Skip to main content Skip to main menu Axtarışa keçmək

Harbor-Bric körpüsü

Sidneydə ən böyük körpü və dünyada ən böyük tağşəkilli polad körpülərindən biridir. Körpünün uzunluğu 1149 metr, tağ arası 503 metr, dəniz səviyyəsindən hündürlüyü isə 134 metr təşkil edir.

1932-ci ildə tikilmiş Harbor-Bric körpüsü iki kommersiya mərkəzini birləşdirir və sidneylilər üçün mühüm nəqliyyat xəttidir. Bu körpüdə gəzin və şəhərin nəfəskəsici mənzərəsindən zövq alın.


Körpünün üzərində maşınlar yürüyür, insanlar gəzişir, yüklər daşınır. Körpünün altından isə paromlar üzür. Yeni il gecəsi körpünün üzərində piroteknik şoular təşkil edilir.