Oriflame 100% xarici investisiyalı şirkətinin (bundan sonra “Şirkət” adlandırılacaq) 04 iyun/2018 - 23 iyun/2018 dövründə qüvvədə olan kataloqunun 2, 3, 12, 14, 16, 18, 20, 22, 24 və 26-cı səhifələrində, həmçinin 14 may/2018 – 25 avqust/2018 dövründə qüvvədə olan Gözəllik kitabının 6 və 31-ci səhifəsində 2018-ci ilin Dünya çempionatı barəsində məlumat mövcuddur.
Mövcud təkzibi yazmaqla bildirmək istərdik ki, sözügedən kataloq və sözügedən kitabda istifadə edilmiş “Futbol üzrə dünya çempionatı 2018” və “DÇ-2018” söz birləşmələri sözügedən kataloq və sözügedən kitabın istifadəsi zamanı diqqətə alınmamalıdır.
Şirkət heç vaxt istər Şirkət tərəfindən, istərsə də buraxdığı məhsullar vasitəsi ilə Futbol üzrə dünya çempionatına hər hansı bir aidiyyatı olduğu barədə yalnış fikir yaratmaq niyyətində olmamışdır.
Hazırkı təkzib elanı ilə şirkət elan edir ki, şirkət Beynəlxalq futbol assosiasiyaları federasıyasının rəsmi tərəfdaşı deyil və Futbol üzrə dünya çempionatı 2018 ilə heç bir şəkildə əlaqəsi yoxdur.