Tərzini seç - amiranə yoxsa ədalı

Dolab geyimlə doludur, amma sən bilmirsən nə geyinəsən? Hər mövsüm üçün bahalı geyimlər almağa dəyməz - tərzini transformer aksessuarlarla dəyiş.

Bu payız trenddə olan iki obrazı seçdik: güclü biznes-ledi və romantik üsyankar obrazları. Birinci müasir klassikanı sevir, ingilis damalarını, xətti və “peysli” naxışını parlaq aksentlərlə uyğunlaşdırır. İkincisi zərif gül motivlərini və idman dəbdəbəsini seçir. Bu iki obrazdan hansı sənə daha yaxındır?