Əsas məzmuna keçin Əsas menyuya keçin Axtarışa keçmək

ZAMBEZİ VADİSİNDƏ QLOBAL İCRA KONFRANSI 2022


QLOBAL İCRA KONFRANSI 2022 - üç Afrika ölkəsində, əla bir yerdə - Zambezi çayın vadisində həyəcanverici bir macəradır! Səhranın qəlbini araşdır, möhtəşəm mənzərələrdən və İcra Konfranslarında təqdim etdiyimiz eksklüziv premium səviyyəli oteldən zövq al. 2022-ci ildə Oriflame şirkətinin qurulmasından 55 il keçir, yəni konfrans möhtəşəm olacağını vəd edir! Af Yoknik ailəsi və Oriflame rəhbərliyi ilə birlikdə nailiyyətlərini ən yüksək səviyyədə qeyd edək.

 

Səni bənzərsiz təbiət və Afrikadakı eksklüziv safari istiqamətlərindən biri - Zambezi çayı vadisi gözləyir. Çay 2700 km uzunluğundadır və altı ölkədən keçir və dünyanın yeddi təbii möcüzəsindən biri olan Viktoriya şəlaləsinin yaxınlığında Zambiya və Zimbabve ilə sərhəd alır. Əfsanəvi şəlalənin əzəmətini hiss et və vəhşi camışlar, zebralar, zürafələr, fillər, hipopotamlar və timsahları ğz təbii yaşayış yerlərində görmək şansını əldə et.

Ömür boyu xatırlanacaq bir macərada bizə qoşul!


 

Viktoriya şəlaləsi - ZIMBABVE
Onu “Mosi-oa-Tunya” da adlandırırlar, bu da yerli lozi dilində "səs salan tüstü" deməkdir. Bu ad, belə bir əzəmətli 2 km eninə və 103 metr hündürlüyə malik olan səsli axını çox yaxşı təsvir edir. Əsrarəngiz panoramik mənzərələrə əlavə olaraq, şəlalələrin ətrafında çox şey görmək olar! Şeytan axını, şəlalənin düz altında təbii hovuz, burada qırılan su axınlarının tam gücünü hiss edə bilərsiniz. Bu axın qorxudur, valeh edir və sevindirir. Ən cəsarətlilər helikopterlə şəlalələrin üzərindən keçə və ya Zambezi çayından aşağı sallana bilərlər. Viktoriya Şəlaləsini ziyarət edən hər kəs bu görüşü həmişəlik xatırlayacaq.


 

Safari - BOTSVANA
Botsvanadakı Çobe Milli Parkı, safari və vəhşi təbiət həvəskarları üçün Afrikanın ən yaxşı yerlərdən biridir. Park heç də elə belə "Nəhənglər diyarı" kimi tanınmır, orada dünyanın ən böyük fil populyasiyası məskən salır. 10.000 kv.m-dən çox ərazidə, gözəl Çobe çayı ətrafında inanılmaz sayda vəhşi heyvan və quş var: aslanlar, camışlar, zebralar, xallıhiyenalar, impalalar, babunlar, mavi qnu, kudu, zürafələr, qurdlar, cırtdan yaşıl meymunlar və bir çox digərləri. Sadəcə təsəvvür et: yaxınlıqdakı Afrika florası və faunasının bütün əzəmətini! Heyecanverici anlara və inanılmaz xatirələrə hazır ol!

Lüks kurort - ZAMBİYA
"Mosi-oa-Tunya" Milli Parkında Viktoriya şəlaləsinə birbaşa çıxışı olan sehrli bir yer. Zambezi çayına əla bir mənzərə! Çay vadisində hipopotamalra, fillərə və digər vəhşi heyvanlara bax. Otel ərazisində gəzən zebralar arasında gəz və ekzotik quşların oxumasına qulaq as, Viktoriya şəlaləsinin üzərində günəş batmasını qarşıla. Güclü hisslər üçün, şəlalələrin altındakı və otelə cəmi bir neçə addım yaxınlığında yerləşən "Bıçaq ülgücü" körpüsündə gəz.


 

Zimbabvenin yerli mədəniyyəti və insanları 

Zambezi vadisinin yerli əhalisi tonqa, şona, çeva və nsenga xalqıdır, onlar təsərrüfat əkinçiliklə məşğuldurlar. İnsanlarla vəhşi təbiətin bir arada olduğu, musiqi və rəqsin gündəlik həyatın ayrılmaz hissəsi olduğu qədim ənənələrlə dolu bu bölgə haqqında daha çox araşdır. Tonqa xalqının əfsanələrindən birinə görə Zambezi çayının Tanrısı və ya İlan Ruhu kimi tanınan Nyami-Nyami onları çətin anlarda qoruyur. İlan gövdəsi və balıq başı ilə burulğan və ya çay əjdahası kimi təsvir olunan Nyami-Nyami, həyat yoldaşı ilə çayın sularında yaşayan bir kişi kimi təsvir edilir. Tonqa Kariba dambasının inşasının Nyami-Nyamini çox incitdiyini, onu həyat yoldaşından ayırdığını və inşaat zamanı çox sayda ölümlə nəticələndiyini düşünür.

Vadinin ənənəvi mədəniyyəti əla dəmir və gil məhsulları ilə məşhurdur. Onları 1850-ci ildə Viktoriya şəlaləsini ziyarət edən ilk qərbli olan İskoç missionerinin və kəşfiyyatçı Corc Livingstonun adını daşıyan Livingston şəhərində almaq olar. Burada hər zövqə uyğun bir çox fəaliyyət və əyləncə var: muzeylər, yerli sənətkarlıq və memarlıq.

Afrikada birlikdə yemək sosial baxımdan əhəmiyyətli bir hadisədir. Bu vaxt çox dəyərlidir, çünki bütün ailə adətə görə əllərlə yeməli nəhəng ümumi bir yemək olan ugalidən dadmaq üçün bir araya gəlir. Zambezi bölgəsindəki ən məşhur yeməklərdən biri olan ugali, qarğıdalı un sıyığına bənzər kraxmala bənzər qarışıqdır. Ənənəvi olaraq ət və ya tərəvəz qarışığı ilə verilir. Ugali bütün Afrikada yeyilir və onun bir çox adları var. Cənubi Afrikalılar ona pap, Zimbabvelilər sadza deyirlər.

 

Afrika - parlaq və belə uzaq bir uşaqlıq arzusu Oriflame ilə gerçəkləşəcək!

Sizi səbirsizliklə Konfransda gözləyirik!