Skip to main content Skip to main menu Axtarışa keçmək

Sörferlər üçün cənnət və ya Sörfer Paradays

3 km-lik sahil zolağı boyunca uzanan Sörfers Paradays  nəhəng okean dalğaları və sörfinq üçün ideal şəraiti ilə, yaxınlıqladakı binalara və maşınların səs-küyünə baxmayaraq, Qold-Kostun əsas çimərliklərindən biri olub və belə də qalır.

Butiklərin, restoranların və ticarət mərkəzlərinin bolluğu onu həmçinin şopinq üçün də möhtəşəm məkana çevirir. Futbol və ya voleybol oynamaq, sörfinq, vindsörfinqlə məşğul olmaq, su xizəklərində sürüşmək və ya banci-campinq (kəndirlə tullanmaq, «tarzanka»nın analoqu) cəsarəti  — titrədici həyacana zəmanət verilir.