Skip to main content Skip to main menu Axtarışa keçmək
  1. Əsas
  2. Xəbərlər və mətbuat
  3. Şirkətin xəbərləri
  4. Oriflame saytı və mobil əlavələrinə giriş məhduddur

Oriflame saytı və mobil əlavələrinə giriş məhduddur

30 iyun 2018-ci il tarixindən başlayaraq Android 4.4 və daha öncəki versiyalarının istifadəçiləri üçün

30 iyun 2018-ci il tarixindən etibarən Android əməliyyat sisteminin 4.4 və daha öncəki versiyalarında işləyən smartfon və planşetlərə Oriflame-in saytına və bütün mobil əlavələrinə girişi məhdudlaşdırılacaq. Məhdudiyyət cihazda aparılan bütün əməliyyatlara şamil olunur: qeydiyyatdan keçmə, sifarişlərin yaradılması və ödənişi, şəxsi kabinetdə materialların, həmçinin sayt və ya mobil əlavədə hər hansı bir materialların mütaliəsi.

Həmin məhdudiyyətə Ödəniş kartları industriyasının təhlükəsizlik standartları Şurası (PCİ SSC) tərəfindən onlayn ödənişlərin təhlükəsizlik protokollarına dair beynəlxalq qanunların sərtləşməsi səbəb oldu. Bu dəyişikliklər nəticədə məlumatların bütövlüyünü və məxfiliyini daha çox gücləndirəcək. Dəyişikliklər 30 iyun 2018-ci il tarixində güvvəyə minəcək.

Bu dəyişikliklər Oriflame-in əksər Məsləhətçilərinə təsir etməyəcək, çünki istifadəyə dair bütün məhdudiyyətlər yalnız 2014-cü və daha əvvəlki illərdə buraxılan cihazlara aiddir. Sayt və mobil əlavələrlə işləyərkən proqram xətalarından yan keçmək üçün sizdən yenilənmiş Android əməliyyat sistemli (5-ci versiya və ya daha yenisi) smartfon və ya planşetdən istifadə etməyinizi xahiş edirik. Bu, digər əməliyyat sistemli cihazlara da aiddir.

 Smartfon və ya planşetdə hansı əməliyyat sisteminin quraşdırıldığını bilmək üçün cihazınızda ardıcıllıqla “Parametrlər” (Settings) - “Sistem” (System) - “Telefon haqda” (About phone) bölümünü açın.
Qeyd edək ki, məhdudiyyətləri Oriflame tətbiq etmir. Bu məhdudiyyətlər onlayn göndərilən məlumatların bütovlüyünü və məxfiliyini təkmilləşdirmək üçün beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir.