İrina Qorbaçova İsveç brendinin yeni reklam kampaniyasının üzü oldu.
Hər gün dünyada milyonlarla qadın yorucu kastinqdən keçir. Ətrafdakılar səninlə heç bir əlaqəsi olmayan meyarlara əsasən səni dəyərləndirirlər, hətta sən bütün gücünlə onlara uyğun olmağa çalışsan belə, bu səni xoşbəxt etməyəcək.
Bu ideyanı baş rolda İrina Qorbaçova olmaqla "Oriflame Antikastinqinin" videoçarxında görə bilərsiniz. Süjetə görə qəhramanımız kastinqdən keçir. Komissiyanın üzvləri – dəbli-rəfiqə, boss, qonşu və zabitəli-ana – qızı qiymətləndirərək ona mənfi qərar verirlər. Lakin İrina bütün bu tənqidlərin – onun daxili senzurası olduğunu anlayır.
"Hər gün evdən çıxmamışdan öncə hər bir qadın müəyyən kastinqdən keçir" – Kirill Kutalov bildirir. "O özünü digər insanların gözləri ilə qiymətləndirir. Biz qadınları bu ağır qiymətləndirmədən xilas edərək, bunun yalnız onların öz fikirlərində baş verdiyini anlatmaq istəyirik".
"İrina tapşırığın öhrəsində möhtəşəm gəldi" – Oriflame şirkətinin reklam və PR üzrə baş meneceri Anna Pleşova bildirdi. "O hər bir personajı mükəmməl oynayaraq özünə necə əmin olmağı və həqiqi gözəlliyinə əmin olmağı nümayiş etdirdi. Çünki bizi xöşbəxt edən də məhz budur".
Kampaniya reklamı Rusiya və MDB ölkələri üçün 9 Oktyabr 2017-ci ildən start verir.
Ətraflı olaraq www.anticasting.org saytında öyrənin.