətrafı dəri üçün krem) antioksidant təsir göstərir, yorğunluq əlamətlərini, tünd dairələri1 və şişkinliyi azaldır.


Patentləşdirilmiş *Oripeptide-3 texnologiyası (serum) dəridə kollagen istehsalını C vitaminindən daha effektli şəkildə aktivləşdirir, bunun sayəsində qırışlar hamarlaşır və dəri daha gənc görünür2.


Patentləşdirilmiş ** Bio Re:Barrier texnologiyası dərinin təbii qoruyucu maneəsini niasinamiddən daha effektiv şəkildə gücləndirir1. Dərinin bərpa edilmiş maneə funksiyaları nəmi hüceyrələrdə saxlamağa kömək edir və kollagen və hialuron turşusunun parçalanmasının qarşısını alır3, bunun sayəsində dəri daha gənc görünür.


Advanced Pollution System Texnologiyası dəridə görünməz qoruyucu qat əmələ gətirir, o, dərini xarici amillərin aqressiv təsirindən qoruyur, dərhal liftinq effekti təmin edir və qırışların hamarlanmasına təkan verir.


Bio CeramidesPro texnologiyası dərinin qoruyucu maneəsini bərpa edir və hialuron turşusu istehsalını stimullaşdırır3, yaşlanma proseslərini zəiflədir.


Advanced NightSync texnologiyası melatoninə bənzər təsir göstərir, dərini bərpa edən prosesləri aktivləşdirir və qırışları əhəmiyyətli dərəcədə azaldır.


*Patent № SE531484.


*Patent № SE2020376-4.


1Aktiv inqrediyentin kliniki testlərinə əsasən.


2ex vivo testlərinə əsasən.


3In vitro testlərinə əsasən.



































Novage+ yaşlanma əleyhinə tamamilə yeni qulluq sistemidir: ekoloji cəhətdən təmiz, effektiv, lakin yumşaq təsirli, bütün dəri tipləri üçün hazırlanıb. Klassik NovAge özündə güclü texnologiyalar ilə bitki kök hüceyrə ekstraktlarını birləşdirir və müəyyən vəziyyət və yaşlanma əlamətləri ilə işləməyi hədəflənib. Dərinə uyğun olanı seç və nəticədən əmin ol, axı hər seriya kliniki cəhətdən sübut olunmuş effektə malikdir.
Ödəniş və çatdırılma müddəti haqqında məlumatı Xidmət Mərkəzi bölməsində tapa bilərsiniz.