Skip to main content Skip to main menu Axtarışa keçmək
  1. Əsas
  2. Xəbərlər və mətbuat
  3. Şirkətin xəbərləri
  4. Oriflame NovAge Time Restore seriyasını təqdim edir

Oriflame NovAge Time Restore seriyasını təqdim edir

Yetkin dərinin məqsədyönlü bərpası

İstənilən yaş dövründə qadın cazibədar görünmək istəyir. Lakin 50 yaşdan sonra dərinin vəziyyəti  pisləşir, piqment ləkələr, dərin qırışlar əmələ gələrək dəri hamarığı itir və dəri sallanması baş verir. Məhz ona görə Oriflame yetkin dəri üçün güclənmiş yaşəleyhinə innovativ texnologiyalı yeni NovAge Time Restore seriyası yaratdı!

İnnovativ yaşəleyhinə texnologiya

Yeni seriyanın əsasında innovativ Genistein SOY texnologiyası durur. GenisteinSOY texnologiyası kollagen sintezini artıraraq dərini hamar və elastik edən, həmçinin qırışları azaldaraq dəri konturunu daha dəqiq edən soyanın izoflavon inkapsullarıdır. Hüceyrədaxili proseslər fəallaşır, hüceyrələr mayeylə daha yaxşı dolaraq hamar və elastik olur. GenisteinSOY texnologiyası həmçinin antioksidant xüsusiyyətə malik olaraq sərbəst radikalların zərərli təsiri ilə mübarizə apara bilir. Bu yetkin yaş dərisinə qulluq üçün yeni nəsl vasitədir. Yaşəleyhinə Genistein SOY texnologiyası və Plantago Lanceolata ekstraktı sayəsində Time Restore seriyası dərini nəmləndirir, qidalandırır, həmçinin dərini hamar və elastik edir. Üz konturları daha dəqiq, dərin qırışlar və piqment ləkələri isə daha az nəzərə çarpan olur.

Gözəllik və dəri cavanlığı

Yetkin dəri üçün yüksəkeffektli, cavanlaşdırıcı kompleks qulluq seriyası NovAge Time Restore dəriyə hamarlıq və elastikliyi qaytarır, dəqiq konturları bərpa edir, dərin qırışları azaldır və piqment ləkələri yox edir. 

94% qadın təstiq edir: kompleks qulluğun istifadəsindən 6 həftə sonra elastiklik artır və dərin qidalanması prosesi sürətlənir. 

Hər gün kompleks qulluq

 

NovAge Time Restore cavanlaşdırıcı kompleks qulluğa təmizləyici süd, tonik, dodaq və göz konturu üçün krem, üz və boyun üçün sərdab, həmçinin gündüz və gecə kremləri daxildir. Kliniki sınaqlar sübut etmişdir ki, Orifleymin qulluq vasitələrini kompleks halda istifadə etmək tək təmizləyici vasitə və günüz kreminin istifadəsindən 7 dəfə daha effektlidir. 

Üz dərisinə qulluq seriyası NovAge Time Restore 19 fevral 2017-ci ildən satışda.