Oriflame şirkətinin prezidenti və Baş Direktoru Maqnus Brennstrom WFDSA — Beynəlxalq birbaşa satış birlikləri Federasiyasının sədri elan olunub.
Beynəlxalq birbaşa satış birlikləri Federasiyası (WFDSA) — 60-dan çox milli birbaşa satış birliklərini birləşdirən beynəlxalq ticarət təşkilatıdır. Bu gün WFDSA Oriflame şirkətinin prezidenti və Baş Direktoru Maqnus Brennstromun sədr seçildiyini və bu vəzifədə 2020-ci ilə qədər fəalliyyət göstərəcəyi haqqında məlumat verdi. Brenntromdan əvvəl bu vəzifədə Amway şirkətinin Baş direktoru Daq Devos çalışmışdır.
“Bu əlamətdar zamanda Beynəlxalq birbaşa satış birlikləri Federasiyasının sədri kimi xidmət etmək mənim üçün şərəf və imtiyazdır. Bu gün informasiya texnologiyaları dövründə dünya ciddi dəyişikliklərə məruz qalır və mən inanıram ki, birbaşa satış sənayesi və ümumi məqsədləri birləşdirən mütəxəssislər bu günkü gündə heç zaman olmadıqları kimi vacibdirlər. Mən sələflərimin çoxillik təcrübələrini artırmaq və inkişaf etdirərək dünya birbaşa satış sənayesinin standartlarını artırmaq üçün fürsət gözləyirəm”, — Maqnus Brennstrom bildirdi.
Əvvəllər Brennstrom WFSDA vise-prezident vəzifəsində çalışıb. Həmçinin o SELDIA — Avropa birbaşa satış birliyi sədri kimi də çalışıb.
“Son üç ildə WFSDA sədri kimi çalışmaq mənim üçün fəxr idi. Güclü tərəfdaşlıq və beynəlxalq səviyyədə dünya birbaşa satış birliklərinin dəstəyi olmadan hədəflərimizə nail ol bilməzdik" Daq Devos bildirir. — Maqnus Brannstromun rəhbərliyi altında birbaşa satış etibarlı əllərdə olacaq. Mən hələ heç vaxt sənayenin gələcəyin üçün belə optimist və inamlı olmamışam. "
WFDSA HAQQINDA
WFSDA 1978-ci ildə yaradılıb. 182,6 milyard dollar dəyərində qiymətləndirilən birbaşa satış sənayesinin dünya ticarət birliyidir. Federasiya 60-dan çox milli birbaşa satışlar birliyini birləşdirir. Birbaşa satış — daimi pərakəndə satışdan istifadə etmədən məhsul və xidmət satışıdır. Əlavə məlumat: http://wfdsa.org
Oriflame şirkəti haqqında məlumat
Oriflame – 1967-ci ildə yaradılan beynəlxalq kosmetik şirkətdir ki, bu gün dünyanın 60-dan çox ölkəsində təmsil olunur. Oriflame İsveç təbii və innovativ kosmetik məhsullarının geniş çeşidini üç milyon müstəqil məsləhətçinin köməyi ilə birbaşa satış yolu ilə təklif edərək illik satışı 1,2 milyard avro təşkil edir. Oriflame gözəlliyə həyat tərzi kimi baxan, pul qazanmaq istəyən və öz ambisiyalarını həyata keçirmək istəyənlərə biznes-imkanlar təklif edir. Şirkət inanır ki, gözəllik - insanın tək xarici görünüş yox, özünü necə hiss etməyidir.Oriflame fəaliyyətinin əsas prinsipi şirkətin sosial və ekoloji siyasətində əks olunan insanlar və təbiətə hörmətdir. Oriflame dünyanın bir çox xeyriyyə layihəsini dəstəkləyir və Beynəlxalq Uşaq Fondunun həmtəsisçisidir. Şirkətin səhmləri OMX Nordic Exchange-də qeyd olunur.