Yeni çatdırılma məntəqələri
Hörmətli brend partnyorlar!
Xidmət keyfiyətini yüksəltmək məqsədi ilə 2 fevral 2023-cü il tarixindən etibarən Oriflame Azər-baycan və “166 Kargo“ şirkətləri yeni “Pickuppoint” layihəsinə start verir. 2 fevraldan etibarən sifarişləri əldə etmək üçün Baki, Gəncə və Sumqayıt şəhərlərində məntəqələr istifadəyə verilir. Bu məntəqələrdən istənilən brend partnyor sifariş əldə edə bilər.
Sifariş yerləşdirmə və əldə etmək qaydaları aşağıda qeyd olunan şəkildədir:
1. Sifariş yerləşdirməzdən öncə şəxsi kabinetinizə daxil olaraq aktiv mobil nömrənizin qeyd edərək yadda saxlamaq lazımdır. Əgər ilk nömrə olaraq ev nömrəsi və ya aktiv olmayan mobil nömrə qeyd olunubsa onlari ləğv edərək aktiv mobil nömrənizi qeyd etmək vacibdir. Əks halda sifarişi əldə etmək üçün göndərilən SMS sizə gəlməyəcək. SMS-də qeyd olunan məlumati təqdim etmə-dikdə sifariş verilmir.
2. Bu məntəqələrdə sifarişi əldə etmək üçün Oriflame saytında sifariş yerləşdirərkən: Təhvil məntəqələrinə çatdırılması: Çatdırılma Məntəqəsi (sifarişi götürəcəyiniz məntəqə) Məhsul Paylama Məntəqəsi (SPO) seçirsiz, daha sonra “Növü” bölməsində Çatdırılma Məntəgəsini seçir-siz və sifarişi əldə etmək istədiyiniz məntəqənin nömrəsini qeyd edirsiz. Məntəqə seçərkən diqqətli olun və düzgün seçim etdiyinizə əmin olmaq üçün məntəqə nömrəsini bir daha yoxlayın.
3. Sifarişi SMS gəldikdən etibarən 3 gün ərzində mütləq götürmək vacibdir. Əks halda sifariş Oriflame anbarına qeri qaytarilaraq ləğv ediləcək və cərimə tətbig olunacaq.
4. Sifarişi sizin yerinizə başgası götürəcəyi halda, o şəxs öz şəxsiyyət vəsigəsini və sizə gələn SMS-ki məlumatı (sürəti və yaxud şəkli) təqdim etməlidir. Əks halda sifariş verilməyəcək.
5. Sifariş əldə etmək üçün məntəqələrinin nizam intizam və etik qaydalarına riayət etmək vacibdir.
6. Bu məntəqələrin çatdırılma qiyməti 1.77 azn təşkil edəcək və yaxud kompensasiya edici məhsul seçə bilərsiniz.
7. Sifarişlər çəkilərək sizə təhvil veriləcəkdir. Əldə olunan bütün sifarişlər yerində yoxlanılmalıdır. Hər hansı bir iddianiz olduqda, məntəqə əməkdaşlarına bildirilməlidir və daha sonra Oriflame saytında online iddia yerləşdirilməlidir . Sifariş əldə edərkən iddianız varsa qutunun üzərindəki stikeri atmayin və iddia yerləşdirdikdən sonra stikerin şəklini şirkətin email göndərilməlidir. Əks halda iddiaya baxılmayacag.
8. Hər hansı bir məhsulu geri qaytarmaq istədikdə məntəqə əməkdaşlarına təhvil verə bilərsiniz. Məntəqələrin ünvanı aşağıdakı şəkildədir: