Xardal rəngi – ən cəsarətli zövqlər üçün!

Dolab geyimlə doludur, amma sən bilmirsən nə geyinəsən? Hər mövsüm üçün bahalı geyimlər almağa dəyməz - tərzini transformer aksessuarlarla dəyiş.

Bir fincan kakao, yağış altında gəzinti və kitablar - əgər payız səni də yaradıcılığa ilhamlandırırsa, romantik üsyankar obrazını seçə bilərsən. İncə gül motivlərini və idman üslubunu bir-biri ilə uyğunlaşdır, rəssam tək çalarları, materialları, naxışları və teksturaları qarışdır. Burada bir qayda yoxdur - zövqünə güvən və diqqət mərkəzində olmaqdan çəkinmə!