Əsas məzmuna keçin Əsas menyuya keçin Axtarışa keçmək
  1. Əsas
  2. Xəbərlər və mətbuat
  3. Şirkətin xəbərləri
  4. Orifleymdən Yeni The ONE Featherlight seriyası

Orifleymdən Yeni The ONE Featherlight seriyası

Dünya üzrə çox qadın "maska"  effektli verməyəcək təbii və yüngül makiyaja üstünlük verirlər, lakin bununla yanaşı onlar üçün makiyajın vurğulayıcı və effektli olması da böyük şərtdir. Lakin bütün byüti vasitələr bu iki tələbi yerinə yetirərək həm təbii və yüngül, həm də effektli ola bilmir. Ona görə də kompromisə gedərək iki variantdan birini seçmık lazım olur. Orifleym kompaniyası gözqamaşdırı və təbii makiyaja üstünlük verən qadınların arzularından ilham alaraq yeni The ONE Featherlight kolleksiyasını yaratdılar.



"Ultrayüngüllük" kolleksiyası – zərif teksturların yüngüllüyü və oradakı qulluqedici inqredientlər mövsümün parlaq və dəbli çalarları ilə uyğunlaşır. Sən istədiyin üslubu yarada bilərsən: zərif və romantikdən cəsarətli və ekspressivə doğru. Və o, unikal olacaq – axı çalarları qarışdırmaq olar. Sadəcə lazımı əhvalı hiss et, "ağıllı" formullar isə qalan işi görəcək.

Orifleymin rəsmi vizajisti Alena Tereşenko: Təbii makiyajın cazibəsi dəyişilməz olaraq dəbdə qalır. Söhbət yalnızca nyuddan getmir – ən əsası üzünüz maskaya oxşamasın! Yeni seriya ilə sən istənilən üslub yarada bilərsən: yüngüldən dolğun və bayram makiyajına kimi, lakin məhsulların yüngül teksturu nəticəsində makiyaj təbii görünür, bu universal çalarlar ilə sən hər zaman trenddə olacaqsan.

 

The ONE Colour Stylist Featherlight 5-1-də ultrayüngül dodaq boyası 
İnanılmaz yüngül formul dodaqları dərhal nəmləndirir. Təbii bitki əsaslı xovlar dodaq dərisinə qulluq edərək onu yumşaldır. Həssas makiyaj yaratmaq üçün 8 mükəmməl rəng çaları.  
Həcm: 4 qr.

 

The ONE Featherlight kirpiklər üçün ayırıcı tuş
Qüsursuz uzanma, ayrılma və hər kirpiyin boyanması günəbaxan və giləmeyvə tumlarının təbii xovları ilə qulluqedici formulda – mələklərə yaraşan gözəl makiyaj və inanılmaz yüngüllük hissi bəxş edir!
Həcm: 8 мл.

 

The ONE Featherlight tozvari göz kölgələri
İpək kimi formulda parlaq dolğun çalarlar. Hətta bir neçə qat çəkdikdə belə bərabər örtük və rahat çəkilmə. Təbiidən ekstraifadəliyə kimi istdəyin üslubu yarat. 
Həcm: 1,3 г.



The ONE Featherlight tozvari ənlik

Zərif parıltıya malik lələk kimi yüngül, tozvari mineral ənlik asanlıqla oturur və dəridə inanılmaz dərəcədə təbii görünür. İstənilən üslubda onunla sən heyranedicisən – həm incə, həm də parlaq.
Həcm: 2 qr.

The ONE Featherlight kolleksiyası 11 sentyabr 2016-cı ildən satışda.