Giordani Gold Good as Gold parfüm suyu
109,00 AZN
Təsviri
Məxməri moruqun almanın və berqamotun parlaqlığını vurğuladığı vaxtda, oyuna çiçək ürəyi daxil olur: flördoranj qızılı zəfəranın ədviyyatı ilə "Qızıl parıltısı" eksklüziv akkordunda birləşərək qarışır. Ambroksanın paçuli və krem səndəli ilə qalıcı ağac notları lüks buketi tamamlayır.
Üst not: alma, berqamot, moruq
Ürək notları: "Qızıl parıltısı" akkordu (flördoranj və qiymətli zəfəran), ilanq-ilanq
Əsas not: paçuli yağı, Ambrox® molekulu, səndəl ağacı
İlias Ermenidis
Dünya şöhrətli ətriyyatçı İlias Ermenidis şah əsərini necə yaratmağı bilir. Eksklüziv "Qızıl parıltısı" akkordu üçün o, flördoranjın ən gözəl tərəflərini vurğulayan xüsusi inqrediyenti seçdi. "Mən orijinal çiçək zərifliyi ilə dolu bir ətir yaratmaq istəyirdim. Giordani Gold üçün səciyyəvi olan parlaq qızılı flördoranj "Qırmızı qızıl" kimi tanınan zəfəranla qarışır. Mən onu heç nə ilə müqayisə edilə bilməyən istilik və zərifliyinə görə seçdim". İlias bir çox ölkələrdə yaşayıb və haqlı olaraq özünü dünya vətəndaşı adlandırır. Onun sözlərinə görə, səyahət və müxtəlif mədəniyyətlərlə dolu bu cür həyat onun üçün əsas ilham mənbəyidir.
İlias Ermenlis Calvin Klein, Celine, Escada, Givenchy, Gucci, Hugo Boss, Kenzo, Lancia, Moschino, Oscar de la Renta, Valentino, Vera qang, Yves Saint Laurent üçün ətirlər yaradırdı.
İsti̇fadə qaydası
Özün üçün optimal vurulma üsulunu seç:
- Ətiri nəbz nöqtələrinə vur: bilək, dirsək əyrisi və ya boyuna. Ətirin molekulyar strukturunu pozmamaq üçün onu yayma.
- Qarşına bir az ətir püskürt və ətirli buluda addımla.