Təbii kosmetika haqda hər şey
Təbii kosmetikanın və qulluq vasitələrinin sayı günü gündən artır. Qablaşdırmanın üzərində qeyd olunmuş " təbii" və ya "orqanik" sözlərinin fərqi nədədir? Bu suala ekspert Melina Qaleadi cavab verəcək.
Daha ətraflıFəal inqrediyentlər:
Təbii inqrediyentlər olduqca həssasdır. Buna görə də, onların dəyərli və faydalı maddələrini qorumaq üçün ekstraktların alınması prosesinin düzgünlüyü olduqca vacibdir. Ecobeauty seriyasını yaradarkən biz həssas inqrediyentlərə zərər yetirməyən və son məhsulda onların dəyərli xüsusiyyəətlərini saxlamağa kömək edən üsullardan istifadə edirik .
Dəyərli qızılgül və çobanyastığı suyu ekstraktı almaq üçün biz buxar distilləsi üsulunu tətbiq edirik. Buxar bitkilərə fəal təsir edir, onların lazımi qiymətli maddələri – bitki esensiyaları formasında antioksidantlar, aminturşuları, taninlər, şəkər və bir çox digərini azad etməyə kömək edir. Faktiki olaraq bu yekun nəticədə seriya vasitələrinin tərkibinə daxil olan dəri üçün faydalı komponentlərin maye formasıdır.