Skip to main content Skip to main menu Axtarışa keçmək

Orifleymdən My Destiny parfüm suyu – sənin unikallığının sirri.

Oriflame kompaniyası hər bir qadının unikallığını vurğulamaq üçün yeni My Destiny ətrini yaratdı. Turmalin kristalı ətri xüsusiləşdirir – çünkü təbiətdə eyni minerala rast gəlinmir. Ətriyyat dünyasında ilk dəfə oriflame kompaniyası vu konsepsiyanı My Destiny ətrinin hər biri yeganə nüxsədə buraxılan flakonun dizaynında həyata keçirdilər!

Turmalinin parlaq gücü
Ətrin unikallığı flakonun heyranediciliyi ilə vurğulanır. Əridilmiş şüşə kütləsinə dolğun yaşıl çalarda pigment olan turmalin çaları əlavə etdiyi xüsusi texnologiyanın köməyilə hər şüşə fərdi olaraq hazırlanır. Alınmış hər rəng qıvrımı təkrarolunmazdır. Ətri öz qəlbin də yeganə edən məhz budur. Hər biri eksklüziv olan flakon konsepsiyasını ətriyyat bazarında təqdim edən ilk şirkət Orifleymdir.  

 


Unikal parfüm buketi

Ətrin xüsusi inqredientləri - özünə əminlik hissi aşılamaq və təbiətinin yaradıcı tərəfini aşkar etmək xüsusiyyəti ilə məhşur olan turmalin kristalıdır. 

Yuxarı notlar
: qreypfrut, şanagüllə gülü
Ətir haqqında ilk təəssüratları yaradır: 10 dəqiqə ərzində səslənir. 

Baza notları: paçuli, heliotrop, vanil
Ətrin reminissensiyası; istifadədən 30 dəqiqə sonra açılır.

"Ürək" notları: pion, portağal çiçəyi, ərik
Bu ətrin əsil xarakteridir: istifadədən bir saat sonra açılaraq səslənir.

Ətriyyat dünyasında ilk innovasiya

My Destiny ətri təkcə sənin unikallığını vurğulamır: hər bir flakon xüsusi, fərdi nümunə əsasında hazırlanır və bir nümunədə buraxılır. Hər bir flakonun hazırlanması yaradılmış xüsusi texnologiyaya görə fərdidir: əridilmiş şüşə kütləsinə dolğun yaşıl çalarda pigment olan turmalin çaları əlavə edildiyi xüsusi texnologiyanın köməyilə hər bir şüşə fərdi olur. Nəticədə hər bir qadının unikallığını əks etdirən müxtəlif flakonlar hazırlanır. Oriflame – ətriyyat bazarında ilk olaraq fərdi flakonlar təqdim edən kompaniyadır. 


 
 

My Destiny parfüm suyu

Şanagüllənin su təravəti, ürəyində zərif pion və nəcib paçuli şleyfinə malik parlaq və şipr-meyvə-yaşıl ətir. Xüsusi inqredient - turmalin kristalları - özündə enerji və əminlik hissi daşıyır. Ətriyyat aləmində ilk dəfədir ki, hər flakon fərdi və təkrarolunmazdır!
Həcm: 50 ml


My Destiny parfüm suyu 2 oktyabr 2016-cı ildən satışda.