Skip to main content Skip to main menu Axtarışa keçmək

Qold-Kost

Sonsuz qızılı çimərlikləri ildə 300 günəşli günü və təmiz suyu ilə Qold - Kost heyran edərək zövq verəcək. 

Yarım milyondan çox əhalisi olan şəhər ölkənin cənub-şərqində yerləşir və 57 kilometrlik sahil xətti boyunca uzanır.


Siz Sörfers Paradays (Surfers Paradise) çimərliyi boyunca gəzəcək, əfsanəvi SkyPoint müşahidə məntəqəsinə qalxacaq, Karrambin təbiət qoruğuna səyahət edərək ağlasığmaz hisslər yaşamağa hazırlaşacaqsınız.

3 km-lik sahil zolağı boyunca uzanan Sörfers Paradays  nəhəng okean dalğaları və sörfinq üçün ideal şəraiti ilə, yaxınlıqladakı binalara və maşınların səs-küyünə baxmayaraq, Qold-Kostun əsas çimərliklərindən biri olub və belə də qalır.

Butiklərin, restoranların və ticarət mərkəzlərinin bolluğu onu həmçinin şopinq üçün də möhtəşəm məkana çevirir. Futbol və ya voleybol oynamaq, sörfinq, vindsörfinqlə məşğul olmaq, su xizəklərində sürüşmək və ya banci-campinq (kəndirlə tullanmaq, «tarzanka»nın analoqu) cəsarəti  — titrədici həyacana zəmanət verilir.