Qızılı kəsimlər

Bu mövsüm bəzək əşyaları ilə işləyən dizaynerlər həndəsə dərslərindən ilhamlanır. Sərt məftilə bənzər xətlər, həndəsi fiqur elementləri və parıldayan metal yığcam, eyni zamanda təsiredici obrazlar yaradır.

Həndəsənin zəfəri

Dolab geyimlə doludur, amma sən bilmirsən nə geyinəsən? Hər mövsüm üçün bahalı geyimlər almağa dəyməz - tərzini transformer aksessuarlarla dəyiş.

İşgüzar aləmdə ilk təəssüratın böyük önəmi var. Bu payız karyeranda irəliləyiş gözlənilir? İncə və zərif, amma biraz mərd biznes-ledi obrazını yarat. İngilis daması, xəttlər və “peysli” naxışı ilə rəngli aksentlər bu məqsəd üçün əla 
yaraşacaq. Makiyaj, aksessuarlar və ayaqqabı seçimində dolğun qırmızı rəngə üstünlük ver. Müasir klassika sənin seçimin olsun!