Skip to main content Skip to main menu Axtarışa keçmək

BEVERLİ-HİLLZ

Bura, Juliya Robertsin iştirak etdiyi "Gözəlçə" filminə baxdıqdan sonra hər kəsin alı-veriş etmək istədiyi şoppinq cənnətidir.

Sanset bulvarından Uilşir bulvarınadək uzanan əfsanəvi Rodeo-Drayv küçəsi məhz burada yerləşir. Bu küçənin ən məşhur hissəsi Giorgio Armani, Burberry, Gucci, Chanel və Christian Dior kimi lyuks brendlərin butikləri yerləşdiyi üç kvartaldan keçir. Beverli Gardens parkında istirahət etmək və ya The Beverley Hills Hotel otelində nahar zamanı təsadüfən hollivud ulduzlarına rast gəlmək olar.


Daha ətraflı: