Skip to main content Skip to main menu Skip to search

Brilyant konfransı-2020

Brilyant konfransı-2020 haqqında videoçarxı izləyin

Brilyant konfransı-2020 ən parlaq ulduzların şəfəq saçdığı və arzuların gerçəkləşdiyi bir məkanda keçiriləcək. Dünya kino sənayesinin, Hollivudun "Şöhrət xiyabanının" (Аллея славы) və Disneylendin vətəni Los Anjeles şəhəri özünə minlərlə yaradıcı və istedadlı insan cəlb edir. Biz sizi ulduzlu nailiyyətlərə layiq bir məkana dəvət edirik. Günəşli Los Anjelesdə keçiriləcək Brilyant konfransda bizə qoşulun. Burada biz sizi superuduz kimi şöhrətləndirəcəyik.

MARAQLI FAKTLAR

Hollivud yazısı

Maunt Li təpəsinin cənub yamacında yerləşən əfsanəvi Hollivud yazısı ilk əvvəl indikindən dörd hərf uzun olub. 1923-ci ildən 1949-cu ilədək orada HOLLYWOODLAND yazısını görmək olardı. Bu yazı Hollivud təpələrindəki yeni yaşayış kvartallarının reklamı üçün yaradılmışdır.

Mələklər şəhəri

Əsası qoyulan zaman Los-Anjeles şəhərinin ispan dilində tam adı "El Pueblo de Nuestra Senora Reina de los Angeles sobre el Rio Porciuncula", yəni "Mələklər kraliçası Müqəddəs Məryəmin Porsinkula çayı üzərindəki kəndi" kimi səslənirdi.

Mikki Maus

Açılış tarixindən, yəni 1955-ci ildə indiyədək Disneylenddə 84 milyon Mikki Maus qulağı satılmışdır. O, ən məşhur suvenirlərdəndir.

Bilirsənmi ki, Los Anjelesdə....

Dünyanın hər yerindən gəlmiş insanlar yaşayır

Ən yaxşı çimərliklər yerləşir.

Günəş il boyu şəfəq saçır.