Skip to main content Skip to main menu Axtarışa keçmək

Şəhər faunası

Keyptaunda 5 milyon adam flamingo, su itləri, meymunlar və bir çox başqa  heyvanlarla birlikdə yaşayır. Dəniz sularında ocaq və cənub balinalar yaşayır, yerli əhali onları seyr etməyi çox sevir. Cənubi Afrikanın hətta öz milli heyvanı var - zərif springbok antilopu.

Bu da Keyptaun faunasının cəmi bir neçə nümayəndəsi

Bolders çimərliyindəki pinqvinlər - Afrikanın pinqvinlər koloniyası

Saymon Taun şəhəri və Keyp Poynt arasında yerləşən Bolders çimərliyində nadir Afrika pinqvinləri yaşayır, onla təbii yaşayış yerlərində yaxın məsafədən seyr etmək olar.

Kap dəniz pişikləri

Kap dəniz pişikləri Keyptaun ətrafındakı sularda oynamağı sevirlər və onlar xoş və mehriban görünsələr də, çox güclü heyvan olduqlarını unutmamaq vacibdir; belə ki, erkək heyvanlar 300 kq-a qədər çəkiyə malik ola bilərlər. Onlar balıq, kalmarlar və yencəklə qidalanırlar və köpək balığı və qatil balina kimi böyük yırtıcılardan gizlənirlər. Dəniz pişiklərini Kalk və Xout körfəzlərində və Viktoriya və Albert sahilində rast gəlmək olar. Onları yaxından görmək istəyirsənsə, xüsusi ekskursiyaya get.


Flamingo sürüləri

Keyptaunda 130-160 sm hündürlüyə qədər flaminqoların böyük növləri yaşayır. Onlar ölkənin şimalında türəyirlər və yaxşı hava üçün cənuba uçurlar, lap insanlar kimi. Bu zərif quşlar əvəllər nadir bir növ idilər, amma bu gün Keyptaun sahilinin bir çox hissəsində yaşayırlar. Paynlends, Milnerton və Kometji hissələrində flaminqoları seyr etmək daha yaxşıdır.