Hüquqi müddəalar

Termin və təriflər 

İstifadəçi –İnternet şəbəkəsində “Orifleym” şirkətinin (bundan sonra mətn üzrə - Oriflame) elektron nümayəndəliyinə baş çəkən istənilən fiziki və ya hüquqi şəxs.

Sayt – İnternet şəbəkəsində “Orifleym” şirkətinin elektron nümayəndəliyi (məna olaraq birləşən, naviqasiya və fiziki olaraq eyni web-serverdə yerləşən, təkrarlanan dizayna malik web-səhifələrin məcmusu).

Hiper link  – bu əlaqə yaradaraq digər İnternet hədəflərə keçməyə imkan verən  saytda və ya elektron ünvan məkublarındakı qrafiki təsvir və ya mətndir; bu HTML sənəddə İnternetdə yerləşən və bu fayl üçün tam istiqamətə malik (URL) digər faylı göstərən sətrdir.  

Çərçivə - bu 3.0 və daha yüksək HTML dilinin elementidir. Çərçivələr  web-səhifələri bir neçə müstəqil pəncərə bölməyə və onların hər birində ayrı veb-səhifə yerləşdirməyə imkan verir. Bununla yanaşı bir pəncərədə digərinə link keçidi mümkün olur.

1. Mövcud saytdan istifadə etmə şərtləri

Mövcud sayt aşağıdakı şərtləri göstərilən bir xidmət olaraq Oriflame şirkəti tərəfindən dəstəklənir. Tərəfinizdən istifadə olunan mövcud sayt sizin xidmətin bütün şərtlərini qəbul etməyiniz və onunla razılaşmağınızı nəzərdə tutur. Bu şərtlərlə razı olmadığınız halda mövcud saytdan istifadə etməməyinizi xahiş edirik.

Oriflame Oriflame Cosmetics S.A şirkətinə məxsus qeydiyyata alınmış ticarət nişanıdır. Bu ticari nişanın hüquqi sahibinin əvvəlcədən yazılı razılığı olmadan kopiyasının çıxarılması və/və ya istifadəsi qadağandır. (Oriflame Cosmetics S.A.). İntelektual (sənaye) mülkiyyətinin digər obyektləri, o cümlədən ticarət nişanları hüquqi sahibin şəxsi mülküdür, buna görə də bu obyektlərin və ticari nişanların istifadəsi üçün sahiblərin yazılı şəkildə razılığını almaq vacibdir

Azərbaycan Respublikasının vətəndaş qanunvericiliyinə uyğun olaraq mühafizə altında yerləşən mövcud saytın dizayn və strukturu, həmçinin digər elementləri əsasında tam və ya qismən yeni məlumat obyektləri yaradıla bilməz və ya qanunvericiliyi pozan digər məqsədlər üçün istifadə oluna bilməzlər. 

Təsvir, qrafika, səs və ya video informasiyaların digər internet saytlarında yerləşdiriməsi üçün kopyalanması Oriflame şirkətinin yazılı icazəsi olmadan qadağandır .

Saytın istifadəçisi kopyalanmış materialları hər-hansı bir yolla dəyişməmək, onları digər bir işdə istifadə etməmək, müəllif hüququ haqqında istənilən bildirişi dəyişməmək və ya silməmək şərtilə yalnız qeyri- ticari daxili istifadə üçün bu saytda yerləşən səhifələrin və ya digər materialların bir kopyasını öz şəxsi kompyuterinə yükləmə haqqına malikdir. Məlumatın istifadəçi tərəfindən birdəfəlik yükləmə və istifadəsi üçün mövcud haqq üçüncü şəxslərə ötürülə bilməz, əks halda onun fəaliyyəti dayandırılacaq və ya istənilən vaxt Oriflame şirkətini tərəfindən ləğv ediləcəkdir.

Oriflame mövcud saytda çərçivələrin istifadəsini məhdudlaşdırmaq, saytın istifadəçisi isə Oriflame şirkətinin yazılı tələbindən sonra bütün saytda və ya onun hər-hansı bir hissəsində çərçivələrin istifadəsinin təcili olaraq dayandırmasına dair razılıq vermə hüququnu özündə saxlayır. 

İstifadəçilər bu saytda müəllif hüquqları, ticari nişan və ya digər mülkiyyət hüququnu müdafiə edən istənilən materialı sahibin icazsəi olmadan yerləşdirə bilməzlər.  Bu kimi materialları yerləşdirmiş istifadəçi müəllif və mülkiyyət hüquqlarının pozulmasında məsuliyyət daşıyan yeganə şəxs olacaqdır.

Oriflame mövcud sayta hiper linklərin olduğu saytlardakı informasiya, səhifələr, digər materiallara görə məsuliyyət daşımır və onlara nəzarət etmir. Mövcud sayta və ya saytdakı  hiper linklərin olduğu saytların Oriflame tərəfindən təsdiq və tövsiyə olunması anlamına gəlmir və ya bu kimi saytlardakı informasiyaların, səhifələrin, material və proqram təhlükəsizliyinin dəqiq olmasına dair heç bir məlumat vermir.  

Oriflame heç bir halda istifadəçilər tərəfindən hiper linklərin olduğu saytlardan istifadəsinə görə məsuliyyət daşımır.

Oriflame maksimal dərəcədə mövcud sayta hiper linklərin yerləşdirilməsini məhdudlaşdırmaq, saytın istifadəçisi isə Oriflame şirkətinin yazılı tələbindən sonra mövcud saytda istənilən hiper linkin təcili olaraq aradan qaldırma və ya məhv edilməsinə dair razılıq vermə hüququna malikdir.

Mövcud saytda olan və ya mövcud saytdan yüklənən informasiya, səhifələr və ya digər materiallar Oriflame tərəfindən hər-hansı bir zəmanət olmadan “olduğu kimi” təqdim olunur.

Oriflame məlumatın, səhifələrin və ya materialların dəqiqliyinə, adekvatlığına və ya bütövlüyünə zəmanət vermir və ola biləcək səhvlərə görə məsuliyyət daşımır. İstifadəçi şəxsi cəsarət və riski ilə mövcud saytdan istifadə edir, səhifə və materialların virus və ya digər zərərli təsirə malik olmaması üçün təhlükəsizlik tədbirləri görməlidir. Mövcud sayt veb-brauzer və ya istifadəçi tərəfindən istifadə olunan digər proqram ilə uyğun gəlməyə bilər. Oriflame saytın dəyişilməz və cari görünüşdə əlverişli olacağına və mövcud saytın translasiyasının kəsilməsinə, ləngiməsinə, həmçinin istənilən vaxt dayandırılmasına dair zəmanət vermir.

Mövcud sayt dəqiq və ya qeyri-dəqiq informasiyaya malik ola bilər, bununla belə məlumat Oriflame tərəfindən bildiriş olmadan dəyişilə və ya yenilənə bilər. Oriflame saytda olan məlumatı düzəltmək və ya yeniləmək kimi məsuliyyəti daşımaqdan imtina edir.

Oriflame saytda olan qaçılmaz səhvlərdən dolayı yaranmış istənilən zərər və ziyana görə məsuliyyət daşımır, saytın istənilən istifadəçisinin bu saytdakı istənilən məlumatın istifadəsi öz riski ilə həyata keçirilir.

Oriflame Məsləhətçilərə, alıcılara şirkətin saytında təqdim olunan məhsul haqqındakı düz olmayan məlumata görə məsuliyyət daşımır. Məsləhətçilərin Oriflame məhsulu və xidməti haqqında məlumata malik şəxsi saytı olduğu təqdirdə, onlar özləri məhsulun rəsmi məlumatının yenilənməsini izləməli və lazımı dəyişiklikləri etməlidirlər. .

Nə Oriflame, nə onun partnyorları və ya əməkdaşları mövcud saytda təqdim olunmuş məlumatın aqibəti haqqında qərara görə məsuliyyət daşımır.

ORIFLAME QƏTİ ŞƏKİLDƏ MÖVCUD SAYTLA ƏLAQƏLİ BİLDİRİLMİŞ VƏ YA NƏZƏRDƏ TUTULMUŞ HƏR-HANSI BİR ZƏMANƏTDƏN İMTİNA EDİR.

ORIFLAME HEÇ BİR HALDA İSTİFADƏÇİ QARŞISINDA MÖVCUD VƏ YA HİPER LİNKƏ MALİK BAŞQA SAYTDAN İSTİFADƏ ZAMANI BİRBAŞA, DOLAYI VƏ YA DİGƏR SƏBƏBDƏN YARANMIŞ HƏR-HANSI ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR

MÜVAFİQ QANUNVERİCİLİKDƏ YUXARIDA QEYD OLUNAN İSTİSNALARA İCAZƏ OLMAYA BİLƏR, BUNA GÖRƏ DƏ MÖVCUD PARAQRAF İSTİFADƏÇİLƏR ÜÇÜN TAM VƏ YA QİSMƏT TƏDBİQ EDİLƏ BİLMƏZ.

Mövcud sənəddə aşkar təqdim olunmayan bütün hüquqlar qorunur. 

2. Sayt tərəfindən istifadə şərtlərinin dəyişdirilməsi

Oriflame-in hal-hazırki şərtləri dəyişmək, həmçinin yenilərini əlavə etmək hüququ vardır. Belə dəyişikliklər saytda yerləşdirildiyi andan qüvvəyə minir. İstifadəçinin şərtlər dəyişdirildikdən sonra sayt materiallarından istifadəsi onların avtomatik olaraq qəbul olunması deməkdir.