Şəxsi məlumatlarınız haqqında vacib məlumat
Hörmətli Brend-partnyor,
Şəxsi məlumatlarınızı ehtiva edə biləcək hadisə haqqında sizə məlumat vermək üçün yazırıq
Məxfiliyinizə hörmət və Oriflame cəmiyyətimizin və şəxsi məlumatlarınızın qorunması bizim üçün ən yüksək prioritetdir. Təəssüf hissi ilə sizə məlumat veririk ki, Oriflame məlumat sistemlərimiz cinayət niyyətli kiber hücumlara məruz qalmış və nəticədə məlumat sistemimizə icazəsiz giriş baş vermişdir.
Hadisə 31 iyul və 1 avqust 2021-ci il tarixlərində baş vermişdir və şəxsiyyət sənədinin surəti kimi Brend-partnyorların bəzi şəxsi məlumatlarına icazəsiz girişlə nəticələnmişdir. Yalnız Bank hesabları, telefon nömrələri və ya istifadəçi şifrələrinə heç bir giriş əldə olunmamışdır. Həmçinin kommersiya əməliyyatları da kiber hücumları məruz qalmayıb.
Bu hücumdan təsirlənən bütün Brend partnyorları, habelə konkret halda hansı məlumatların pozulduğunu müəyyən etmək üçün əlimizdən gələni edirik., lakin hadisənin ilkin olaraq MDB və Asiya regionundakı Brend-partnyorlara təsir etdiyini təsdiq edə bilərik. Şəxsi məlumatları təhlükə altında qalan hər bir şəxslə birbaşa əlaqə saxlayacıq və 19 avqust 2021-ci il tarixinə kimi əlavə məlumat təqdim edəcəyik.
Sistemimizə icazəsiz giriş baş verən kimi dərhal aidiyyatı orqanlara və İsveç Milli Kiber Təhlükəsizlik Mərkəzinə xəbər verdik. Mövcud təhlükəsizlik tədbirlərini gücləndirmək üçün ciddi tədbirlər gördük və hal-hazırda xarici ortaqlarımız və hüquq mühafizə orqanları ilə hadisəni araşdırırıq.
Bu məlumatların şəxsiyyətinizin saxtalaşdırılması üçün istifadə oluna biləcəyinə dair heç bir göstərişimiz olmasa da, əlavə tədbirlər görməyinizi tövsiyə edirik:
Sizin şəxsi məlumatlarınızın təhlükəsizliyi Oriflame üçün birinci yerdə durur. Xarici partnyorlarımız və hüquq mühafizə orqanlarının dəstəyi ilə birlikdə Oriflame cəmiyyətimizi qorumaq və baş vermis hadisə üzrə tam araşdırmanın aparılması, günahkarların tam məsuliyyətə cəlb olunması üçün əlimizdən gələni edəcəyik.
Bu hücum nəticəsində Oriflame hesabınıza, sifarişlərinizə və ödəmə prosesinizə heç bir zərər dəyməyib və Siz kommersiya əməliyyatlarınızı hər zamanki kimi normal rejimdə davam edə bilərsiniz.
Əgər əlavə sualınız yaranarsa, Oriflame Xidmət Mərkəzi ilə əlaqə saxlayın.
Hörmətlə, Oriflame Azərbaycan Menecmenti