Skip to main content Skip to main menu Skip to search
0 Səbətdəki məhsullar
Points to spend in the

Daha çox imkan onlayn!

Orifleym şirkətin Məsləhətçiləri və müştəriləri üçün xidməti əhəmiyyətli dərəcədə yüksəltməyə xidmət edəcək yeni saytı təqdim edir.

Birbaşa satışlar bazarında liderlik edən kosmetika şirkətlərindən biri olan Oriflame biznesin inkişafı üçün onlayn texnologiyaların istifadəsində növbəti mühüm addımını ataraq oriflame.az saytının yeni versiyasını istifadəyə təqdim edir. Bu addım uzun aylar ərzində istər şirkətin Stokholmda yerləşən qlobal ofisi, istərsə də texniki dəstəkə malik ölkələri olan Çexiya və Hindistanda tədqiqatlar, planlaşdırma, dizaynın yaradılması və hazırlıq işlərinin aparılmasının nəticəsində mümkün oldu. Bunlardan əlavə, yeni sayta mobil platformanın elementləri daxildir, bu isə tam mobil versiyanın yaradılmasının başlanğıcı deməkdir.  

Orifleymin satışlar üzrə baş vitse-prezidenti Maykl Servel deyir (Michael Cervell): "Şirkətimizin əsasını bütün dünyadakı Orifleym Məsləhətçilərinin uğuru, həmçinin sağlamlıq və gözəllik əldə etmək üçün müştərilərimizə təqdim etdiyimiz güniş məhsul çeşidi təşkil edir. Yaxın zamanlarda aparılan tədqiqatlar göstərdi ki, Məsləhətçi və müştərilər internetdə ilham mənbəyi və unikal təcrübə axtarırlar və məhz onların bu arzusu yeni saytın yaradılması üçün əsas oldu. Bu gün biz işimizin nəticəsini təqdim etdməyə çox şadıq: tamamilə yeni dizayn, yaxşılaşdırılmış funksionallıq və daha zəngin məzmun. Bu dəyişikliklər, həmçinin mpbil versiyanın yaradılması üzrə işlərin başlanğıcı onlayn resurslarımızın yeni erasından xəbər verir".   

Müştərilərin ilham mənbəyi olan Orifleymin onlayn kataloqu da həmçinin yenilənib. Kataloqun daha müasir dizaynı və təkmilləşdirilmiş istifadəçi interfeysi şirkətin məhsulları, brend və xüsusi təkliflərinə marağı təmin etməyə xidmət edir. 

Bütün dünya üzrə Məsləhətçilərin arzularını gerçəkləşdirmək istəyindən çıxış edərək Orifleym yeni müasir marketinq alətləri yaratdı, yeni məlumat mənbələrini açdı və dizayna yeni yanaşma üsulunu işləyib hazırladı - bütün bu dəyişikliklər sayta daxil olanlara onlayn olaraq istədiklərin təcrübəni əldə etmək imkanı verəcəklər. 

Orifleymin qlobal onlayn direktoru Markus Fogel (Marcus Fogel) Orileymin mobil saytının buraxılma perspektivlərini belə qiymətləndirir: "Saytadaxil olanların yalnız müsbət təcrübə əldə etmələri üçün bütün onlayn severlərimiz indi mobil platformada da mümkün olacaqlar. Hal-hazırda daha çox sayta mobil qurğulardan daxil olurlar, biz isə onlardın ehtiyaclarına uyğunlaşmalıyıq. Biz saytda Məsləhətçi və müştərilərimizin davranışlarını diqqətlə araşdırmışıq və əsas diqqətimizi saytın ilk növbədə tələb olunan hissələrinə yönəltmişik. Biz mobil saytın tam versiyasını yaratmaq üçün bu istiqaməti gələcəkdə də inkişaf etdirəcəyik. İstifadəçinin məhsula nəzər yetirməyindən başlayaraq sifarişin ödənişinə qədər bütün addımlarını nəzərə alan düşünülmüş dizaynı və yüksək funksionallığı saytımızın inkişafının yeni əsri olacaqdır".