Arzulardan ilham alan şirkət
Hər şey 1967-ci ildə, Robert və Yonas af Yoknik qardaşları dostları Benqt Helsten ilə birlikdə şəxsi bizneslərini qurmağı və arzularının arxasınca getməyə qərar verdikləri zaman başladı. Onlar gənc və ambisiyalı idilər, ən əsası isə onların hamı kimi arzuları var idi.
İndi şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii İsveç kosmetikasından ibarət geniş çeşidi sizin nəzərinəz çatdırırıq. 3 milyondan artıq məsləhətçi Orifleymlə əməkdaşlıq edir, şirkətin illik dövriyyəsi isə təxminən 1,5 mlrd avroya yaxındır. Biz peşəkar Qadın Tenis Assossiasiyasının (WTA) rəsmi partyoruyuq.
Yarandığı ilk gündən Orifleym şirkəti əlindən gələni edir ki, insanların həyatı daha yaxşı və gözəl olsun. Biz təbii inqrediyetlərdən istifadə edirik və heç vaxt məhsullarımızı heyvanlar üzərində sınaqdan keçirtmirik. Təbiət və cəmiyyətə məsuliyyətlə yanaşaraq Orifleym ətraf mühitə mənfi təsiri azaltmaq üzrə bir çox təşəbbüslər irəli sürür. Orifleymin Xeyriyyə Fondu cəmiyyətimizin ən zəif üzvlərini - qadınlar və uşaqları dəstəkləmək imkanı verib.
Gözəllik sənayesində təxminən yarım əsrlik təcrübəyə malik olaraq Orifleym arzuları həyata keçirtmək missiyasına sadiq qalır. Sənin arzuların bizim ilham mənbəyimizdir! Brendin bu pozisiyası şirkətin vizit kartına çevrilmişdir və bu sözlər bizi daha yaxşı və keyfiyyətli şəkildə işləmə ilhamlandırır.