Skip to main content Skip to main menu Skip to search
0 Səbətdəki məhsullar
Points to spend in the
  1. Əsas
  2. Xəbərlər və mətbuat
  3. Şirkətin xəbərləri
  4. COVID-19: qlobal Oriflame cəmiyyətinə mesaj

COVID-19: qlobal Oriflame cəmiyyətinə mesaj

Bütün dünyadakı gözəllik sevənlər Cəmiyyətimizə

İnsanlarımızın - işçilərin, məsləhətçilərin və müştərilərin sağlamlığı və təhlükəsizliyi Oriflame üçün ən böyük prioritetdir.

Bütün dünya indi ağır günlər keçirir. Şirkət olaraq biz də COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün dünyanın səylərinə qoşulduq. Hökumətlərin və səhiyyə orqanlarının bütün göstərişlərinə ciddi şəkildə əməl edirik. Yaranmış vəziyyətdə necə davranmalı olduğumuza dair qaydalar və tövsiyələr hazırlamışıq və onların yenilənməsi haqqındadaim işçilərimizə məlumat veririk. Oriflame mədəniyyətinin dəyər və prinsiplərini daha da ardıcıl olaraq tətbiq edirik, çünki məhz bizim mədəniyyətimiz bizi güclü edir və çətinliklər qarşısında birləşdirir.

Şirkət olaraq hamınızın təhlükəsiz olmasını, virusun yayılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi, özünüzü və ətrafınızdakıları qorumaq üçün yaxşı məlumatlı qalmağınızı və gigiyena səviyyəsini probleminin miqyasına uyğun olaraq yeni səviyyədə saxlamağınızı istəyirik. Dünyada heç kim bu vəziyyətin nə qədər davam edəcəyini deyə bilməz. Bizə yalnız onun gedişatını izləmək qalır.

İşçilərimizin, məsləhətçilərimizin və istehlakçıların təhlükəsizliyini təmin etmək üçün gördüyümüz tədbirləri sizinlə bölüşmək istərdim:

Ofislərimiz

• Bütün beynəlxalq səfərləri ləğv etdik.
• Beynəlxalq görüşlərimizi və tədbirlərimizi təxirə saldıq və ya ləğv etdik və bölgələrdə baş verən hadisələrlə əlaqədar yerli hökumətlərin tövsiyələrinə əməl edirik.
• İşçilərimizin çoxunu evdən iş
ləmə rejiminə keçirdik. Ziyarətçilərin ofislərimizə daxil olmalarını məhdudlaşdırdıq və insanlardan özlərini pis hiss etdikləri və ya qrip və ya ümumi soyuqdəymə simptomlarını hiss etdikləri təqdirdə evdə qalmalarını xahiş edirik. Profilaktik tədbirləri gücləndirdik: ofislərimizdəki səthlərin dərindən təmizlənməsini və məcburi dezinfeksiya edilməsini.

 Məhsullarımız

• Oriflame Global Quality team keyfiyyətə nəzarət komandamız hazır məhsul fabriklərimizi yoxladı və bütün məhsullarımızın təhlükəsizliyinə və onların daxili və beynəlxalq keyfiyyət standartlarına uyğun olmalarına zəmanət verir.
• Bütün Oriflame zavodları Yaxşı istehsalat tə
dbirləri (GMP) standartlarına uyğundur. Yaxşı istehsalat tədbirləri (GMP) iş mühitini gigiyena tədbirləri və məhsulların hər hansı bir çirklənməsinin və ya infeksiyaya daşımasının qarşısının alınması baxımından tənzimləyir və istehsal proseslərinin düzgün qurulmasına, monitorinqinə və nəzarətinə zəmanət verir.
• Qanunun tələblər
inə və ciddi daxili standartlarımıza uyğun olaraq, mümkün olan bütün məhsullar mikrobioloji sınaqlardan keçir, bu da onların istehlakçılar üçün təhlükəsiz olduğuna zəmanət verir.
• Şəxsi qulluq məhsulları və Wellness
kateqoriyanın məhsullarına artan tələbatın fərqindəyik və bu təlabatı ödəmək üçün mümkün olan hər şeyi edirik.

Oriflame şirkətinin adından, habelə Birbaşa satış assosiasiyaların ümumdünya federasiyasının (WFDSA) sədri kimi, bütün məsləhətçilərimizə demək istərdim: bu ağır günlərdə Oriflame brendinin tərəfdaşları olaraq müştərilərinizə məhsullarımız haqqında yalnız dəqiq, əsaslı və təsdiqlənmiş məlumatla təmin etməyiniz çox vacibdir, şişirtmədən və əsassız vədlər vermədən. Mövcud böhranın qanunsuz istismarının qarşısını almaq bizim üçün çox vacibdir. Biz heç vaxt bu cür faktlara dözümlülük göstərməmişik və ində, bu qədər təhlükə yarandığı vaxtda da bunu etməyəcəyik.

Cəmiyyətimiz

COVID-19-un əmələ gəlməsi ilə bağlı narahatlıqlar bizi sosial məsafələndirməni - virusun yayılmasının qarşısını almaq üçün hazırlanmış sosial tədbirlər topluluğunu tətbiq etməyə məcbur edir. Risk altında olan insanların təhlükəsizliyini təmin etmək üçün bu tədbirlərə tam ciddi yanaşmaq çox vacibdir. Ancaq sosial məsafələndirmə bizi bir-birimizdən ayırmamalıdır, əksinə, onu bir-birimizə daha yaxın olmaq üçün istifadə edə bilərik!

Şəxsən görüşə bilməsək də, bir-birimizə faydalı olmağın bir çox yolu var. Sadəcə zəng etmək və ya video çatda toplaşaraq yaxınlarımıza, dostlarımıza, tərəfdaşlarımıza və həmkarlarımıza əminlik hissi və dəstək verə bilərik. Onlayn satışların sirlərini və fəndlərini bölüşməklə və ya əllərimizi yaxşıca yumaqla və özümüzü pis hiss etdiyimiz zaman evdə qalmaqla bir-birimizə kömək edə bilərik.
Yalnız bir-birimizə kömək e
dərək və birlikdə işləyərək çətin günlərimizi arxada qoyacağıq, birliyimizi qoruyacağıq və bu sınaqlardan əvvəlkindən daha da güclü olaraq çıxacağıq!

Xahiş edirəm, özünüzü qoruyun.

Hörmətlə,

Maqnus Brennstorm

Oriflame şirkətinin Baş direktoru və Prezidenti