Skip to main content Skip to main menu Skip to search
  1. Əsas
  2. Xəbərlər və mətbuat
  3. Şirkətin xəbərləri
  4. Oriflame-dən yeni provokasiyalı reklam kampaniyası

Oriflame-dən yeni provokasiyalı reklam kampaniyası

Bir neçə mövsümdür ki, İsveç brendi Oriflame öz reklam kampaniyalarında bütün dünya qadınlarını narahat edən sualları qaldırır. Bu payız “100% sən” yeni reklam kampaniyasına start veriləcək. Kampaniyanın siması İrina Qorbaçovadır.

Bu mövsüm qaldırılan əsas məsələ “Şəxsi həyatında sənin payın”-dır.

“Asudə vaxtımızı yaxınlarımıza, dostlarımıza və kolleqalarımıza deyil, özümüzə sərf edəndə çox vaxt buna görə utanırıq. Amma, hamını razı salmağa çalışaraq biz özümüzə vaxt ayırmağı və bu həyatda əsas rolumuzu, yəni özümüzü unuduruq” - deyir Oriflame-in MDB-dəki brend, kommunikasiya və biznesə dəstək üzrə baş meneceri Linda Volter.

Bu ideyanı tam dəqiqiliklə 27 avqust 2018-ci tarixində efirə yayımlanacaq videoçarx göstərir.

Yeni kommunikasiya strateqiyasını həyata keçirərək Oriflame şirkəti il ərzində kreativ konsepsiyalar üzərində müstəqil şəkildə işləyir. Oriflame kreativ ideyaların hazırlanmasına ciddi yanaşır. İdeyalar insayt axtarışı üzrə unikal metodikalar əsasında hazırlanır və gələcəkdə fokus-qrupların vasitəsilə sınaqdan keçirilir. İn house agentlikləri bizim sahənin həqiqi trendidir. Şirkət daxilində ideyaların yaradılması istehlakçıların insaytlarına tam dəqiqliklə tuşlanmağa imkan yaradır.

Oriflame-in kreativ komandası:

• Kirill Kutalov - Kommunikasiya konsepsiyalarının yaradılması üzrə kreativ direktor

• Anna Krasni - Kommunikasiya konsepsiyaları üzrə baş menecer

• Anna Pleşeva - Reklam və PR üzrə baş menecer

• Olqa Binder - Rəqəmsal və daxili kommunikasiyalar üzrə baş menecer

• Anna Bezimyannaya - Foto və video istehsalat üzrə menecer

• Marina Martınova - Reklam və PR üzrə menecer

• Anna Marova - Rəqəmsal və daxili kommunikasiyalar üzrə menecer

Production – Dago:

• Rejissor Tatyana Qulina

• Operator Konstantin Silakov